Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May
    Xəbərlər Ədliyyə naziri Tərtər rayonunda vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Mayın 12-də ədliyyə naziri Fikrət Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
    Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Tərtər, Ağdam, Bərdə və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyətinə dair müraciətləri diqqətlə dinlənilərək qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.
    Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
    Səfər çərçivəsində həmçinin, yerli ədliyyə orqanlarının və məhkəmələrin iş şəraiti ilə tanış olunub, işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
    Rayonda fəaliyyət göstərən ədliyyə işçilərinin və hakimlərin iştirakı ilə tədbir keçirilib. Daha ətraflı »

  • 19May
    Xəbərlər İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 29 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi za-manı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, fərdi yaşayış evinin tikilməsi üçün həyətyani torpaq sahəsinin ayrılması, maddi yardım, ev təmirinə köməklik, Şıxarx qəsəbəsində evlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 19May
    İqtisadiyyat 2023-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 12,3 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 56 milyon 148.8 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12.3 faiz çoxdur. Məhsul və xidmətlərin 66.9 faizi istehsal sahələrinin, 33.1 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2023-ci ilin yanvar-mart aylarında 6264.2 min manatlıq və ya ümumi məhsulun 11.2 faizi qədər sənaye sektorunda, 10600.6 min manatlıq (18.9%) kənd təsərrüfatı sahəsində, 20672.3 min manatlıq (36.8%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 17838.8 min manatlıq (31.8%) ticarət və xidmət sahəsində, 532.8 min manatlıq (0.9%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 240 min manatlıq (0.4%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
    Kənd təsərrüfatı istehsalı 3.9 faiz, tikinti-quraşdırma işləri 46.3 faiz, nəqliyyat xidmətləri 15.2 faiz, informasiya və rabitə xidmətləri 11.4 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

     

     

  • 19May
    Kənd Təsərufatı Baramaçılıq üçün şərhlər bağlıdır

    Məqsədimiz 500 kq barama istehsal etməkdir

    Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da son illər bu sahənin inkişafına diqqət xeyli artıb. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bizim kəndimizdə də barama-çılığın yem bazasını möhkəmləndirmək məqsədi ilə tədbirlər görülüb. Belə ki, təkcə son üç il ərzində Tərtər-Gəncə avtomobil yolunun kənarlarında 1500 ədəd çəkil tingi əkilib. Tinglərin be-cərilməsi, suvarılması işlərinə daim diqqət göstərilir.
    Bunun nəticəsidir ki, ötən il kəndimizin kümçüləri 7 qutu ipəkqurdundan 320 kq məhsul təhvil vermişdilər.
    Cari ildə isə 12 qutu ipəkqurdu götürmüşük. Bunun 4 qutusunun becərilməsi ilə özüm məşğul oluram. Havalar baramaçılar üçün əlverişli olmasa da, işlərimiz qaydasındadır. İpəkqurdu saxlanılan yer istiliklə təmin olunub, kifayət qədər yemimiz var. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndimizdə olarkən, işimizlə tanış oldu və lazımi tövsiyələrini verdi. Daha ətraflı »

  • 19May
    Kənd Təsərufatı Pambıqçılıq üçün şərhlər bağlıdır

    Mövsüm uğurlu başladı

    Rayonumuzun iqtisadiyyatının aparıcı sahələrindən biri pambıqçılıqdır. Ulu Öndər Heydər Əliyev birinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi illərdə Tərtərdə bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət göstərir, keçirdiyi müşavirələrdə, “ağ qızıl” ustaları ilə görüşlərində rayonun bərəkətli torpaqları, zəhmətsevər insanları olduğunu qeyd edirdi.
    Respublikamız müstəqillik əldə etdiyi ilk illərdə pambıqçılığın inkişaf etdirilməsi bir qədər unudulmuşdu. Lakin Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən aqrar islahatlar, torpaqların əsl sahiblərinə qaytarılması, meliorativ tədbirlər digər vacib problemlər kimi, pambıqçılıqda yaranan çətinliklərin aradan qaldırılmasına şərait yaratdı. Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər nəticəsində, Azərbaycanda mü-hüm strateji məhsul olan pambığın əkilib-becərilməsində yeni-yeni uğurlara nail olundu.
    O cümlədən Tərtər rayonu da son illər bu sahədə qabaqcıllar sırasına çıxdı, ardıcıl olaraq hər hektarın məhsuldarlığına görə respublikada birincilər sırasında dayandı. Daha ətraflı »

  • 19May
    Kənd Təsərufatı Taxılçılıq üçün şərhlər bağlıdır

    Ərzaq bolluğu yaradılır

    Dünyada baş verən hadisələr, həmçinin ciddi iqlim dəyişikliyi kənd təsərrüfatı işçiləri qarşısında mühüm vəzifələr qoyur. İndi torpaqda çalışan hər kəs bilir ki, ərzaq qıtlığının qarşısını almaq üçün əvvəlkindən qat-qat yaxşı işləmək, xüsusən qabaqcıl texnologiyaları tətbiq etmək lazımdır.
    Bu baxımdan Tərtər rayonunun taxılçıları da ildən-ilə zəmiərin məhsuldarlığını artırırlar. Cari təsərrüfat ilində onlar 7092.4 hektarda buğda, 4138.7 hektarda arpa, 154 hektarda isə xəsil üçün arpa becərirlər.
    8742 hektar sahədə birinci, 8723 hektarda ikinci vegetasiya suvarması aparılıb. Hazırda zəmilərə üçüncü su verilir.
    Eyni zamanda siçanabənzər gəmiriçilərə, digər zərərvericilərə və xəstəliklərə, alaq otlarına qarşı mübarizə tədbirləri aparılır. Daha ətraflı »

  • 19May
    Kənd Təsərufatı Yazlıq əkinlər üçün şərhlər bağlıdır

    Becərmə işləri davam edir

     

     

     

     

    Rayonumuzda yazlıq əkinlərin becərilməsi işləri müvəffəqiyyətlə davam etdirilir. Belə ki, cari ildə rayonumuzun kənd əməkçiləri 1782.5 hektar sahədə günəbaxan, 152 hektarda qarğıdalı, 1203 hektarda təzə yonca, 384 hektarda kartof, 890 hektarda tərəvəz becərirlər.
    Qeyd etmək lazımdır ki, son illər rayonumuzda günəbaxan bitkilərinin əkininə maraq xeyli artıb. Bu gəlirli sahənin inkişaf etdirilməsi həm də əhalinin işlə təmin olunmasına kömək edir.
    Qarğıdalı, yonca əkinləri isə heyvandarlığın yem bazasının möhkəmləndirilməsində mühüm rol oynayır ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfədir.
    Rayonumuzda becərilən kartof və tərəvəz keyfiyyətinə görə alıcılar tərəfindən çox bəyənilir ki, bu da özümüzün lazımi ərzaq məhsulları ilə təmin olunmasına köməkdir. Daha ətraflı »

  • 19May
    Xəbərlər Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərə sovqat paylanılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti “Vəkiloğlu” MMC şirkəti ilə birlikdə “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər ra-yonundan olan Vətən Müharibəsinin 62 şəhid ailəsinə və 57 əlilinə ərzaq yardımı edib.
    Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC şirkətinin əməkdaşları iştirak ediblər.
    Şəhid atası İfrayıl Hacıyev, qazi Misir Axundov və başqaları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

  • 19May
    Şəhidlər Azərbaycan tarixi xarici jurnalistlərin gözü ilə üçün şərhlər bağlıdır

    Yoldaşlarını ziyarət etdi, bir həftədən sonra isə özü xiyabana şəhid kimi qayıtdı…

    Bu günlərdə sosial şəbəkədə litvalı jurnalist Riçards Lapaitsin azərbaycanlı döyüşçü, I Qarabağ müharibəsində şəhid olmuş tibb bacısı Rəhilə Orucova haqqında kövrək bir yazıya rast gəldim. Bu sətirləri yalnız Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən bir insan yaza bilərdi.
    Aşağıda həmin yazını oxucularımıza təqdim edirik.
    Rəhilə Orucova doğma torpaq uğrunda şəhid olanda cəmi 27 yaşı vardı. Şuşanın alınması xəbərini o, Tərtərdə eşitdi. Ağdərə rayonunun Marquşevan kəndi (hazırda Şıxarx) istiqamətində hücuma keçmək əmri verilmişdi. O, həmin Şıxarxdı ki, özümün könüllülük fəaliyyətimdə dəfələrlə orada olmuşam. Könüllü olaraq ora gəlirdim! Artıq bizim günlərdə burada Turanə adlı azərbaycanlı qız şəhid olmuşdu. Şıxarx – bu, bütöv bir tarixdir! Kədər, böyük döyüşçülər və cəsarətli şəxsiyyətlər tarixi! Rəhilə Göyçayda doğulmuşdu. Bu, Azərbaycanın xüsusilə gözəl bir guşəsidir. Sonralar Orucovlar ailəsi Bakıya köçdü və o, burda tibb texnikumunu bitirdi.
    Qarabağ müharibəsi başlayanda, o, könüllü olaraq cəbhəyə getdi. Könüllü! Mənə elə gəlir ki, bu, başqalarının həyatını xilas etmək üçün insanın edə biləcəyi ən yüksək hərəkətdir. Qorxmaz qız kişilərlə bərabər döyüşə gedirdi. Həmin kədərli gündə “Qurtuluş” batalyonundan 11 əsgər şəhid olmuşdu. Daha ətraflı »

  • 19May
    Ədəbiyyat El sənətkarlarımız üçün şərhlər bağlıdır

    Dinləyici vurğunluğu

    Hələ səksəninci illərdə ekranda, efirdə sevə-sevə dinlədiyim mahir bir saz ifaçısı vardı – Əıi Quliyev ( Əli Urfan ). O aşığı qiyabi tanısam da, böyük və kamil sənətkar kimi ona qəlbimdə dərin hörmət, sonsuz dinləyici sevgisi olub. Yaxın ötən həftələrin birində “Saz-söz məclisi”nin qonağı olan aşıq Əlini müdrik, ağsaqqal bir sənətkar durumunda görəndə onun sənətinə, şəxsiyyətinə olan rəğbətimin əbəs olmadığına bir daha əmin oldum. Bu günlərdə ( 07.05.2023) bir şeirlər kitabını Elnur Baxışın vasitəsi ilə mənə hədiyyə göndərən USTADA təşəkkürümü bildirirəm. Kitabı əlimə alanda sandım ki, müəllifin əlidir, mənim əlimi sıxır. Daha ətraflı »