Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek
    Xəbərlər 2023-cü ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında CƏDVƏL üçün şərhlər bağlıdır
    S/s Soyadı, adı, atasının adı Vəzifəsi Həftənin günləri Saat
    1 2 3 4 5
     

    1

     

    Məmmədov Müstəqim Səyyad oğlu

     

    Rayon icra hakimiyyətinin başçısı

     

    II gün

     

    11: 00-dan başlayaraq

     

    2

     

    Umudov Elvin Natiq oğlu

     

    Başçının birinci müavini

     

    I gün

     

    11: 00-dan başlayaraq

     

    3

     

    Cavadov Abbas Yusif oğlu

     

    Başçının müavini-Sosial-iqtisadi  inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

     

    III gün

     

    11: 00-dan başlayaraq

     

     

    4

     

     

    Əliyev Fizuli Bayram oğlu

     

    RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

     

    IV gün

     

    11: 00-dan başlayaraq

     

    5

     

    Kərimov Tofiq Ənvər oğlu

     

    RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar

     

    V gün

     

    11: 00-dan başlayaraq

    QEYD:    –   Aparatın digər şöbə müdirləri vətəndaşları həftə ərzində (iş günləri) qəbul edirlər.

  • 29Dek
    Kənd təsərrüfatı İl başa çatır üçün şərhlər bağlıdır

    Həyatımızdan duru sular əskik olmasın

    Azərbaycanda, o cümlədən bizim Tərtər rayonunda meliorasiya və su təsərrüfatının inkişafı Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider deyirdi: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
    Ulu Öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə meliorativ tədbirlərin həyata keçirilməsinə yönəldilən vəsait Azərbaycanda bu sahənin sürətli inkişafına gətirib çıxardı. Kənd təsərrüfatında, xüsusən də pambıqçılıqda ciddi dönüş yarandı, mühüm nailiyyətlər qazanıldı. Bu baxımdan “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) qərar böyük əhəmiyyətə malikdir.
    1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində meliorasiya və su təsərrüfatının xeyli zəifləmiş maddi-texniki bazasının yenidən möhkəmləndirilməsi məqsədilə “Meliorasiya və irriqasiya haqqında” qanun qəbul olundu. Bu qanunun tətbiq edilməsi barədə Fərman imzalandı.
    Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin meliorasiya sahəsində həyata keçirdiyi çoxsaylı islahatlar, mühüm layihələr sayəsində dünyanı bürüyən iqtisadi böhran şəraitində Azərbaycanda kənd təsərrüfatı inkişaf edir, əhalinin ərzaqla təminatında problemlər yaşanmır. Daha ətraflı »

  • 29Dek
    Şəhidlər ŞƏHİDLƏR BU DÜNYADA DÖNƏRLƏR BİR GÜNƏŞƏ, ŞƏHİDLƏR ÖLMƏZ OLUR, YAŞAYIRLAR HƏMİŞƏ üçün şərhlər bağlıdır

    Şəhidimiz bizimlədir

    Abdullayev Şəhriyar Kamil oğlu 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Orta məktəbi də Şəhriyar bu kənddə bitirib.
    2005-ci il oktyabrın 12-də həqiqi hərbi qulluğa gedib. 2007-ci ilin aprelində qayıdıb. 2011-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. O, XTQ-yə qəbul olub və orada gizir kimi çalışmağa başlayıb.
    Şəhriyar Aprel döyüşlərinin iştirakçısı olub. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə medal və diplomla təltif edilib.
    2020-ci il sentyabr ayının 27-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda haqq savaşına qatılan Şəhriyar Abdullayev Murov istiqamətində döyüşüb.Gamış dağ zirvəsinin itki vermədən fəth edilməsində qəhrəmanlıq göstərib. Sentyabrın 29-dan Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı ermənilərin tankını, maşınını hərbi qənimət kimi gətirib, çoxlu sayda düşmən əsgərini zərərsizləşdirib.
    Oktyabrın 10-da Hadrut uğrunda gedən döyüşdə axşam saat 21.50 radələrində düşmənlə əlbəyaxa savaş zamanı yaxın məsafədən baş nahiyəsindən snayperlə vurularaq şəhidlik zirvəsinə ucalıb.
    Şəhidin qardaşı Tural Abdullayev deyir ki, Şəhriyar həmişə müharibənin başlamasını və özünün orada iştirak etməsini arzulayırdı. O, polis orqanlarına işə düzəlmək üçün sənəd verib qəbul olunsa da, son anda atasından xəbərsiz sənədlərini götürüb Xüsusi Təyinatlı Qüvvələrə qəbul üçün verib. Daha ətraflı »

  • 29Dek
    Şəhidlər Mülki şəhidimiz üçün şərhlər bağlıdır

    Ailəsi ilə görüşməyə gedirdi, artilleriya mərmisinə tuş gəldi

    Həsənov Zabil Məhəmməd oğlu 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin ermənilər tərəfindən işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşıb. Bu kənd atəşkəs dövründə, Aprel hadisələri zamanı dəfələrlə düşmən artilleriyasının hücumlarına məruz qalıb, şəhid verib, insanlar əlil olublar.
    Vətən müharibəsinin ilk günlərindən Həsənqaya kəndi düşmənin hədəfinə çevrilmişdi. Dinc sakinlərin burada qalması təhlükəliydi. Zabil də həyat yoldaşını və üç övladını – İlkini, Nahidəni, Təmkini Bərdəyə göndərib, özü evlərində qalmışdı. Təsərrüfat işləri ilə məşğul olurdu.
    Zabilin Həsənqaya kəndində qalmaqda məqsədi ön cəbhədə əsgərlərimizə yaxın olmaqla, kömək etmək idi. Sonralar bu faktı orada xidmət edən əsgərlər danışırdılar.
    Oktyabrın 1-də o, bazarlıq edib uşaqlarına baş çəkməyə hazırlaşmışdı. Şəhərimizin köhnə avtovağzal deyilən ərazisində maşın gözləyirdi. Bu zaman Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisinin qəlpələri dəyməsi nəticəsində şəhid olub.
    Elə həmin gün Bəyimsarov kənd qəbiristanlığında dəfn olunub.
    Erməni terrorunun növbəti qurbanı olan Zabil Həsənovun da qanı yerdə qalmadı. Düşməndən fərqli olaraq, Azərbaycan Ordusu onların cavabını hərb meydanında verdi.
    Bütün şəhid ailələri kimi, Həsənovlar ailəsi də dövlətimizin qayğısı ilə əhatə olunub.

     

  • 29Dek
    Şəhidlər Tabeliyində olan şəxslərə örnək olan komandir üçün şərhlər bağlıdır

    Məmmədov Elcan Zöhrab oğlu 1989-cu ildə Tərtər rayonunda anadan olub. 1996-cı ildə Bakıxanov qəsəbəsindəki 96 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2007-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Elə həmin il Poltexnik Universitetinə qəbul olub. Universiteti bitirməyinə bir il qalmış, 2010-cu ildə ailə qurub.
    2011-ci ildə universiteti bitirib və hərbi xidmətə yola düşüb. Müddətli həqiqi hərbi xidmətini Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki “N” saylı hərbi hissədə başa vurub və Bakıya, ailəsinin, valideynlərinin yanına qayıdıb.
    2013-cü ildən Elcan tikinti şirkətində təhlükəsizlik xidməti rəisinin köməkçisi vəzifəsində çalışıb. Elə həmin ilin aprel ayının 2-də Ayan adlı qız övladı dünyaya gəlib. Bir ata kimi Elcanın sevincinin həddi-hüdudu yox idi. 2015-ci il iyulun 2-də onun 2-ci övladı Ramal həyatına sonsuz bir sevinc bəxş edib.
    2018-ci ildə Elcan Məmmədov xüsusi kurs keçərək leytenant hərbi rütbəsi alıb və Daşkəsəndəki “N” saylı hərbi hissədə işə başlayıb.
    Elcan Məmmədov 2020-ci ilin 12-15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonunda baş verən Tovuz döyüşlərində savaşıb.
    Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib.
    Bu döyüşdə yaralansa da, yoldaşlarının təkidinə baxmayaraq, geri qayıtmayıb, deyib:
    –Boş şeydi, mən yaralanım qayıdım, sən qayıt, bəs irəli kim getsin? Daha ətraflı »

  • 29Dek
    Şəhidlər Ananın tək övladı şəhid Emil üçün şərhlər bağlıdır

    Qaşın kim ola bilər?
    Gözün kim ola bilər?
    Oğul itirən anaya
    Oğul kim ola bilər?
    Bu yazını bayatı ilə başlamaqda məqsədim yüzlərlə, minlərlə ananın oğul itkisini, ürəynin yanğısını onlarla birgə yaşamağımdır. Doğmaların – xüsusilə də övlad itkisi dərdlərin ən acısıdır, desəm yanılmaram. Mənfur qonşularımızın Birinci Qarabağ Müharibəsində və 44 günlük Vətən Müharibəsində xalqımıza qarşı etdiyi amansızlıqlar ana-bacıları oğul-qardaş həsrətli, körpələri valideynsiz qoymuş, dağ vüqarlı ataların belini əymişdir. Ailədə, cəmiyyət arasında öz xeyirxahlığı, qoçaqlığı, vətənpərvərliyi ilə seçilən oğullarımız torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuşlar. Bədən üzvlərini itirərək hələ də əzabla yaşayan oğullarımız vardır. Bunlar analarımızın sağalmaz yarasıdır, heç zaman yandıra bilməyəcəyi sönmüş çırağıdır. İgid, qəhrəman oğullar anaların “əsərləri” hesab edilir. Həm anaların, həm də bütün xalqımızın qürur, fəxr yeridir, lakin hər bir itirilmiş oğul ananın sönmüş ümidi, yarım qalmış arzusudur. Bu analardan biri də şəhid Emil Əmirovun anası Xanımnaz İmanovadır.
    Emil Xanımnaz ananın tək övladı olub. Soyuq bir qış günündə – 9 dekabr 2000-ci ildə doğulanda ana oğlunu arxa-dayaq bilmiş, onu nəvazişlə böyütmüşdür. Mingəçevir şəhərində doğulsa da, uşaqlığı Moskva şəhərində keçmişdir Emilin. Hətta orta məktəbə ilk qədəmlərini də orada atmışdır. Qısa bir vaxtdan sonra anası ilə birgə doğulduğu Mingəçevirə qayıdaraq, ibtidai təhsilini burada davam etdirir. Balaca Emilin rəftarı onu müəllim və sinif yoldaşlarının sevimlisi edir. Daha ətraflı »

  • 29Dek
    Digər BAYRAMQABAĞI GÜNLƏRDƏ HEÇ KİM UNUDULMAYIB üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının gözəl milli-mənəvi dəyərlərindən biri bayramqabağı günlərdə ailədə şənlik keçirməzdən əvvəl dərdi olan, əzizini itirən insanların ziyarət edilməsi, onlara mənəvi və maddi köməklik göstərilməsidir. Bu, həm də ölkə Prezidenti İlham Əliyevin hər bir məmur qarşısında qoyduğu tələbdir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün fəaliyyətinin əsasını təşkil edən bir nümunədir.
    Şəhid ailələrinə, vətənin bütövlüyü uğrunda döyüşlərdə yaralanan, sağlamlığını itirən qazilərimizə diqqət və qayğını özünün bir nömrəli vəzifəsi hesab edən rayon rəhbəri Müstəqim Məmmədov, eləcə də rayonumuzun idarə və müəssisə kollektivləri, məktəblilər Yeniilqabağı günlərdə şəhid ailələrinin, qazilərin qapılarını döyür, onlarla görüşür, qayğılarını öyrənirlər.
    Bu yaxınlarda 12 nəfər şəhid ailəsinin və 2 Vətən müharibəsi əlilinin müalicə və istirahət üçün “Cold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə göndərilməsi də bu qayğının təzahürüdür.
    Şəhid İsax Verdiyevin atası Ədalət Verdiyev deyir:
    – Şəhid valideyni olmaq şərəflidir, ancaq şərəfli olduğu qədər də çətindir. Ətrafımızda övladımızı unutmayan, onun xatirəsini yaşadan insanları görəndə, təskinlik tapırıq. Buna görə ilk növbədə dövlətimizin başçısı İlham Əliyevə, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, rayon rəhbərliyinə, bizi qayğı ilə əhatə edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk. Bayram ərəfəsində Naftalan şəhərində xidmətimizdə dayanan Müalicə və Sağlamlıq Mərkəzinin personalına da “çox sağ olun” deyirik. Daha ətraflı »

  • 29Dek
    Digər İsraildən məktub almışıq üçün şərhlər bağlıdır

    Dar gündə Azərbaycan bizə sahib çıxdı

     

     

     

     

     

     

     

    Mən Ukraynanın Xarkov şəhərində anadan olmuşam. İkinci Dünya müharibəsi illərində bu gözəl şəhər Kiyevdən sonra ilk olaraq bombalanan yerlərdən biri idi. Atamı dərhal cəbhəyə apardılar. Ailəmiz üçün isə şəhərdə qalmaq çox təhlükəliydi. Çünki faşistlər yəhudiləri sorğu-sualsız öldürür, min bir işgəncə verirdilər.
    Qohumlarımızın vasitəsilə çətinliklə də olsa qatara bilet tapıb Avropada gözəlliyinə görə birinci olan Xarkov dəmiryolu vağzalından vaqona minib naməlum istiqamətdə yola düşdük. Hara gedirdik, nə edəcəydik, bunu heç kim bilmirdi. Atamdan sonra ailəmiz beş nəfərdən ibarət idi: anam, üç bacım və mən. 16 yaşı yenicə tamam olan böyük bacım bütün qayğıları öz üzərinə götürməyə çalışırdı.
    Bu səfərimiz haqqında çox danışmaq olar. Bircə onu demək is-təyirəm ki, əziyyətli günlərdən sonra nəhayət, gəlib çıxdıq Azərbaycanın Tərtər rayonuna. Ailənin kiçiyi idim. Anam və bacılarım mənim üçün rahatsız olurdular. Ancaq tezliklə başa düşdük ki, tək deyilik. Bizə mehriban münasibət göstərən, vəziyyətimizi, dərdimizi başa düşən insanların əhatəsindəyik. Odur ki, biz də tərtərlilərlə tez dil tapdıq, doğmalaşdıq və bu doğmalığı indiyədək qoruyub saxlayırıq.
    Qadınların təndirdə bişirdiyi çörəyin ətri hələ burnumuzdan getməyib, yuxularımda Tərtərdən keçən kiçik arxları, onların saf sularını görürəm. Azərbaycandan gətirdiyimiz kitabın vərəqləri arasında isə Qarabağın qızıl gülünün ləçəklərini qoruyub saxlayıram. Daha ətraflı »

  • 29Dek
    Şəhidlər Redaksiyamızın qonağı üçün şərhlər bağlıdır

    ŞƏHİD AİLƏSİNİN ARZULARI

    İllərin qovuşuğuna cəmi bir neçə gün qalıb. Kimi evində şam ağacı bəzəyir, kimi bayram bazarlığından ötrü marketlərə üz tutur. Redaksiyamızın qonağı olan Xanım nənənin üç nəvəsi – Arzu, Pərizad və Zamiq də yeni ili qarşılayacaq, ürəklərində arzu, niyyət tutub, Şaxta Babaya məktub yazacaqlar. Amma bu məktublar digər uşaqların yazdıqlarına bənzəməyəcək.
    Xanım nənə Arzunun məktubunu götürüb bizə gətirmişdi: “Əziz Şaxta Baba! Bizim çox zəhmətkeş, gözəl, mehriban atamız vardı. Çoxlu var-dövlətimiz olmasa da, atamızla qayğısız və xoşbəxt yaşayırdıq. Onunla biz çox güclüydük. Atamız sadə bir insanıydı. O, ermənilərə neyləmişdi ki, atdıqları mərmi ilə cavan ömrünü yarımçıq, bizi isə atasız qoydular? Şaxta Baba, erməni terrorunun qurbanı olan bir insanın övladları kimi biz müharibəni lənətləyirik. Arzum budur ki, məktəbi əla qiymətlərlə bitirib həkim olum, atamızın adını daşıyan klinika açım. Mən insanlara sağlamlıq bəxş etmək istəyirəm, bir də istəyirəm ki, uşaqlar bir daha müharibə nə olduğunu görməsinlər, analar mənim Xanım nənəm kimi gözüyaşlı qalmasın”.
    Nəvəsinin fikirlərini Xanım nənə davam etdirir. O deyir: “ Mən özüm həyat yoldaşımı 21 yaşımda itirdim, iki körpə balamla tək qaldım. Oğlum Həsənin və qızım Xumarənin əlini çörəyə çatdırmaq, onları ev-eşik, ailə sahibi etmək üçün ən ağır işlərdən yapışdım– xadimə işlədim, kiminsə işini gördüm və nəhayət, şükür etdim ki, tərbiyəli övladlar böyütmüşəm, nəvələrim var”. Daha ətraflı »

  • 27Dek
    Xəbərlər 31 Dekabr- Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günüdür. üçün şərhlər bağlıdır

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

    Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Artıq 31 ildir ki, qeyd edilən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayıb. Daha ətraflı »