ONU YAŞADAN EL MƏHƏBBƏTİDİR
Məhəbbət Paşayeva rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə Tərtər üçün unudulmaz olan 1992-ci ildə təyin olunmuşdu. Həmin vaxt Tərtər od içində yanırdı. Belə dəhşətli günlərdə nəinki qadın, hətta ən cəsarətli kişi belə rayonun baş həkimi kimi ağır bir yükü öz çiyinlərinə götürməyə cürət etməzdi. Axı, o zaman Tərtər düşmənlə üz-üzə dayansa da, burada hələ hərbi hospital formalaşmamışdı. Odur ki, bütün ağırlıq xəstəxananın üzərinə düşürdü. Xəstəxana isə ermənilərin ən çox atəş altında saxladığı nöqtələrdən biri idi. Həm də ixtisaslı həkimlər, cərrahlar çatışmırdı. Amma buna baxmayaraq, hər gün onlarca yaralı və şəhid qəbul olunurdu. Texniki işçilərdən tutmuş həkimlərədək hər bir işçi yaralılara kömək edirdi.
Düzü, bu yükü Məhəbbət həkim vəzifə ilə bərabər qəbul etmirdi. Rayonumuza ilk top mərmisi atılan gündən o, bu işlə məşğul olur, nə qorxu bilir, nə də çətinliklərdən qaçırdı. Yeni vəzifə isə onun mövqeyini daha da möhkəmləndirirdi.
1992-ci ilin ağır günlərindən biri idi. Məhəbbət həkim azacıq dincəlmək üçün evə gəlmişdi. Qəfil atılan top səsindən diksindi. Tez həyat yoldaşının üzünə baxdı. Akif onu sözsüz başa düşdü.Partlayış səsi xəstəxana tərəfdən gəlirdi. O, heç bir söz demədən həyətdəki maşına yaxınlaşdı. Məhəbbət də artıq hazır idi. Küçəyə çıxanda onlar vahimə içində qaçan qadınları,uşaqları gördülər. Hamı Tərtər çayı üzərindəki körpüdən o tərəfə keçməyə can atırdı. Təkcə Məhəbbətgilin maşını əks istiqamətə, xəstəxanaya tələsirdi. Onlar yaxınlaşanda gördülər ki, yanılmayıblar. Düşmən mərmisi xəstəxananın lap yaxınlığında partlamışdı, çoxlu dağıntılar vardı. Məhəbbət həkim ən əvvəl doğum evinə tələsdi. Bir az əvvəl bura xəstə qadın gətirmişdilər. İndi növbətçi həkim nə qədər çalışsa da, qadın qorxudan özünə gələ bilmirdi. Məhəbbət həkimin gəlişi lap yerinə düşdü. Onun təmkinli hərəkətləri, daxildən gələn möhkəm iradəsi, mehriban sözləri əzab çəkən qadını sanki yenidən həyata qaytardı. Bir azdan partlayış səslərinə dünyaya yeni gəlmiş körpənin səsi qarışdı. Daha ətraflı »


Əziz tərtərlilər, hörmətli oxucularımız!
Bu günlərdə Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində coğrafiya fənni üzrə “açıq dərs” keçirilib. Fənn müəllimi Səbuhi Kərimovun “Bitki və heyvanlar aləminin müxtəlifliyi” mövzusunda hazırladığı “açıq dərs”də şagirdlər böyük fəallıq göstəriblər.
“Ana tarla” tamaşasının premyerası keçirildi
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
Cari ilin 25 aprel tarixində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış edib.
Milli iqtisadiyyatımızın formalaşmasında Ulu Öndərin misilsiz rolu olub. Heydər Əliyev deyirdi: “İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq. Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında düşünməliyik.”
Prezident İlham Əliyev cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı bildirib ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir.
30 ildən bir az çox vaxt ayırır bizi Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşduğu gündən. Amma elə bil dünən idi o şaxtalı 14 yanvar günü…
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yeni ismarıclar