Bu günlərdə Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində coğrafiya fənni üzrə “açıq dərs” keçirilib. Fənn müəllimi Səbuhi Kərimovun “Bitki və heyvanlar aləminin müxtəlifliyi” mövzusunda hazırladığı “açıq dərs”də şagirdlər böyük fəallıq göstəriblər.
Dəvət edilən qonaqlar–rayon təhsil sektorunun metodisti Gülxar Abbasova, alim-aqronom Məhəmməd Şirinov, Ələsgərli kənd tam orta məktəbinin direktor müavini Bahar Hüseynova, şəhid bacısı, təqaüddə olan müəllim Havva İbrahimova, məktəbin rəhbərliyi və müəllimlər dərsin gedişini maraqla izləyiblər.
Dərsdən sonra qonaqlar “Təbiətə qayğı” və “Ekoklub” dərnəyinin üzvləri ilə görüşüblər. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar məktəbin həyətində ağac və gül kolları əkilib. Məhəmməd Şirinov şagirdlərə akademik Həsən Əli-yevin “Təbiətə zülm edənin yaşamağa haqqı yoxdur” sözlərini xatırladıb. Deyib ki, məktəbi himayəyə götürəcək, onları dekorativ ağaclarla təmin edəcək və bu ağacların becərilməsində uşaqlara öz köməkliyini göstərəcəkdir.
Həmin gün həmçinin məktəbin 2005–ci il məzunu Gündüz Səfərovun uşaqlara göndərdiyi hədiyyələr təqdim olunub.
Şagirdlər maraqlı görüş üçün öz təşəkkürlərini bildiriblər.
“YENİ TƏRTƏR”