Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,519
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Okt
    Şəhidlər VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN AİLƏLƏRİ ZİYARƏT OLUNUB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə tərtərli Vətən müharibəsi şəhidlərinin şəhadətə qovuşmalarının ikinci ildönümü ilə əlaqədar şəhid ailələrini ziyarət ediblər.

    Mehdiyev Yasən Alim oğlunun da ailəsi ziyarət olunub.
    Yasən Mehdiyev 19 yaşında şəhidlik zirvəsinə ucalıb. O, 44 günlük Vətən müha-ribəsində oktyabr ayının 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, oktyabrın 24-də rayonun Sarıcalı kəndində dəfn olunub.
    Şəhid Mehdiyev Yasən Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Yasənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

     

  • 31Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Mülkü şəhid Quliyev Anar Tofiq oğlunun ailəsində olarkən bildirilib ki, Quliyev Anar Tofiq oğlu müharibədə məğlub olan erməni vandallarının Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində oktyabrın 21-də şəhid olub. Bu müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir, dinc əhalinin atəşə tutulması erməni vandalizm aktıdır.
    Anar Quliyev Tərtərdə dəfn olunub, özündən sonra onun 2 oğlu, bir qızı yadigar qalıb.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    Allah şəhidimizə rəhmət eləsin!

     

  • 31Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Onlar rayonun Kəbirli kəndində 16 yaşlı mülki şəhid Orxan İsmayılzadənin ailəsini ziyarət edib, ailəyə başsağlığı verib, qayğıları ilə maraqlanıblar.
    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxyub.
    Orxan İsmayılzadə Ermənistan Silahlı Qüvvələrinin Tərtər şəhərini və onun ya-şayış məntəqələrini atəşə tutması nəticəsində şəhid olub. O, Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinfində oxuyurdu, erməni vandalizminin qurbanı olan Orxanın ürəyində nə qədər arzusu vardı.
    Valideynləri ondan göz yaşları içində söhbət açırlar, “axı bu müharibə qanunlarına ziddir, Orxan axı məktəbli idi,”- deyirlər.
    Bəzi dırnaqarası sülh tərəfdaşları erməniləri məzlum, yazıq xalq kimi təqdim etməyə çalışsalar da, faktlar bunu demir. Ermənilərin Tərtəri və onun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 16 nəfər dinc sakin həlak olub, 63 nəfər isə yaralanıb.

     

  • 31Okt
    Şəhidlər Şəhid Məftun Əhmədzadənin qırx mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər veteranlar, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, keçdikləri döyüş yoluna nəzər salınıb, xatirələri ehtiramla anılıb.
    Qeyd edək ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azər-baycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu 12-13 sentyabr 2022-ci il ta-rixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
    Allahdan bütün şəhidləri-mizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.

     

  • 31Okt
    Təhsil Rayon Mədəniyyət Mərkəzində şagirdlərlə görüş üçün şərhlər bağlıdır

    Uşaqlar vətənpərvərlik ruhunda böyüməlidirlər

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin əməkdaşları, Polis Akademiyasının müəllimləri, qazilər, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
    Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov və digərləri gənclərin vətənpərvərlik ruhunda və sağlam böyümələrinin, müasir informasiya texnologiyaları haqqında bacarıqlara yiyələnmələrinin əhəmiyyətini qeyd ediblər. Gənclərimizin diqqətinə yaxşı təhsil almağın vacibliyi çatdırılıb, dərslərində uğurlar arzulayıblar. Daha sonra Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəflilyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği mövzusundan bəhs olunub.
    Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    Şagirdlər maraqlı görüş üçün öz təşəkkürlərini bildiriblər. Onlar deyiblər ki, bu görüş onların həyat yoluna müsbət təsir göstərəcək və uğur qazanmalarına kömək edəcək.

  • 31Okt
    Xəbərlər Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 39 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, həyətyani torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin verilməsi, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

  • 31Okt
    İdman Məktəblərarası şahmat turniri üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon sektorunun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə məktəblərarası şahmat turniri keçirilib.
    Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və gələcək hədəflərindən danışıblar. 30 illik inkişaf yolu keçən Cənubi Qafqazın güclü partiyası olan YAP-ın ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək böyük uğurlar əldə etdiyini bildiriblər.
    Sonda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edilərək yarış iştirakçılarına uğurlar arzulanılıb.

     

  • 31Okt
    Ədəbiyyat EL ŞAİRİ MƏZAHİR DAŞQININ YARADICILIĞINDA DİYARŞÜNASLIQ üçün şərhlər bağlıdır

    Bütün həyatı boyu narahat ömür yaşasa da, gəncliyinin ən gozəl çağlarını sürgünlərdə, əsir düşərgələrində keçirsə də, bu didərgin şairin də doğulub boya–başa çatdığı eli–obası, daima onu öz qucağına səsləyən yurd-yuvası olub. O yurd qocaman Tərtər çayının zümzüməsini hər an eşidən, onun büllur kimi saf və təmiz suyundan cənnətə dönən Tərtər rayonunun Borsunlu kəndidir. Məzahir hələ kiçik yaşlarından el sənətkarlarının sözlərini, ustad sənətkarların qoşduqları nəğmələri məharətlə ifa edir və kəndin savadlı, xalq yaradıcılığını gözəl bilən insanların diqqətini cəlb edərdi. Bütün bunlar onun yazmaq, yaratmaq eşqini həvəsini artı-rardı. Hətta onun istedadı xal-qımızın əvəzolunmaz şairi Səməd Vurğunun da diqqətindən kənarda qalmamış və ömrünün sonuna qədər şair ona oz köməyini əsirgəməmişdi. Hətta S.Vurğun dostu A.Fadeyevlə birgə Daşqının dalınca Sibirə dedib çıxmışdır. Bu da şairin Daşqına verdiyi ən böyük qiymət və onun istedadına inamından irəli gəlirdi.
    Ömrü boyu dinclik, rahatlıq, azadlıq və həqiqət axtaran şair çox kəşməkeşli və haqsızlıqlarla dolu bir ömür yaşamışdır. Bütün bunlara baxmayaraq şair gələcək nəsillərə xalq yaradıcılığından qaynaqlanan bir əbədi irs qoyub getmişdi. Şairin hələ də xalq içərisində ağızdan-ağıza yayılan və yazıya alınmayan düzüb qoşduqları toplanmasa da, əlimizdə kifayət qədər yaradıcılıq nümunələri var. Bu da şairin yaradıcılığı haqqında ətraflı danışmağa imkan verir. Onun aşıq şeirinin qoşma, gəraylı, təcnis, divani və s. janrlarında yazdığı əsərləri diqqəti daha çox cəlb edir. Şairin dili çox sadə, anlaşıqlıdır. Odur ki, əsərləri tez yadda qalır, çünki əsl xalqın başa düşəcəyi bir dildə yazılıb. Mövzu baxımından da Daşqın yaradıcılığında rəngarənglik çox güclüdür. Bu da şairin zəngin istedada və geniş dünyagörüşə malik olmasından irəli gəlir. Onun hansı mövzuda, hansı janrda yazmasından asılı olmayaraq bütün əsərlərində şairin ürək çırpıntılarını hiss edirik. Onun Vətəni, eyni zamanda vətənimizin gözəlliklərini tərənnüm edən əsərləri diqqəti daha çox cəlb edir. Azərbaycanımızın dağı-aranı, kəndi-şəhəri, çayı-gölü öz bədii ifadəsini Daşqın yaradıcılığında çox gözəl tapmışdır. Daha ətraflı »

  • 31Okt
    Milli-mənəvi dəyərlər Milli adət-ənənələrimiz üçün şərhlər bağlıdır

    XINAYAXDI MƏRASİMİ

    Ta insanlıq yaranandan toy adətləri yaranmışdı və bu günümüzə qədər çatmışdı. Təkamül nəticəsində insanlar arasında bir çox mərasimlər yaranmışdı. Bu günümüzə gəlib çatanlar bunlardı: – “Nişan” mərasimi (ad elədi), “Parça biçdi” (qız toyu) “Xına yaxdı” (bəzi yerlərdə xınanahan) mərasimləri və “Toy mərasimi”.
    “Xına yaxdı” mərasimi ilk dəfə oda sitayiş edən qəbilələr arasında yayılmışdı. Bitki köklərini əzib, alov rəngində-qırmızı rəngləri günəş simvolu olaraq ovuc-larının içinə dəyirmi formada yaxarmışlar. Xüsusi mahnılar, haxıştalar deyərmişlər.
    İndi bir qədər təkmilləşərək bu günümüzə gəlib çatan “Xına yaxdı” mərasimlərinin keçirilməsindən danışaq.
    Toydan bir gün əvvəl – cavan qız-gəlinlər toplaşaraq məclis qurur, qıza qırmızı paltar geyindirib başına qırmızı örpək salırlar. Çal-çağırla oğlan evindən xına xonçası qızın qabağına qoyulur. Hər tərəfdən xeyir-dualar verilir: “Ağ günə çıxasan. Odlu-ocaqlı olasan” sədaları ilə haxıştalar deyilir. Əvvəlcə oğlan anası qızın ovcuna pul qoyur, sonra xına yaxılır. Bundan sonra qız-gəlinlər ovuclarına Günəş simvolu sayılan dəyirmi biçimli xına yaxırlar. Yaşlı qadınlar barmaqlarının ucunu xınaya batırırlar. Daha ətraflı »

  • 31Okt
    Kənd Təsərufatı Tərtər rayonunda heyvandarlıq inkişaf edir üçün şərhlər bağlıdır

    Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
    2022-ci il oktyabr ayının 1-nə Tərtər rayonunda 30699 baş qaramal, 44636 baş qoyun və keçi olub. İribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.8 faiz və ya 1136 baş artmışdır. 2021-ci ilin 9 ayında rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2684 ton ət, 17689.8 ton süd, 11050 min ədəd yumurta və 88.4 ton yun istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 0.7 faiz, süd is-tehsalı 2.5 faiz artmışdır. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2022-ci ilin 9 ayında 2115 baş inək və düyə süni yolla mayalandırılıb, 1032 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

    Tərtər Rayon Statistika İdarəsi