Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

    Qəzetimizin əməkdaşları həyatımızda baş verən neqativ halların aradan qalqırılması üçün tənqidin gücündən daim istifadə etmişlər. 1973-cü ildə qəzetdə 60, 1974-cü ildə 50 tənqidi material dərc olunmuşdu. 1973-cü ildə qəzet öz tənqidi çıxışlarına 30, 1974-cü ildə isə 35 cavab almışdı.
    Qəzetdə belə bir qayda var: əgər tənqidi məqalə, yaxud korrespondensiya dərc olunursa, tənqid olunanlar buna münasibətlərini bildirməli, gördükləri tədbirlər barədə cavab verməlidirlər. Əgər qəzetin çıxışı ilə razı deyillərsə, onu təkzib etməlidirlər.
    Ancaq rəqəmlərdən göründüyü kimi, bəzən qəzetin çıxışlarına laqeyd qalanlar da tapılırdı. O zaman biz onlarla özümüzün qəzet üsullarımızla mübarizə aparırdıq: tənqidi qəbul etmək istəməyən insanların adlarını çəkməklə, yenidən çıxış edirdik.
    Əgər kimsə işgüzar cavab əvəzinə ümumi sözlərlə tənqiddən yaxa qurtarmaq istəyirdisə, onun vəziyyəti daha acınacaqlı olurdu. Bu baxımdan 5 may 1974-cü il tarixli 52 saylı qəzetdə dərc olunmuş “Bir felyetona iki cavab“ rubrikası altında verilən cavablar maraqlıdır. Qəzetdə dərc olunan “Çinar qalası və onun qəhrəmanları” felyetonuna rayon istehlak cəmiyyətinin sədri və rayon daxili işlər şöbəsinin rəisi cavab vermişdilər. Bir felyeton barədə iki rəy. Qəzet bu cavabları öz qeydlərilə birlikdə dərc etmişdir. Cavabdan bilinirdi ki, “Çinar” pavilyonunun işi haqqında materiallar daxili işlər şöbəsinin istintaq qrupuna göndərilmişdir.
    Qəzetdəki tənqidi çıxışlara verilən cavablar “Qəzetin çıxışından sonra”, “Bizə cavab verirlər, “Məktub dərc olunmasa da” və s. rubrikalar altında verilirdi.
    Nöqsanların aradan qaldırılmasını yoxlamaq üçün qəzet bəzən reydlər də təşkil edirdi.

    Svetlana BAĞIROVA
    10 fevral 2009

    Müəllif: Redaktor, 10:40

İsmarıclar bağlıdır.