TƏRTƏRLİLƏR RAZIDIRLAR, SƏHİYYƏMİZDƏ YENİLİKLƏR VAR

Uzun illər ərzində Tərtər rayonu bu ərazilərə Rusiyadan, İrandan köçürülən ermənilərlə qonşu olduğundan, başımızın üstündən xətalar əskilməyib. Həm Sovetlər birliyinin tər-kibində yaşadığımız zaman, həm də müstəqillik dövründə düşmən bizə ağır zərbələr vurub. Həmişə də köməyimizə hərəsi bir əsgər olan tibb işçiləri çatıblar.
Qeyd edim ki, vaxtilə bizim rayon xəstəxanasında çalışan həkimlərin səsi-sorağı bütün respublikamıza yayılmışdı. Məmməd Yunusov, Fərhad Rzayev, Yusif Quliyev kimi cərrahları, məşhur ürək həkimi Rəsul Həsənovu, nevropotoloqlar Rza İbrahimovu, Əjdər Şirinovu və başqalarını bu gün də tərtərlilər minnətdarlıq hissi ilə xatırlayırlar.
I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və bütün dünyanı sarsıdan pandemiya dövründə də rayon mərkəzi xəstəxanasının tibb personalı Hippokrat andına sadiq qalaraq, əsl fədakarlıq göstərmiş, həyatlarını təhlükəyə ataraq, hərbçilərimizə, əhaliyə xidmət göstərmişlər. Öz vəzifəsini yerinə yetirərkən pandemiyanın qurbanı olmuş keçmiş baş həkim Yaşar Hüseyno-vun, həyətlərinə mərmi düşərkən həlak olmuş tibb işçisi Ayna Mehdiyevanın və başqalarının xatirəsi tərtərlilərin qəlbində yaşayacaqdır. Daha ətraflı »


Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
İyunun 8-də Şıxarx kənd 1 saylı tam orta məktəbində “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovu qəbul edib. Qəbul zamanı rayonda fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət müzakirə edilərək, fikir mübadiləsi aparılıb. Təhsil, məktəbəqədər müəssisələrin maddi texniki bazasının möhkəmləndirilməsi, təhsil sahəsində “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərə diqqət yetirilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşları qəbul edib. Qəbulda 32 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.
Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər ölkəmizin enerjiyə olan tələbatını ödəməklə yanaşı, Azərbaycanın Avropanın enerji təminatında rolunu daha da artırıb. Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı bunun parlaq nümunəsidir.
Paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi olub. Açılış mərasimində Prezident İlham Əliyev çıxış edib.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.
Yeni ismarıclar