Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Okt
    Digər İKİLİ STANDARTLAR: NƏYƏ GÖRƏ AVROPA DÜZÜ-DÜZ, ƏYRİNİ-ƏYRİ GÖRMƏK İSTƏMİR? üçün şərhlər bağlıdır

    BU HƏQİQƏTLƏRƏƏ BİGANƏƏ QALMAQ MÜMKÜNDÜRMÜ?

     

     

     

     

     

     

    Avropanın ermənipərəst vəzifə sahibləri bu ölkə ilə bağlı dəqiqləşdirilməyən məlumatları şişirdərək, böyük faciə yaratmağa can atırlar. Ancaq iki əsrə yaxın bir dövrdə bizim xalqımıza qarşı törədilən insanlığa sığmayan vəhşiliklərin üstündən sükutla keçir, bunlara biganə qalırlar. Lakin, şükürlər olsun ki, minlərlə günahsız insanın qisasını Azərbaycan özü – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu aldı. 44 günlük tarixdə nümunəsi olmayan bir müharibə ilə düşmənə layiqli cavab verildi. Müharibə davam etdiyi müddətdə də erməni öz erməniliyində qalmaqda davam edirdi. Dünyada ən müasir və humanist Azərbaycan Ordusundan fərqli olaraq, düşmən cəbhədəki məğlubiyyətlərinin heyfini dinc əhalidən alırdı. Evlər dağılır, sosial obyektlər məhv edilir, heç bir günahı olmayan dinc əhali öz evində-eşiyində, küçələrdə, iş dalınca getdikdə həlak olurdu.

    ­­Yalnız Tərtər rayonu 44 günlük Vətən müharibəsində 16 mülki şəhid verdi. Müharibənin 2-ci günü, sentyabrın 28-də 3 uşaq atası, qəlbi arzularla çırpınan Mehman Əliyev şəhərimizin Heydər Əliyev prospektində, məhkəmə binasının qarşısına düşən artilleriya mərmisindən aldığı qəlpə yarası nəticəsində şəhid oldu.
    Elə həmin gün, sentyabrın 28-də, bir ailə eyni gündə iki oğul övladını itirdi. Poladlı kəndinin sakini Asif Abbasov iki övladını doğma torpağa tapşırarkən, “Vətən sağ olsun”, –dedi. Bəli, xalqımız üçün, azərbaycanlılar üçün Vətən, torpaq sevgisi bütün ülvi hisslərdən üstündür.
    Sentyabrın 29-da daha bir kədərli xəbər tərtərliləri sarsıtdı. Cəbhədən uzaq, öz həyətində günahsız bir qadın– Ayna Mehdiyeva erməni terrorunun qurbanı oldu. Daha ətraflı »

  • 19Okt
    Mədəniyyət Açıq havada ev-muzey üçün şərhlər bağlıdır

    Erməni vəhşiliyinin sübutu olaraq bu gün Tərtərin Elman Səfərov küçəsində açıq havada ev-muzey yaradılıb. Bu evi Vətən mü-haribəsi zamanı ermənilərin atdığı “Smerç” raketi dağıdıb.
    Evin sahibi Sahib İsmayılov bu barədə deyir:
    –İllərlə əziyyətlə tikdiyimiz, hər bir daşı, içərisindəki hər bir əşyası bizə əziz olan evimiz dağılanda, düzü, çox pis olduq. Axı, biz ermənilərə neyləmişdik? Cəbhədə döyüşmək əvəzinə, onlar dinc əhalini, evlərimizi hədəfə aldılar. Bu, dünyada qəbul edilmiş bütün müharibə qanunlarına ziddir.
    Hadisə baş verəndən sonra fövqəladə hadisələr zamanı mülki müdafiənin təmin edilməsi məqsədilə yaradılmış rayon qərargahının üzvləri, Fövqəladə Hallar nazirliyinin əməkdaşları dərhal bizə gələrək, ailəmizin vəziyyəti ilə maraqlandılar. Bizi tək qoymadılar.
    Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında Sa-hib İsmayılovun ailəsinə yeni, hər cür şəraiti olan ev tikilib.
    Dövlətimizin başçısı 2021-ci il oktyabrın 3-də Tərtərə səfəri zamanı Sahib İsmayılovla görüşüb, ev-muzey və yeni evdə yaradılan şəraitlə tanış olub.
    Bu dəfə də ermənilər məqsədlərinə çata bilməyiblər.

     

  • 19Okt
    Digər OKTYABRIN 19-DA BAŞ VERƏN GÜCLÜ YANĞIN üçün şərhlər bağlıdır

    Xain xislətli düşmən müharibənin 23-cü günü, oktyabrın 19-da, günorta saatlarında Tərtər şəhərinin mərkəzini və ətraf kəndlərini güclü artilleriya atəşinə tutmuşdu. Bu məqsədlə yandırıcı mərmilərdən istifadə olunurdu. Ən böyük yanğın MKT İstehsalat Kommer-siya MMC-nin Tərtər filialında baş vermişdi.

    Filialın direktoru Feyruz Hacıyev bu barədə deyir:
    – Düşmən qəsdən məhz dinc insanların çalışdığı əraziləri hədəfə alırdı. Yandırıcı mərmilər hazır məhsul talvarlarına düşmüşdü. Güclü yanğın bir neçə yerdə baş vermişdi. Pambıq məhsulu tezalışan olduğu üçün, hadisənin qarşısını almaq olduqca çətin idi. Rayon rəhbərliyinin, müharibə dövründə rayonumuzda fəaliyyət göstərən qərargahın həyata keçirdiyi təcili tədbirlər nəticəsində, dərhal qonşu rayonlar da daxil olmaqla, yanğınsöndürənlər əraziyə cəlb olundu.
    Filialın direktor müavini Elmir Mustafazadənin söhbətindən:
    – Bu hadisə həm də yaddaşımızda cəsur jurnalist Elnur Tofiq və operator Elşadın hazırladıqları televiziya reportajı ilə qaldı. Onlar zavodun ərazisində olarkən düşmən ikinci dəfə buranı atəşə tutdu. Lakin öz peşələrinə sadiq qalan insanlar, həyatlarını təhlükəyə ataraq, ermənilərin növbəti terror aktını lentə alıb dünyaya göstərdilər. Yanğının söndürülməsinə həmçinin çoxlu sayda texnika və canlı qüvvə cəlb olunmuşdu. Bunun nəticəsində müəssisəyə daha böyük ziyan dəyməsinin qarşısı alındı. Yanğın söndürülsə də, bir ay müddətində həmin kiplərdə proses davam edirdi. Nəticədə müəssisəmizə böyük maddi ziyan dəydi. Daha ətraflı »

  • 19Okt
    Digər Qarabağın çal-çağırlı günlərindən xəbər verən səs üçün şərhlər bağlıdır

    ARZULAR GERÇƏKLƏŞƏNDƏ…

    Yaxşı yadımdadır, təxminən 13 il bundan əvvəl rayon icra hakimiyyətinin əməkdaşı Svetlana Əzizova redaksiyamıza balaca bir qız gətirmişdi. Öyrəndik ki, o, hələ uşaq bağçasına gedir, ancaq gözəl səsi, musiqi duyumu olduğu üçün, yavaş-yavaş tanınmağa başlayır.
    Qəzetimizin gənc əməkdaşı Şəlalə o zaman “Şuşaya aparan səs” adlı kiçik bir məqalə yazdı. Məqalənin həcmi kiçik olsa da, mənası böyük idi. Bununla da biz həmyerlimizə öz xeyir-duamızı verdik.
    Şəlalə yazırdı: “Hamımız onun başına yığışdıq. O isə özünəməxsus uşaq səsi, şirin Qarabağ ləhcəsi ilə oxuduqca nədənsə “Mən mahnı qoşuram” filmindəki şuşalı uşaqları xatırladım. Qarabağın çal-çağırlı günləri, filmdəki balaca Sona və başqaları bir-bir gözlərimin önündən keçdi”.
    Gənc həmkarımın yazısında körpə uşağın səsinə vurğunluqla yanaşı, Qarabağ həsrəti, bu yerlərə qovuşmaq arzusu vardı. Çox şükürlər ki, Şəlalənin və onun kimi milyonlarla azərbaycanlının ürəkdən gələn bu arzusu bu gün gerçəkləşib. Aytacın səsi indi həqiqətən Qarabağdan, eləcə də digər möhtəşəm səhnələrdən eşidilir.
    Uşaq bağçasının yetirməsi kimi haqqında məqalə hazırladığımız qəhrəmanımız hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xanəndə-vokal fakültəsinin tələbəsidir. Daha ətraflı »

  • 19Okt
    Milli-mənəvi dəyərlər Yas mərasimi: milli adət-ənənə, yoxsa israfçılıq? üçün şərhlər bağlıdır

    Yas mərasimi Azərbaycan xalqının, ümumən müsəlmanların, İslam dininə etiqad edən xalqların ən qədim mərasimlərindəndir. Qurani-Kərimin “Ənkəbut” surəsinin 57-ci ayəsində “Hər kəs ölümü dadacaqdır” cümləsi insan övladının bu həyatda əbədi olmadığına, gec-tez tanrı dərgahına köç edəcəyinə sübutdur.
    Yaxınlarımızın, dost-tanış və ya qohumlarımızın itkisi hamımız üçün ağrılı yaşantıdır. Biz hamımız haçansa bu acını yaşamışıq. Təsəllimiz isə mərhuma göstərdiyimiz hörmətin nişanəsi–son borcumuzu yerinə yetirməyimizdir. Dərd insanı nə qədər üstələsə də hamımız diqqətimizi mərasimin təşkilinə və keçirilməsinə yönəldir, bu işdə qüsurlara yol verməməyə çalı-şırıq.
    Din xadimlərimiz və ayinin icrasının təşkilatçıları mərasimin adət-ənənəyə uyğun olma-sının təminatçılarıdır. Ancaq bəziləri öz şöhrətləri xatirinə təmtərağa yol verirlər. Bu isə qəbuledilməzdir.
    Dinimiz mərhum üçün 3,7, 40 və ildönümü mərasimlərini keçirməyi qadağan etmir. Ancaq ölü yiyələrinin xərc-borca girməmək, israfçılıq etməmək şərti ilə. Daha ətraflı »

  • 19Okt
    Hərbi vətənpərvərlik ARXA CƏBHƏNİN QƏHRƏMANLARI üçün şərhlər bağlıdır

    Bəzi tarixlər heç vaxt unudulmur. Günlər, həftələr, aylar, illər keçsə də. Bu tarix qanla yazılıbsa heç bir zaman unudulmaz, yaddaşlardan silinməz. Sentyabır ayı unudulmayan bir tarix oldu. 2020-ci il sentyabrın 27-də başlayan müharibə xalqın illərdi gözlədiyi an oldu.
    İki il bundan əvvəl olan müharibə bizdən mərd oğullar aldı. Bununla belə, II Qarabağ müharibəsi bizə həyatda birliyi, cəsurluğu, qorxmazlığı göstərdi. Ön cəbhəyə yollanan hər bir hərbçinin, əsgərin ürəyi vətən eşqiylə döyünürdü. Gözlərini qırpmadan torpaq, vətən uğrunda canlarından keçən cəsur oğullarımız sözdə deyil, əməldə cəsurluqlarını göstərdilər. 30 il əvvəl işğal olunan torpaqların həsrətiylə yaşayan insanlar bu müharibədə Vətən üçün əllərindən gələni etdilər.
    Sakini olduğum Tərtər rayonunun sakinləri də bunun ən bariz nümunəsidir. Müharibə sözü əslində bizə ağır gəlirdi. Ancaq qələbə sevinci yaşadan müharibə qorxulu müharibə ol-madı. İnsanların neçə il çəkdiyi yurd-yuva həsrətinə son qoyan müharibə Azərbaycan xalqının iradəsini, birliyini, cəsurluğunu və qorxmazlığını bütün dünyaya göstərdi. Müharibə dövründə ön cəbhədə silahla vuruşan mərd oğullarımızla yanaşı, arxa cəbhədə də birlik yaradan xalqımız da qəhrəmandır. O kəslər ki, səngərdə olan əsgərlərimizə güvənib bir an belə yurd-yuvalarını tərk etmədilər. Xəstəxanalarda, cəbhədə yaralı əsgərlərimizin şəfa tapması üçün əlindən gələni edən tibb bacılarımız, həkimlərimiz, müharibənin başlanğıcından sonunadək rayonlarımızda, cəbhədə gərgin anların olmasına baxmayaraq, vəziyyətdən asılı olmayaraq hər bir anı çəkib ictimaiyyətə təqdim edən jurnalistlərimiz də arxa cəbhənin qəhrəmanlarıdır. Çəkilişlərdən və canlı şəkildə də şahidi olurduq ki, atəş açılanda heç bir kəs qorxub qaçmır, əksinə, mərmi düşən əraziyə yaxınlaşırdı. İnsanların gözündən qorxmazlıq, neçə il düşmənə qarşı ürəklərində saxladıqları kin, nifrət açıq-aydın görünürdü. Daha ətraflı »

  • 19Okt
    Digər MİNLƏRLƏ KİLOMETRLİK YOLA ÇOX KİÇİK ADDIMLA BAŞLAYAQ… üçün şərhlər bağlıdır

    Bəli, yeni həyata qədəm qoyarkən bu yola ilk zaman kiçik addımlarla başlasaq, daha yaxşı olar. Çünki o kiçik addımlar bizə həyatı öyrənməyə yardımçı olacaq.
    Dünyadakı hər bir insanın öz arzu və istəyi var. Bunları yerinə yetirmək üçün biz əlimizdən gələni edirik. Ona görə ki, gələcəkdə hər hansısa peşənin sahibi olmaq istəyirik. Bunun üçün də ilk addım olaraq məktəbdən başlamaq lazımdır. Müəllimlər bizə həyatı, keçmişi, gələcəyi və Vətənə necə layiqli övlad olmağı öyrədən şəxslərdir. Artıq biz bəzi məlumatları öyrənib, yetkinlik yaşına çatdığımızdan, arzu və istəklərimiz üçün daha böyük həvəslə çalışmağa başlayırıq. Qarşımıza məqsəd qoyuruq. Öncə ailəmizin dəstəyi, sonra isə özümüzün iradəli və əzmkar olmağımız bizə yardımçı olur.
    Gəlin sizə özümün atdığım kiçik addımlardan bəhs edim. Əvvəlcə qarşıma məqsəd qoydum ki, mən gələcəkdə jurnalist olmalıyam. Bilirsiz ki, insanın məqsədi və arzusu olmadısa, o, istədiyi sahədə uğurlar əldə edə bilməz . Mən jurnalist sənətini çox sevirəm. Çünki insanlara dünyada baş verən hadisələri çatdırmaq istəyirəm. Bunun üçün də dərslərimə var gücümlə çalışdım. Bu isə mənim üçün çox böyük addım idi. Düzdür, bəzən çox yorulurdum, yuxusuz gecələrim olurdu, amma istəyimdən dönmədim. Bilirdim ki, gələcəkdə əziyyətimin bəhrəsini görəcəm.
    Düzdür, gələcək həyatımızda hansı hadisələrin baş verəcəyini bilə bilmərik. Lakin o həyatı yaxşı və ya pis yaşamaq bizim əlimizdədəir. Mənim çox sevdiyim bir fikir var. Deyirlər ki, həyat hər zaman bizi sınaqlardan keçirir. Əsas odur ki, məqsədin olsun, qorxmadan irəliyə gedəcən. Daha ətraflı »

  • 18Okt
    Digər Dayanıqlı inkişafı təmin etmiş dövlət siyasəti üçün şərhlər bağlıdır

    2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Daha ətraflı »

  • 18Okt
    Digər Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur üçün şərhlər bağlıdır

    Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

    Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.

    Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.

    Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən Daha ətraflı »

  • 18Okt
    Digər Yalan bəyanatlarla dünya ictimaiyyətini çaşdırmaq olmaz üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

    Dövlət başçısı bildirib ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi.

    Azərbaycan münaqişəni özü həll edib. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

    Münaqişədən sonrakı vəziyyəti barədə danışan Prezident İlham Əliyev deyib ki, bu hadisələr müxtəlif cür inkişaf edir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı aparılan terrordur. Daha ətraflı »