NAXƏLƏFLƏR
“Bala Kirpi” yenə şəhəri gəzməyə çıxmışdı. O bilirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Tərtərdə salamat yer qalmayıb, ermənilərin atdıqları top mərmiləri və raketlər rayonu bərbad hala salıb, binalar, təsərrüfatlar, yollar, kommunikasiya xətləri darmadağın edilib, mülki əhalidən xeyli ölən və yaralanan olub. Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, “Qrad” mərmiləri düşüb, 21 qadağan olunmuş raket atılıb. Həmin yaşayış məntəqələrində 60 fərdi yaşayış evi və 2 mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt tamamilə dağıdılıb, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, 5017 fərdi yaşayış evi və mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 45 sosial obyektə, 30 inzibati binaya, 95 nəqiliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib, 61 baş iri buynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub.
Vurulan yaraları sağaltmaq üçün dövlət tərəfindən təxirəsalınmaz və genişmiqyaslı tədbirlər görülür, dağıdılmış və ziyan görmüş evlər, mənzilər, obyektlər yenidən tikilir və ya bərpa olunur, dəymiş ziyanın məbləği ödənilir. Bir sözlə, hazırda Tərtər geniş bir tikinti meydançasına bənzəyir, Daha ətraflı »
Yeni ismarıclar