Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP ra-yon təşkilatının inzibati binasında 26 iyun-Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov acaraq, bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkobiznesə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulubdur. Sonra o, respublikada həyata keçirilən narkomaniyaya qarşı mübarizə tədbirlərindən, görülən işlərdən söz açıb.
Tədbirdə həmçinin YAP rayon təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun metodisti Gülxar Abbasova, rayon Mərkəzi xəstəxanasının poiliklinika şöbəsinin psixoloqu Təranə Əmiraslanlı, rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Elşən Əm-rahov və başqaları çıxış ediblər.
-
28İyn
Müəllif: Redaktor, 10:57