Ölkəmizin milli maraqlarına əsaslanaraq praqmatik daxili və xarici siyasət yürüdən Möhtərəm Prezidentimizin sayəsində beynəlxalq mövqeyimiz günü-gündən möhkəmlənir.
Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edir, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənir, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. İyunun 1- də keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi həyata keçirdiyimiz layihələr içərisində ölçüsünə görə özünəməxsus yer tutan nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilat artmaqda davam edir ki, bu da qısa zaman kəsiyində Azərbaycan müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir.
Dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan beynəlxalq təşkilatlar içərisində faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir.
Azərbaycan regional təhlükəsizliyə özünəməxsus səviyyədə töhfələr verir ki, bu da beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Ölkəmizin apardığı enerji siyasəti dünyada regional, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir.
Bildiyimiz kimi bu gün regional məslələrin həllində Azərbaycanla , onun lideri ilə hesablaşmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.
Bütün bunlara əsasən deyə bilərik ki, Azərbaycan dövləti beynəlxalq miqyasda yüksək nüfuza malik olduğunu göstərir.
Nəticə etibarilə yuxarıda qeyd etdiyimiz kimi, dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri