Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Qənbər Qənbərlinin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.
Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib. Daha ətraflı »


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə konkret, məqsədyönlü, uğurlu siyasət aparmış və Azərbaycan vətəndaşları bunun müqabilində firavan həyat sürməkdədirlər. Hələ Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərərkən Azərbaycan xalqına xidmət etmək Heydər Əliyevin amalı, onun ən ümdə vəzifələrindən biri olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib.
Hər bir ana övlad böyüdür, bəhrəsini görmək üçün. Vətən də anadır. Biz şəhid analarının övladları ana Vətən yolunda canlarını fəda etdilər. İndi onların yeri evimizdə deyil, milyonların ürəyindədir. Biz bunu göstərilən qaygıdan, münasibətdən hiss edirik.
Prezident İlham Əliyevin hər bir sözünün arxasında konkret, real işlər dayanır. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun xalqa verdiyi növbəti vədi bu yerlərə tezliklə Böyük Qayıdışın başlanması olmuşdu. İndi budur, erməni vandallarının viran qoyduqları doğma yurdlara qayıdış başlayıb. Bu torpaqlarda irimiqyaslı layihələr həyata keçirilir, evlər tikilir, vətəndaşlarımızın rahat yaşaması üçün infrastruktur yaradılır. Belə yaşayış məntəqələrindən biri də rayonumuzun Talış kəndidir.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Qızıl Aypara” Cəmiyyətinin Tərtər rayon bölməsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və humanitar diplomatiya” mövzusunda “dəyirmi masa” keçirilib.
20 il öncə Qaynaq kəndindən bir şəhid anası ilə tanış olmuşdum.İndi Tanrı dərgahında haqq dünyasına qovuşub.
Tərtər Rayon İcra Hakimiyyətinin, N. saylı hərbi hissənin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N. saylı hərbi hissənin hərbçiləri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər.
Yeni ismarıclar