Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Dek

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2022-ci ildə boks idman növü üzrə nailiyyət qazanan idmançılarla görüşüb.

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə başçının birinci müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov,  “Əməkdar məşqçi” Faiq Məmmədov, 2022-ci ildə keçirilən Gənclər arasında boks üzrə ölkə çempionatının birinci yer üzrə qalibləri şəhər 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Xəlilli  İlfan Mahir oğlu (80kq), Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsmayılova Aysu Vahid qızı (48 kq), ikinci yer üzrə qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının l kurs tələbəsi Abdullazadə Elnur Xaliq oğlu (71kq), üçüncü yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Mirzəliyeva Gülay Səbuhi qızı (63kq), boks üzrə yeniyetmələr arasında ölkə birinciliyinin birinci yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədli Məhəmmədəli Sabir oğlu (42kq) iştirak ediblər.

    Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əvvəlcə idmançıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirib ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb.

    “Əməkdar məşqçi” Faiq Məmmədov çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

    İdmançılar ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Sonda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov tərəfindən 2022-ci ildə boks idman növü üzrə nailiyyət qazanan idmançılara fəxri fərmanlar, hədiyyələr təqdim edib, xatirə şəkli çəkilib.

     

     

    Müəllif: Redaktor, 11:08

İsmarıclar bağlıdır.