Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Okt

    XINAYAXDI MƏRASİMİ

    Ta insanlıq yaranandan toy adətləri yaranmışdı və bu günümüzə qədər çatmışdı. Təkamül nəticəsində insanlar arasında bir çox mərasimlər yaranmışdı. Bu günümüzə gəlib çatanlar bunlardı: – “Nişan” mərasimi (ad elədi), “Parça biçdi” (qız toyu) “Xına yaxdı” (bəzi yerlərdə xınanahan) mərasimləri və “Toy mərasimi”.
    “Xına yaxdı” mərasimi ilk dəfə oda sitayiş edən qəbilələr arasında yayılmışdı. Bitki köklərini əzib, alov rəngində-qırmızı rəngləri günəş simvolu olaraq ovuc-larının içinə dəyirmi formada yaxarmışlar. Xüsusi mahnılar, haxıştalar deyərmişlər.
    İndi bir qədər təkmilləşərək bu günümüzə gəlib çatan “Xına yaxdı” mərasimlərinin keçirilməsindən danışaq.
    Toydan bir gün əvvəl – cavan qız-gəlinlər toplaşaraq məclis qurur, qıza qırmızı paltar geyindirib başına qırmızı örpək salırlar. Çal-çağırla oğlan evindən xına xonçası qızın qabağına qoyulur. Hər tərəfdən xeyir-dualar verilir: “Ağ günə çıxasan. Odlu-ocaqlı olasan” sədaları ilə haxıştalar deyilir. Əvvəlcə oğlan anası qızın ovcuna pul qoyur, sonra xına yaxılır. Bundan sonra qız-gəlinlər ovuclarına Günəş simvolu sayılan dəyirmi biçimli xına yaxırlar. Yaşlı qadınlar barmaqlarının ucunu xınaya batırırlar.
    Bəzi yerlərin adətlərinə görə bəy və onun sağ diş və sol dişi də mərasimdə iştirak edir.
    Bəylə gəlini yan-yana oturdurlar. Bəy qızın, qız bəyin ovcuna adlarının baş hərflərini yazırlar. Xalq arasında buna “ad yazdı” deyirlər.
    Ümumiyyətlə, xınayaxdı mərasimində yemək-içmək vermək şərt deyil. Amma xına yaxılan evlərdə səhərə qədər şam yandırırlar.
    Nəhayət, “xına mərasimi”çal-çağırla qurtarandan sonra hamı-ya şirinlik paylanır. Mərasimin sonunda qız evi oğlan evinə xonça bağışlayır. Xonçaya “Bəylik” xonçası deyilir.
    Ümumiyyətlə, bu mərasim ərə verilən qızın ömründə baş vermiş ən ciddi dönüş, əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Tər xınaya boyanmış nişanlı qız bu gündən etibarən “gəlinlik taxtına” ucalır. Bundan sonra o, artıq yaxın günlərdə ərə veriləcək yad bir ailənin üzvü, onun qanuni gəlini sayılır və ömrünün axırına kimi bu adı daşıyır.

    Aidə Məmmədova

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.