Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,518
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Dek
    Digər Xalqı birləşdirən Qələbə üçün şərhlər bağlıdır

    31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü nəinki ölkəmizdə, dünyada geniş şəkildə qeyd olunur. Bu, xalqımızın ən sevimli bayramlarından biridir. Ümummilli Lider Heydər Əliyev bu barədə deyib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”

    Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Daha ətraflı »

  • 30Dek
    Xəbərlər Tərtərdə Yeni il ərəfəsində Vətən Müharibəsi şəhidlərinin ailələrinə Bayram sovqatları paylanıb üçün şərhlər bağlıdır

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni il ərəfəsində Tərtər rayonunda Vətən Müharibəsinin 50 şəhid ailəsinə ərzaq yardımı edilib.

    Ərzaqların təqdim edilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak ediblər.

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

     

  • 30Dek
    Xəbərlər Rayon rəhbəri Milli Məclisin deputatı ilə birgə şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  Milli Məclisin deputatı Sahib Alıyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəs ilə görüşüb,onların  qayğıları  ilə maraqlanıb.

    İcra başçısı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun, Yaqub kimi oğulların sayəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, düşmənə qalib gəldiyimzi bildirib. Şəhidin keçdiyi şərəfli ömür yolunun gənclərə bir örnək olduğunu qeyd edib.

    N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu, Yaqub Qəhrəmanlı 14 sentyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb. Uzun müddət komada qalan Yaqub 29.05.2021-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb. Daha ətraflı »

  • 30Dek
    Digər Tərtərdə 2022-ci ildə görülən işlər müzakirə edilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, YAP-ın və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.

    Yığıncaq iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Yığıncağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq əvvəlcə tədbir iştirtakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edib.

    Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirildiyini bildirdi. Daha ətraflı »

  • 30Dek
    İdman Rayon rəhbəri idmançılarla görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2022-ci ildə boks idman növü üzrə nailiyyət qazanan idmançılarla görüşüb.

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə başçının birinci müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov,  “Əməkdar məşqçi” Faiq Məmmədov, 2022-ci ildə keçirilən Gənclər arasında boks üzrə ölkə çempionatının birinci yer üzrə qalibləri şəhər 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Xəlilli  İlfan Mahir oğlu (80kq), Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsmayılova Aysu Vahid qızı (48 kq), ikinci yer üzrə qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının l kurs tələbəsi Abdullazadə Elnur Xaliq oğlu (71kq), üçüncü yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Mirzəliyeva Gülay Səbuhi qızı (63kq), boks üzrə yeniyetmələr arasında ölkə birinciliyinin birinci yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədli Məhəmmədəli Sabir oğlu (42kq) iştirak ediblər.

    Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əvvəlcə idmançıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirib ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. Daha ətraflı »

  • 30Dek
    Xəbərlər Tərtərdə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib üçün şərhlər bağlıdır

    Dekabrın 28-də Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidləri və qazilərinin övladları ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətiylə bayram şənliyi keçirilib.

    “Tərtər” istirahət mərkəzində keçirilən bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Bərdə Regional Mədəniyyət idarəsinin rəisi əvəzi Səxavət Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon Təşkilatının və Ağsaqqallar şurasının sədrləri,  şəhid ailələri, müharibə veteranları, qazilər və onların fidan balaları iştirak ediblər.

    Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına qarşıdan gələn 2023-cü ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq. Daha ətraflı »

  • 30Dek
    Xəbərlər Tərtərdə körpələr evi-uşaq bağçalarında bayram şənlikləri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpələr evi-uşaq bağçalarında keçirilən şənliklərdə iştirak edib. O, çıxış edərək körpə fidanları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

    İcra başçısı qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.

    Sonra icra başçısı Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib.

    Bildirilib ki, bu gün bizə Ümummilli liderin miras qoyduğu ənənələri Ulu Öndərin ən layiqli davamçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Daha ətraflı »

  • 29Dek
    Digər 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək! üçün şərhlər bağlıdır

    YENİ İLƏ UĞURLARLA QƏDƏM QOYURUQ

    Bütün Azərbaycan xalqı kimi, tərtərlilər də 2023-cü ilə uğurlarla qədəm qoyurlar.
    2022-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə ”Şuşa ili” elan olunmuşdu. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtına həsr olunmuş “ Şuşa ili” ilə baglı tədbirlər planı hazırlanaraq, həyata keçirildi. Şuşa bütün beynəlxalq aləmə tanıdıldı.
    2022-ci il rayonumuz üçün həm də tikinti-quruculuq, abadlıq ili kimi yadda qaldı.
    Vətən müharibəsindən dərhal sonra rayonumuzun infrastrukturuna dəyən ziyan aradan qaldırıldı, .yaşayış binaları, fərdi evlər, inzibati binalar bərpa və təmir olundu, dagılmış və qəzalı evlər yenidən tikildi, küçələrə asfalt örtük salındı. Tərtər əvvəlkindən daha gözəl və abad şəhərə çevrildi.
    Rayonun işgaldan azad olunmuş Suqovuşan və Talış kəndlərində aparılan yenidənqurma işləri gələcəkdə həmin ərazilərdə turizmin inkişafına təməl yaratdı.
    Respublika Prezidenti və ailəsinin mart ayının 21-də Azərbaycan xalqının Novruz bayramını Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsindən təbrik etməsi, bir sıra təməlqoyma mərasimlərində iştirakı tərtərlilərin böyük sevincinə səbəb oldu.
    Tərtərlilər Vətən müharibəsində dözüm və dəyanət göstərdikləri kimi yenə də Respublika Prezidentinin ətrafında sıx birləşir, onun daxili və xarici siyasətini dəstəkləyir, respublikamızın inkişafına öz əmək töhfələrini verirlər.
    Kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişafında tərtərlilərin qabaqcıl iş təcrübəsi var. Bu il rayonumuzun pambıqçıları əkdikləri 3450.7 hektar sahədən 11139.6 ton “ağ qızıl” götürüblər. Hazırda pambıq yığımı davam edir.
    Rayonumuzun kümçüləri də ipəkçiliyin inkişafında fəallıq göstəriblər. Onlar 2022-ci ildə dövlətə 10.2 ton barama təhvil veriblər.
    Qarşıdan yeni il gəlir. Bu il müstəqil Azərbaycanımızın yaradıcısı Ulu Öndərin 100 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023- cü ili “Heydər Əliyev ili” elan edib. Daha ətraflı »

  • 29Dek
    Xəbərlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü münasibəti ilə abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, qəhrəmanın döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini bir dəqiqəlik sükutla anıblar.
    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
    Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən 2 gün sonra 24 mart tarixdə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidin məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Vəzir Orucov döyüşçülərin mənəvi silahı idi.
    Tədbirdə iştirak edənlər şəhid ailələrinə, qazilərə, müharibə ve-teranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 29Dek
    Xəbərlər YAQUB QƏHRƏMANLININ ADI SİNİF OTAĞINA VERİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid İsmayıl Məmmədov adına Tərtər şəhər 2 saylı məktəb-liseydə sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Yaqub Qəhrəmanlının adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə, rayon Təhsil Sektorunun əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.