Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının təşkilatçılığı ilə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə rayonun tibb işçilərinin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Bu münasibətlə rayon rəhbəri bütün tibb işçilərinə uzun ömür, cansağlığı və şərəfli peşələrində müvəffəqiyyətlər arzu edib.
Sonra YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktoru Sərxan Cəlahani, xəstəxananın baş həkimi Bəkir Nağıyev və Fizioterapiya kabinetində kabinet müdiri Zəhra Hüseynova çıxış ediblər.
Tədbirdə bir qrup tibb işçisi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.








Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Ədalət Veysəl oğlu 18 sentyabr 1973-cü ildə Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. Ailədə 9 uşaq olublar, 5 bacı, 4 qardaş. Ədalət 4-cü övlad, həm də qardaşların böyüyü idi.
Taxılçıların gərgin günləri başlayıb. Ötən ilin payızından üzübəri görülən işlərə yekun vurulur, bərəkətli sünbülləri ilə gözoxşayan qızılı zəmilərin məhsulu biçilir.
Baramaçılıq kənd təsərrüfatının mühüm və gəlirli sahələrindən biridir. Sovet dönəmində rayonumuzda bu sahədə xeyli təcrübə toplansa da, müstəqilliymizin ilk illərində insanların baramaçılığa olan marağı azalmışdı.
Məlum Qarabağ zəfərimizdən sonra Ali Baş Komandan, məğrur liderimiz, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq öz tarixi statusunun bərpasına nail olan Ağdərə rayonunun nadir və qədim tarixini özündə, hər qarışında yaşadan incilərindən biri də Baş Güney kəndidir. Nəzərinizə çatdıraq ki, ümumiyyətlə məlum səbəblərə görə Qarabağın Ağdərəsinin tarixini araşdırmaq, yazmaq kifayət qədər məsuliyyətli və bir o qədər də çətindir. Bu kəndin tarixinin araş-dırılması da mühüm məsələlərdən biridir. Sözügedən məsələni geniş təfərrüatlı araşdıran dəyərli tədqiqatçı Daşqın Güneylidir. Oxucuların nəzərinə çatdırılan məsələlər Daşqın Güneylinin 2013-cü ildə qələmə aldığı “Kəmərin qan yaddaşı” əsərindən bir parçadır ki, bu da qarşıda qoyulan missiyamıza xüsusi bir təkandır.
Uzun illər rayon qəzetində işlədiyimə görə, İbrahim Məmmədovu da, onun atası Yolçu Məmmədovu da yaxşı tanıyırdım. Hər ikisi rayonda qabaqcıl kənd təsərrüfatı işçisi olub. Keçmiş M. F. Axundov adına kolxozun adı çəkiləndə, ilk növbədə yada düşən Yolçu Məmmədov olur. Onun briqadası yarış cədvəlində birinci yerdə dayanırdı. Bu nailiyyətlərinə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək bayrağı” ordenləri, “Lenin yubiley medalı” ilə təltif olunmuş, hətta növbədənkənar minik maşını almışdı.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Cəmilli kənd sakini Qasımov Vilayət İsgəndər oğlu müraciət edərək evinin yaxınlığından keçən “Qaramanlı” arxının daşaraq evinə və həyətyanı sahəsinə ziyan vurduğunu bildirərək, su arxının təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.
1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alındı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının istəyi Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı. Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, cəbhədə atəşkəs əldə edildi, iqtisadi inkişaf istiqamətində islahatlara başlanıldı. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır. Ulu öndər Heydər Әliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən dövürdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib.
Yeni ismarıclar