Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May
    Digər Belarus və Azərbaycan dost və  qardaş ölkələrdir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələr hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə  yaradılmışdır.  Azərbaycan müstəqillik qazandıqdan sonra Belarusla dost ölkə kimi münasibətlərini daha da gücləndirdi.

    İki ölkə arasında olan  mehriban dostluq və qardaşlıq münasibətləri onları  strateji tərəfdaşlığa gətirib çıxarmışdır. Yəni Belarus və Azərbaycan  istənilən  məsələlərin müzakirəsində  tərəfdaş dövlətlər kimi bir-birinin yanıda olurlar.  Məhz bu onun nəticəsidir ki, hər iki ölkənin liderləri düzgün xarici siyasət aparırlar.

    Bu gün aydın şəkildə görünür ki, İlham Əliyev cənabları  hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın beynəlxalq aləmdə  digər dövlətlər ilə  əlaqələrinin formalaşdırılmasında apardığı  diplomatiya strategiyası uğurlu dostluq  və qardaşlıq münasibətlərinə gətirib çıxarmışdır. Bu  siyasət  digər dövlətlərlə uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin bünövrəsini təşkil edir. Elə bu səbəbdəndir ki, Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə digər dövlətlərlə qurduğu qarşılıqlı və çoxtərəfli əməkdaşlığa əsaslanan əlaqələrin dairəsi günü-gündən genişlənir. Daha ətraflı »

  • 20May
    Milli-mənəvi dəyərlər Tərtərdə jurnalistika rüzgarı üçün şərhlər bağlıdır

    “YENİ TƏRTƏR” QƏZETİNİN 90 İLLİK YUBİLEY TƏDBİRİ İLƏ BAĞLI QEYDLƏR

     

     

     

     

     

     

    Tərtər rayonu Zaqataladan yetəri qədər uzaqda yerləşir. Lakin bu uzaqlıq “Yeni Tərtər” qəzetinin dəvətini qəbul edib, qəzetin 90  illik yubileyində iştirakımıza əngəl ola bilməzdi. O gün həm də hava bir az yağışlı idi. Olsun, dedik, may ayının yağışı təbiətə bir az da təravət verir, gözəl Azərbaycanımızın gözəlliklərini bir daha seyr etmək imkanı qazanmış olarıq, deyərək yola çıxdıq. Nə yaxşı da etdik, bu səfər zamanı nəinki yol boyu seyr etdiyimiz gözəlliklərdən zövq aldıq, ən əsası rayon qəzetlərinin belə ağrılı vaxtında, qayğıdan uzaq düşdüyü, yaşamaq üçün son gücü və imkanları ilə mübarizə apardığı, işini tam dayandırmaq məcburiyyətini yaşadığı bir vaxtda Tərtərdə başqa bir mənzərə ilə qarşılaşdıq və bundan böyük zövq aldıq. Sən demə, Tərtərdə “Yeni Tərtər” qəzeti elə bir qayğı ilə əhatə olunub ki, buna ancaq həsəd aparmaq olar.

    “Yeni Tərtər” rayon icra hakimiyyətinin təsisçiliyindən çıxıb, Media İnkişaf Agentliyindən  reyestrdən keçərək müstəqil qəzet kimi fəaliyyət göstərir. Lakin burada İcra Hakimiyyəti ilə o qədər gözəl münasibətlər qurulub ki, bunu sözlə ifadə etmək çox çətindir. Hər ikisinin məqsədi, məramı birdir – Tərtərin dirçəlməsinə, çiçəklənməsinə xidmət etmək, tərtərlilərin həyatını günü-gündən yaxşılaşdırmaq. Müharibə Tərtərə o qədər ziyan vurmuşdu ki, bu dağıntının aradan qaldırılması, erməni vəhşiliyinin izlərini həm görüntü olaraq, həm də mənən təmizləmək üçün Tərtərdə bütün qurumların vahid işbirliyi təmin edilmişdi. Bu birlikdə mətbuat işçiləri ilə əlaqə, onların işləməsi üçün şəraitin yaradılması da əsas fəaliyyət istiqamətlərindən biri kimi götürülmüşdü. “Yeni Tərtər” qəzeti mütəmadi olaraq ayda 3 dəfə çıxır, qəzetin saytı demək olar ki, hər gün yenilənir. Bütün bunları görmək tədbirdə iştirak edən rayon qəzetlərinin redaktorları üçün həqiqətən çox xoş idi. Daha ətraflı »

  • 17May
    Digər ULU ÖNDƏRİN XATİRƏSİ SEVGİ İLƏ ANILDI üçün şərhlər bağlıdır

    Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə rayonumuzda keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin 101-ci ildönümünə həsr edilmiş kitab sərgisinə, məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxıblar.
    Sonra Ümummilli Liderin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
    Gülqoyma mərasimindən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıb və Ulu Öndərin 101-ci ildönümü münasibəti ilə keçirilən rəsm müsabiqəsində yer tutan məktəblilər rayon rəhbəri tərəfindən Fəxri Fərnanla təltif ediliblər.
         * * *

    Biz isə “Yeni Tərtər”çilər olaraq əllərində gül dəstələri tutmuş rayon sakinlərindən bir neçəsinə yaxınlaşıb, ürək sözlərini söyləməsini xahiş etdik:
    Ədalət Məmmədov, Tərtər rayon Statistika İdarəsinin rəisi: Daha ətraflı »

  • 17May
    Digər Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
    Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Konfrans iştirakçıları birlikdə Ümummilli Lidert Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş filmi izlədikdən sonra “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda çıxış etmək üçün söz YAP rayon təşkilatının sədri Eldar Əsədova verilib. O, Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurucusu olduğunu qeyd edərək, bildirib ki, xalqın Ulu Öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
    Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Daha ətraflı »

  • 17May
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MƏDƏNİ İRSİMİZ üçün şərhlər bağlıdır

    Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Vətəninə və xalqına ruhən bağlı bir şəxsiyyət olub, bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük dəyər vermişdir. Dahi rəhbər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək, yanılmarıq. Heydər Əliyevə görə müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən olmuşdur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirmiş və vacib amil hesab etmişdir.
    Heydər Əliyev söyləyirdi: “Əziz xalqım! Bunu biz sizinlə birlikdə edəcəyik. Bizim görə bilmədiyimiz işləri gələcək nəsillər, davamçılarımız yerinə yetirəcəklər. Buna heç şübhəniz olmasın. Əmin olun ki, biz birləşib müstəqilliyimizi, torpaqlarımızı qoruyacaq, həm də xalqımızın yaratdığı tarixi abidələri, dini abidələri yaşadacağıq”. Daha ətraflı »

  • 17May
    Digər Şuşa haqqında düşüncələrim üçün şərhlər bağlıdır

    SƏN BİZİMSƏN, QARABAĞ!

    Mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə, Şuşaya qayıdan ilk şuşalılara evlərinin açarları təqdim olundu.
    Bir gün sonra isə Cıdır düzündə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışını izlədik. Musiqi Festivalındakı çıxışı zamanı Prezident İlham Əliyev deyib: “ Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç bir vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra ancaq musiqi sədaları səslənsin”.
    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanmış konsert proqramını mən də televizya vasitəsilə izlədim, ancaq, açığını deyim ki, televiziya qarşısında olduğumu unutmuşdum, özümü o tamaşaçıların arasında, Cıdır düzündə hiss edirdim. Xüsusən də Zeynəb Xanlarovanın, Arif Babayevin səhnəyə çıxması, yəqin ki, hər birimizi heyrətləndirdi və sevindirdi. Daha ətraflı »

  • 17May
    Digər Konsert proqramı təşkil olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniy-yət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Mədəniyyət Mərkəzinin və Uşaq Musiqi Məktəbinin kollektivlərinin ifaları iştirakçılar tərəfindən maraqla dinlənilib.

     

  • 17May
    Səhiyyə İlk dəfə laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə əməliyyat aparılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon Mərkəzi xəstəxanasına yeni gətirilmiş laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə aparılan ilk əməliyyatı izləyib.
    Yeni cərrahiyyə aparatı ilə xəstəxanada cərrahiyyə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Asəf Fərzəliyev rayonun Ələsgərli kənd sakini Tünzalə Ka-zımovanı əməliyyat edib. Əməliyyat uğurlu keçib.
    Xəstənin ailə üzvləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitə, müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin edildiyinə görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 17May
    Milli-mənəvi dəyərlər MULTİKULTURAL DƏYƏRLƏRİMİZ üçün şərhlər bağlıdır

    BİR AİLƏ KİMİ YAŞAYIRIQ

    Azərbaycan çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkədir. Burada əsrlər boyu ruslar, ukraynalılar, beloruslar, yəhudilər və digər millətlərin nümayəndələri azərbaycanlılarla birlikdə qardaşlıq mühitində yaşayırlar. Bunun bariz nümunəsi bizim Mozqovoylar ailəsidir.
    Babam Jakov Mozqovoy bir əsr əvvəl ailəsilə birlikdə Rusiyadan Tərtərin Zolgörən kəndinə köçüb, burada məskunlaşmışdı. Sonralar o, Tərtər şəhərinin özündə ev almış və uzun illər şəhərin yeganə fotoqrafı kimi işləmişdi. Babam öz peşəsini oğlu Viktora öyrətmişdi. Köhnə tərtərlilər atamı həm də o zamankı “Qızıl Bayraq” qəzetinin fotomüxbiri kimi xatırlayırlar. Həmin dövrdə rayonumuzun kəndlərində və şəhərin özündə onun tərəfindən çəkilmiş yüzlərlə əmək qabaçılının şəkilləri rayon qəzetinin səhifələrin-də dərc olunub.
    Ailəmiz həmişə ətrafdakılardan isti və mehriban münasibət görüb. Azərbaycan doğma vətənimizdir. Dünyanın müxtəlif nöqtələrində müharibə ocaqları, dini və milli ayrıseçkilik alovlandığı bir dövrdə, ölkəmizdəki tolerantlıq mühitinin, multikultural dəyərlərin qorunması təqdirəlayiqdir. Bu, Ulu Öndərin layiqli davamçısı, möhtərən Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, hamımızın sevimlisi Mehriban xanım Əliyevanın ayrı-ayrı xalqların nümayəndələrinə göstərdiyi humanist münasibətdən irəli gəlir. Daha ətraflı »

  • 17May
    Digər NARKOMANİYAYA YOX DEYƏK! üçün şərhlər bağlıdır

    VAXTINDA ATILMIŞ ADDIM GƏLƏCƏK
    BƏDBƏXTLİYİN QARŞISINI ALA BİLƏR

    Bu günlərdə Tərtər Rayon Polis Şöbəsinin rəisi polis pol-kovniki Elçin Qasımovun imzası ilə ünvanımıza daxil olan məktubda Azadqaraqoyunlu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbirin keçiriləcəyi barədə məlumat verilirdi. Deyilən tarixdə və saatda rayon polis şöbəsinin İTB-nın Yetkinlik yaşına çatmayanlar üzrə profilaktik işin təşkili qrupunun inspektoru Sirac Əlizadə redaksiyamızda oldu. Rayon Mərkəzi Xəstəxa-nasının psixoloqu Hətəm Nuruzadəni də götürüb, Azadqaraqoyunluya yola düşdük.
    Heydər Əliyev Fondu tərəfindən tikilmiş və cari dərs ilində istifadəyə verilmiş möhtəşəm məktəb binasının qarşısında xeyli adam vardı – Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin direktoru Yeganə Mehdiyeva, müəllimlər və polis əməkdaşları. Şagirdlər isə yuxarıda, məktəbin geniş və yaraşıqlı iclas zalında gözləyirdilər. Polis şöbəsinin rəisi Elçin Qasımovun gəlişi ilə ilk olaraq məktəbdə yaradılan şəhidlər guşəsi ziyarət olundu, Vətən oğullarının əziz xatirəsinə ehtiram əlaməti olaraq onların fotoşəkillərinin önünə qərənfillər düzüldü.
    Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin anılması ilə başladı, birlikdə Dövlət Himni oxundu.
    Məktəbin direktoru Yeganə Mehdiyeva tədbirin məqsədi haqqında məlumat verdikdən sonra, sözü polis şöbəsinin rəisinə verdi.
    Şagirdlərlə görüşün əlamətdar bir günə –Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini söyləyən polkovnik Elçin Qasımov bildirdi ki, Ümummilli Liderimiz demişdir ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həmin dövr indi gəlib çatıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyada tanınır. Belə bir ölkədə yaşamaq, onun vətəndaşı olmaq böyük şərəfdir. Daha ətraflı »