Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16İyl

    Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərək bildirmişdir ki, bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi istifadəyə təhvil verilmişdir. Kompleksdə 810 mənzil, 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Dövlətin qayğısı nəticəsində son illər ərzində 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunmuş və bu proses davam edir.

    Ötən il Azərbaycanda 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə daha 3 min şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunmuşdur. Qarabağ qazilərinə 7200 fərdi avtomobil verilmişdir.

    Eyni zamasnda İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə dövlət daim qayğı və diqqət göstərir. Onların məşğulluq məsələləri həll olunur ki, bu işdə özəl sektor xüsusi fəallıq göstərirlər. Artıq 200-dən sahibkar bu marafona qoşulub və bu müddət ərzində 160 qazi işlə təmin olunmuşdur.Ümumlikdə nəzərdə tutuluib ki, cari ildə 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Onlardan 5 mindən çoxu şəhid ailələrinin üzvləri və qazilər olacaq.

    Qarabağ müharibəsində bədən əzalarını itirmiş qazilərimiz üçün müasir protezlər gətizdirilmiş və bu proses davam etdirilir. Artıq İkinci Qarabağ müharibəsinin 100-dək qazisi ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Həmçinin müharibədə iştirak edən 8400 nəfərə sosial ödənişlər verilmişdir.

    44 günlük müharibə zamanı Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qısasını döyüş meydanında aldıq. Öz yaxınlarını itirmiş insanlar bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaqdır.

    Azərbaycan üç minə yaxın şəhid verib. Erməni tərəfin itkisi 7-8 min nəfərdən çoxdur. Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Biz 336 düşmən tankını ya məhv etmişik, ya da qənimət kimi götürmüşük, yüzlərlə zirehli texnikanı, yüzlərlə hava hücumuna qarşı müdafiə sistemlərini, öyük sayda artilleriya qurğularını məhv etmişik.

    Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsinin aparılma taktikası öyrənilir. Azərbaycana bir çox yerlərdən təcrübəmizi öyrənmək üçün müraciətlər olunur. Bu Zəfər Azərbaycan xalqının tarixində əbədi qalacaqdır. Son üç yüz ildə bizim tariximizdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq və bütün güclərimizi bir amal uğrunda səfərbər etdik ki, torpaqlarımızı işğalçılardan azad edək və etdik də.

    Artıq bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutdu, hərbi cinayətlər törətdi, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə etdi. Uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılmışdır.

    Müharibə bitdi və artıq quruculuq və postmünaqişə dövrü başlayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bunu da həll edən tərəf Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik, öz sərhədlərimizə çıxmışıq və Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Həmin bölgədə quruculuq işləri aparılır.

    Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, yalnız Qarabağ vardır. İyulun 7-də imzalanmış Fərman əsasında Qarabağ iqtisadi zonası yaradılmış və bütün Qarabağa aid olan rayonlar orada birləşdirilimişdir.

    Eyni zamanda həmin fərmanla yeni iqtisadi rayon- Şərqi Zəngəzur yaradılmışdır. Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılsalar da başa düşməlidirlər ki, buna ehtiyac yoxdur, çünki həm Şərqi Zəngəzur, həm də Qərbi Zəngəzur bizim tarixi torpalarımızdır. Biz tarixi unudub, kiminsə siyasi maraqlarının girovuna çevirilə bilmərik. Tarixi sənədlər və xəritələr göstərir ki, sovet hökuməti 101 il bundan öncə qanunsua olaraq Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verib. Şərqi və Qərbi Zəngəzur bizim dədə-baba torpaqlarımız olub və biz teliklə o torpaqlara qayıdacağıq.

    Zəfərdən sonra Azərbaycan tərəfi bəyan etdi ki Böyük sülh müqaviləsini imzalamağa hazırdır. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur. Sülh müqaviləsi ilə bağlı olan təklifimiz yeni real vəziyyətə əsaslanır. Hesab edirik ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Əgər qarşı tərəf yenə də səhv buraxsa bu ermənistanın faciəsi ilə nəticələnəcəkdir

     

    Müəllif: Redaktor, 14:47

İsmarıclar bağlıdır.