Yas mərasimi Azərbaycan xalqının, ümumən müsəlmanların, İslam dininə etiqad edən xalqların ən qədim mərasimlərindəndir. Qurani-Kərimin “Ənkəbut” surəsinin 57-ci ayəsində “Hər kəs ölümü dadacaqdır” cümləsi insan övladının bu həyatda əbədi olmadığına, gec-tez tanrı dərgahına köç edəcəyinə sübutdur.
Yaxınlarımızın, dost-tanış və ya qohumlarımızın itkisi hamımız üçün ağrılı yaşantıdır. Biz hamımız haçansa bu acını yaşamışıq. Təsəllimiz isə mərhuma göstərdiyimiz hörmətin nişanəsi–son borcumuzu yerinə yetirməyimizdir. Dərd insanı nə qədər üstələsə də hamımız diqqətimizi mərasimin təşkilinə və keçirilməsinə yönəldir, bu işdə qüsurlara yol verməməyə çalı-şırıq.
Din xadimlərimiz və ayinin icrasının təşkilatçıları mərasimin adət-ənənəyə uyğun olma-sının təminatçılarıdır. Ancaq bəziləri öz şöhrətləri xatirinə təmtərağa yol verirlər. Bu isə qəbuledilməzdir.
Dinimiz mərhum üçün 3,7, 40 və ildönümü mərasimlərini keçirməyi qadağan etmir. Ancaq ölü yiyələrinin xərc-borca girməmək, israfçılıq etməmək şərti ilə.
Xalqımız ta qədim dövrlərdən dar gündə bir-birinə əl tutub, olanını bölüşüb. Azərbaycanlıların səxavəti dillərdə dastandır.
İnsan dünyadan köç edəndə özüylə haqq dərgahına ancaq əməllərini aparır. Yaxşı əməllə-rin savabını, pis əməllərin isə günahını. Günahın ən böyüyü isə olanına qane olmayıb, Allaha təvəkkül etməməkdir. Dəfələrlə Şeyxülislam Allahşükür Paşazadə tərəfindən dəfn mərasimi ilə bağlı müraciətlər olunub, adət-ənənədən kənara çıxmamaq tövsiyə edilib. Bəzilərimizin başqalarının edə bilməyəcə-yi qədər xərc çəkib ehsan süfrəsində həddindən artıq bolluq, dəbdəbə göstərməsi heç də xoşagələn deyil. Axı hamının tə-minatı eyni deyil. Gəlin məra-simləri elə təşkil edək ki, varlı-kasıb, imkanlı-imkansız seçilməsin.
İlahə Paşazadə