



Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn edilib. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
Şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. Mərasimdə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb. Daha ətraflı »




Tərtər Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ru-hu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olduğunu bildirib. Bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etmişdir. 
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP ra-yon təşkilatının inzibati binasında 26 iyun-Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Vüqar Asdan oğlu 1968-ci il yanvar ayının 17-də Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbində orta təhsil almışdır. 1986- 1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 18 №-li Yol İstismarı İdarəsində qaynaqçı işləyirdi. Qarabağ uğrunda müharibə şiddətlənən vaxt Tərtər bölgəsində özünümü-dafiə batalyonu yaradılarkən, erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşililklərə qarşı əldə silah mübarizə aparmaq məqsədilə bu batalyonun tərkibinə yazılmışdır. 1992-ci il iyun ayının 3-də keçmiş Ağdərə rayonunun Qırmızıkənd kəndi yaxınlığında Tərtər Batalyonu döyüşə hazırlaşarkən keçid yollarına düzülmüş mina partlayışı nəticəsində şəhid olmuşdur.
Şəhid və qazilərin qəhrəmanlığı, onların qanı-canı bahasına bu gün torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. Belə insanlardan biri də Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Rəsul Məmmədovdur.
Rayon rəhbərinin növbəti vətəndaş qəbulunda şəhid İnqilab Ağayevin həyat yoldaşı, Tərtər şəhər sakini Ruqiyyə Ağayeva müraciət edərək evinin yanmış dam örtüyünün yenisi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq şəhid ailəsinə evin dam örtüyünün dəyişdirilməsi üçün 30 ədəd azbest şifer verilmiş və maddi yardım edilmişdir.
Pərizad Məmmədova– Qazyan kənd tam orta məktəbinin məzunu:
Süleymanlı Hüseyn Nadir oğlu 22 iyun 2004-cü ildə rayonumuzun Qaynaq kəndində doğulub. Peşəyə böyük marağı olduğu üçün orta təhsilini başa vuran kimi məktəbdən ayrılıb. Avtodiaqnostikanı öyrənib. Bir müddət Tərtərdə, sonra Bərdədə işləyib.
Nilufəri uşaq vaxtından tanıyıram. Hələ 5-ci sinifdə oxuyarkən məktəblərində keçirilən tədbirlərdən birində doğma Umudlu kəndindən necə həyəcanla danışdığının və kövrəldiyinin şahidi olmuşam. O zaman Nilufər göz yaşları içində: “Mən valideynlərimin doğulduğu o torpağa mütləq ayaq basacağam,” – demişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Nilufər kimi didərginlik həyatı yaşayan minlərlə uşağın, böyüyün arzularını gerçəkləşdirdi. 11-ci sinifdə oxuyarkən Nilufərə valideynlərilə birlikdə heç zaman görmədiyi, ancaq böyüklərin söhbətlərindən çox yaxşı tanıdığı Umudluya səfər etmək nəsib oldu. O, bir zamanlar haqqında ağlaya-ağlaya danışdığı Umudlunu indi sevinc göz yaşları, qürur və iftixar hissi ilə seyr edirdi. Bu barədə özü belə deyir:
Yeni ismarıclar