Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,756
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22May
    Xəbərlər AZƏRBAYCANIN AVROPA İTTİFAQI İLƏ STRATEJİ ENERJİ DİALOQU üçün şərhlər bağlıdır

    Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan həm enerji istehsalçısı, həm də etibarlı tranzit ölkəsi kimi Aİ üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyi regional və qlobal enerji təhlükəsizliyindəki artan rolu ilə daha da əhəmiyyətli olub. Artan əhəmiyyətin əsas səbəbi Azərbaycanın enerji bazarlarına inteqrasiyası və Aİnin enerji şaxələndirmə siyasətində oynadığı açar roludur. Aİnin enerji təhlükəsizliyi və şaxələndirmə strategiyalarının tərkib hissəsi olan Azərbaycan, həmçinin yaşıl enerji sahəsindəki təşəbbüslərlə bu əməkdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur.
    Azərbaycanla Aİ arasındakı əlaqələr 1996-cı ildə imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə hüquqi əsasını tapmışdır. 2006-cı ildə “Enerji Memorandumu”nun imzalanması isə Azərbaycanın Aİ üçün strateji enerji tərəfdaşı olaraq mövqeyini təsdiqlədi.
    Azərbaycanın Avropa üçün enerji əhəmiyyətini müəyyən edən əsas amil onun zəngin qaz ehtiyatları və Avropa ilə daha dayanıqlı enerji əlaqələri qurma potensialıdır. Bu baxımdan, Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın Avropanın enerji bazarına inteqrasiyasının əsas elementi kimi ön plana çıxır. CQD Avropanın enerji mənbələrini şaxələndirmək və Rusiya asılılığını azaltmaq məqsədini güdür. Bu məqsədlə Azərbaycan qazı Gürcüstan və Türkiyə vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya qədər nəql olunur. Cənub Qaz Dəhlizi layihəsinin mühüm komponentlərindən olan Şah-dəniz-2, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində Azərbaycan qazı ilk dəfə 2020-ci ildə birbaşa Avropaya çatdırılmağa başlandı ki, bu da Azərbaycanın Avropadakı enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə həyata keçirdiyi mühüm bir addım oldu və ölkənin enerji diplomatiyasında yeni bir mərhələyə qədəm qoyuldu. Daha ətraflı »

  • 22May
    Xəbərlər KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ –2025 üçün şərhlər bağlıdır

    ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNUR

    Bu günlərdə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Əskipara kəndində şəhid Ayşad Əzizovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
    Qeyd edək ki, Ayşad Əzizov 5 sentyabr 1990-ci ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. O, 29 sentyabr 2020-ci il tarixdə, 30 yaşında Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Ayşad Əzizov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə tərtif olunub.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən Müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, atası Elşad Babayevi 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Əskipara kəndində birinci Qarabağ müharibəsi şəhidi Nuru Abbasovun ailəsində olub, ailənin qayğıları ilə maraq-lanıb, Vətənə Nuru kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib. Daha ətraflı »

  • 22May
    Digər Milli-mənəvi dəyərlərə əsaslanan ailə institutu möhkəmləndirilməlidir üçün şərhlər bağlıdır

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Peşə məktəbinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları Svetlana Əzizova, Rəvan Həsənov, Murad Muradlı, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, “Yeni Tərtər” qəzetinin redakroru Svetlana Bağırova, rayon Mərkəzi xəstəxanasının psixoloqu Hətəm Nuruyev, məktəbin müəllimləri, valideynlər və tələbələr iştirak ediblər.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova açaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli-mənəvi dəyərlərə əsas-lanan ailə institutunun möhkəmləndirilməsi və nüfuzunun artırılması, cəmiyyətin diqqətinin ailə məsələlərində narahatlıq doğuran amillərə yönəldilməsi ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, milli –mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması və gənc nəslə ötürülməsi, yeniyetmə və gənclərin vətənə və xalqına sevgi, böyüklərə hörmət hissi ilə tərbiyə olunması ailə dəyərlərinin tərkib hissəsidir. Çıxışçı öz fikirlərini respublika Prezidenti cənab İlham Əliyevin bu fikirləri ilə yekunlaşdırıb: “Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”. Daha ətraflı »

  • 22May
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

    Qış otlaq sahələrinin su təminatı səviyyəsi 100 faizə çatdırılacaq

     Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.3.6. bəndinə uyğun olaraq Tərtər rayonunda qış otlaq sahələrinin su təmina-tı sistemlərinin təkmilləşdirilməsi və qış otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının tələbatına uyğunlaşdırılması məqsədilə tədbir keçirilib.
    Rayon icra hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxs Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə rayonda mövcud olan qış və yay otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının suya olan tələbatının və müvafiq sahədə cari vəziyyətin təhlili əsasında optimallaşdırma tədbirlərinin müəyyənləşdirilməsi və yekun nəticə olaraq rayonda mövcud qış otlaq sahələrinin su təminatı səviyyəsinin 100 faizə çatdırılmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Müvafiq işlərin görülməsi üçün tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb.

     

  • 22May
    Xəbərlər “İnsan hüquqları aylığı” üçün şərhlər bağlıdır

    Maarifləndirmə tədbirləri keçirilir

    Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər rayon Nümayəndəliyi tərəfindən “İnsan Hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində “İnsan hüquqlarını qoruyaq!” başlığı altında sərgi təşkil olunub və “dəyirmi masa” keçirilib.
    Tədbirdə bu sahədəki mövcud qanunvericilik sahəsindən, dövlətimizin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan bəhs edilib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq və sair kimi hüquqlarından danışılıb.
    Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqları-nın müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident İl-ham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hər il mayın 18-dən iyunun 18-dək olan dövrü “İnsan hüquqları aylığı” elan edir. Bu müddət ərzində ölkə ərazisində insan hüquqlarını təbliğ edən maarifləndirmə tədbirləri keçirilir.

     

  • 22May
    Təhsil İlk müəllim üçün şərhlər bağlıdır

    İlk müəllim ikinci ana deməkdir. Ana övladına həyat bəxş edir, ona bol sevgi verir. İlk müəllim isə körpə fidanla-rın əllərindən tutub onları addım-addım elmin zirvələrinə doğru aparır. Ana kimi bu insan da heç zaman unudulmur.
    Şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə Məmmədova da neçə-neçə şagirdin xatirində beləcə unudulmaz izlər qoyub.
    O deyir:
    – Müəllimlik ailəmizdə sevilən peşələrdən biri olub. Babam rəhmətlik Valeh Quliyev vaxtilə mənim təhsil aldığım və indi müəllim kimi çalışdığım məktəbin direktoru idi. Zəhmli, eyni zamanda çox qayğıkeş insan, əsl müəllim idi.
    Ülviyyə Məmmədovanın şagirdlərinin əksəriyyəti orta məktəbi müvəffəqiyyətlə bitirib, yüksək ballarla ali məktəblərə qəbul olublar və hal-hazırda müəllim, həkim və digər peşə sahibləri kimi çalışır, özlərini doğruldurlar. Onlardan bir neçəsi məktəbi qırmızı attestatla bitirib. Daha ətraflı »

  • 22May
    Xəbərlər Rayon xəbərləri üçün şərhlər bağlıdır

    Qaradağlı kəndində 200 ailəyə texniki su çəkilib

    Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Qa-radağlı kəndində 200 ailəyə texniki su çəkilib.
    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
    Anar Məmmədov su çəkilişi münasibətilə sakinləri təbrik edib, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçiril-diyini vurğulayıb.
    Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
    Açılış mərasimindən sonra millət vəkili Anar Məmmədov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kəndindən şəhid olan Aslan Hüseynovun ailəsinin yaşadığı evdə olublar.

     

  • 22May
    Kənd təsərrüfatı Barama istehsalı artacaq üçün şərhlər bağlıdır

    Ötən il Tərtər rayonunda 9,3 ton barama istehsal edilib.
    Bu il isə 11,2 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 280 qutu baramaqurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndində baramaqurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri kümçülərə müvafiq tapşırıq və tövsiyələr verib.

     

  • 22May
    Xəbərlər Rəcəbli kənd sakinlərinin müraciətləri həll olunub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Rəcəbli kənd sakinləri müraciət edərək Rəcəbli və Kovdadıq kəndlərini birləşdirən yolda suötürücü borunun yararsız vəziyyətə düşməsi səbəbindən su arxının daşaraq avtomobillərin hərəkətinə maneə törətdiyi üçün həmin borunun yenisilə əvəz olunmasını xahiş ediblər.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yararsız vəziyyətdə olan boru çıxarılaraq yenisilə əvəz olunub.
    Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 22May
    Digər “Qəhrəmanlarımızı tanıyaq” adı altında Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
    Görüşdə Vətən müharibəsi iştirakçıları Elvin Məhərli və Şamxal Rəfizadə müharibə ilə bağlı təəssüratlarını bölüşüb, keçdikləri döyüş yolu barədə gənclərə məlumat veriblər.
    Qeyd olunub ki, Azərbaycan Ordusu bu gün dünyada ən güclü ordulardan biridir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz cəmi 44 gün ərzində düşməni məğlub etdik, diz çökdürdük. Təsadüfi deyil ki, Ordumuzun keçdiyi döyüş yolu, müharibə taktikası hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində öyrənilir.
    Elvin Məhərli və Şamxal Rəfizadə bildiriblər ki, Vətəni sevmək üçün mütləq bunu döyüş meydanında nümayiş etdirmək lazım deyil. Hər kəs təhsilində, işində, davranışında, ailəsinə münasibətində vətənpərvər olmalı, milli-mənəvi dəyərlərimizi qorumalıdır.
    Sonda qonaqlar gənclərin suallarını cavablandırıblar.
    Görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, müsbət mənəvi keyfiyyətlərin aşılanmasıdı.

    “YENİ TƏRTƏR”