Müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissədə olub və hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb.
Tədbirdə çıxış edən icra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsa-sən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. O, əsgər və zabitləri Ümummilli Liderin 100 illik yubileyi, Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb.
Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Daha ətraflı »
Yeni ismarıclar