“N” saylı hərbi hissələrdə bayram tədbirləri

Rayon ərazisində yerləşən N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və “N” saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri 26 iyun–Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Daha ətraflı »



Tərtər rayon İcra haki-miyyətinin başçısı Müstəqim Məmmodovun rayonun Qaynaq kəndində səyyar qəbul-görüşü keçirilib. Gö-rüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Rayonumuzda Dövlət Qulluqçularının peşə bayramı Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Şəhidin və Vətən müharibəsi iştirakçılarının “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən Vətən müharibəsi iştirakçılarının medallarının təqdimetmə mərasimi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Torpaqların İdarəedilməsi və istifadəsinə nəzarət Sektorunun müdiri Natiq Əliyevin, Kəngərli kənd İƏD üzrə nümayəndə Xamiz Əsgərovun iştirakı ilə rayonun Kəngərli kəndindən olan şəhid Qənbərli Qənbərin, Səbuhi Məmmədovun, Rövşən Məmmədovun, Elmin Quluzadənin atalarını və qazi İsgəndər İsgəndərlini qəbul edib.
Bir zamanlar qonşu deyib çörəyimizi, suyumuzu bölüşdüyümüz ermənilər neçə-neçə gəncin parlaq həyatına son qoydular. Analar övladsız, körpələr atasız, gəlinlər qara yaylıqlı qaldı.
Xalqa, Vətənə xidmət etmək üçün mütləq əlinə silah götürmək lazım deyil. Hər kəs öz sahəsində xalqına xidmət edir. Müharibə zamanı bu, daha aydın şəkildə özünü göstərirdi.
Oktyabrın 15-də Tərtər şəhər qəbiristanlığında baş verən hadisə bütün dünyaya yayıldı və sülhsevər insanlar tərəfindən qəzəblə qarşılandı. Bu dəfə ermənilər hədəfə dəfn mərasiminin iştirakçılarını aldılar.
Zamanov Şakir Xasay oğlu 1988-ci il aprelin 25-də Kəlbəcər rayonunun Geşdək kəndində doğulub. Erməni terrorçularının törətdikləri vəhşiliklər nəticəsində ailəsi ev-eşiklərini tərk edərək, Tərtər rayonunda məskunlaşıb. Məcburi köçkün həyatı yaşayıblar.
Qaynaq kəndinin sakini Həsən Məmmədov körpəlikdən yetim böyümüşdü. Atası cavan yaşında qəza nəticəsində vəfat etmiş, anası Xanım Əliyeva gəlin köçdüyü Xoruzludan öz kəndlərinə qayıdaraq, çətinliklə də olsa ev-eşik tikdirmiş, iki körpəsini böyütmüşdü.
Yeni ismarıclar