YÜKSƏLİŞ İLLƏRİ
Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər sahədə olduğu kimi, qəzetin işində də yüksəliş müşahidə olunurdu. 1975-ci ildə rayon qəzetimiz həftədə 3 dəfə 5500 nüsxə tirajla buraxılırdı.
Redaksiyanıın zəngin mətbəəsi vardı: iki “N-14” sətirtökən “Linotip” maşını, “PSIM” tipli iki çap maşını, çoxlu miqdarda şriftlər və digər mətbəə avadanlığı…
O zaman rayonumuz da özünün dirçəliş dövrünü yaşayırdı. Bura çoxlu qonaqlar gəlirdi. Məhz həmin illərdə biz qəzetimizdə rayonda RSFSR günlərinin keçirilməsini, Fransanın Milli Qəhrəmanı Xarqonun (Əhmədiyyə Cəbrayılovun) gəlişini və s. hadisələri işıqlandırmışdıq.
Kəndlərimizdə əmək adamları xarüqələr yaradır, insanların həyatı dəyişirdi. Rayon mərkəzinin özündə tikilən bir çox binalar da həmin illərin yadigarıdır. Bütün bu işlər qəzetin səhifələrində öz əksini tapırdı.
Qəzetimiz hər sayında rayonun tarixini yaşadırdı.
1974-cü ildə rayonumuzun zəhmətkeşləri dövlətə pambıq satışı üzrə öhdəlikləri layiqincə yerinə yetirmişdilər. Bu işdə rayonda çıxan “Qızıl bayraq” qəzetinin də xüsusi təsiri olmuşdur. Respublika televiziyası ilə çıxışında rayon partiya komitəsinin birinci katibi Zülfüqar Abdullayev qəzetin rolunu ayrıca qeyd etmişdir. Daha ətraflı »






Bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyəti öz əsarətinə alıb. Narkotiklə mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları düşündürən ən aktual məsələlərdən biridir. Ha-zırda aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün dövlət proqramı” icra olunmaqdadır. Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib.
Bu günədək rayonumuzun çox sayılıb-secilən, samballı köhnə kişilərindən söhbət açmışıq, onların ağ-saqqal sözündən, xasiyyətindən danışmışıq. Və adətən bu insanlar yaşlı adamlar olublar. Amma sözsüz, kişi xasiyyəti, kişi sözü yaşdan deyil, xarakterdən, qanın genlərindən irəli gəlir. Deyirlər ki, ağıllı uşaq körpəliyindən məlum olur.
Son illər rayonumuzda piyada keçidlərinin, yol nişanlarının, işıqforların sayı xeyli artıb. Bir tərtərli və sürücü olaraq mən bunu alqışlayıram.Yəni dövlətimiz tərəfindən bütün tədbirlər görülür ki, yol qəzalarının sayı azalsın, insanlar yolu rahat şəkildə keçə bilsinlər.
Bu dünyada hər kəs çalışır ki, başqalarından geri qalmasın, evi dəbdəbəli, maşını bahalı olsun. Lakin yaradanın bizə ayırdığı vaxt çatanda, bərabərləşirik. Qəbiristanlıqda məzarlar müxtəlif olsa da, orada uyuyanların bir istəyi var: Son mənzilə gedən yolları ot basmasın, bura zibil tökülməsin.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Habil Kalam oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
26 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 29 illiyi münasibəti ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Tərtər Olimpiya İdman Kompleksi ilə birlikdə təşkilatçılığı əsasında Tərtər OİK-da üzgüçülük idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 19 yeniyetmə iştirak etmişdir.
Yeni ismarıclar