18Mar
-İslam dini gəldikdən sonra, Novruz bayramına baxış təbii ki, xeyli dəyişib. Necə ki, Zərdüştilik bu bayrama öz adətlərini daxil edə bilmişdi. İslam dövründə yeni gün bayramının məzmununda da böyük fərqlər meydana gəldi. Bu günü yeni gün bayramı adlandırmadılar. Onu Novruz və ya Əli bayramı adlandırdılar.
Tarixdən məlumdur ki, Qəzvin hökmdarı Mahmudun Ayaz adlı sevimli gənc dostu, Koroğlunun Eyvaz adlı sevimli gənc dəlisi, oğulluğu olduğu kimi, Həzrəti Əlinin də Novruz adlı bir gənc dostunun olduğunu nəql edirlər. Əli bayramı günü Novruz başdan-ayağa qıpqırmızı paltar geymişdi. Həzrəti Əli yeni gündə, yəni bayram günündə öz gənc dostu Novruzu öz taxtında əyləşdirib və hamıya deyib:
-Siz bu günü Əli bayramı adlandırsanız da, bu gün Novruzun bayramıdır. Bax, görürsünüzmü, hərə bir cür paltar geyinib, Novruz isə qıpqırmızı, bayram libası. Geniş mənada, yeni gün, ilin başlanğıcı, Əli bayramı adlansa da, o, Həzrət Əlinin sözü ilə müsəlman folklorunda Novruz bayramı kimi xatırlanır.
18Mar
Duzlu kökə yemək.
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib, su içmirlər. Gecə yuxuda sənə içməyə kimsə su verir. İnanclara görə həmin su verən adam yuxu görənin qismətidir.
Qulaq falı.
İlaxır çərşənbədə qulaq falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur.Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək.
Sevgilinin adı.
Paltara sap ilişəndə onu burub şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq. Daha ətraflı »
18Mar
Kəmərim qırmızı,
Yaşıl köynəyəm. Novruz bayramında,
Hər bir evdəyəm. (Səməni)
Harayçıyam, hayçıyam,
Bahar sözlü payçıyam,
Sinəm ağ, belim qara Quy-ruqdan da qayçıyam. (Qaranquş)
Qab-qacağım, yarağım,
Başımda da darağım.
Uzaq yerlerden uçub, Mən özümü yetirrəm.
Baharın xəbərini, Elə müjdə gətirrem. (Şanapipik) Daha ətraflı »
18Mar
Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı, hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir.
Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obraz-ardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Daha ətraflı »
18Mar
BÜTÜN DÖVRÜN MÜKƏMMƏL ŞAİRİ
Qəlbini çalmasın bu mal, bu dövlət,
Azi bir zillətdir, çoxu fəlakət
Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
(NizamiGəncəvi)
XII əsr intibah ədəbiyyatının görkəmli simalarından biri, hətta birincisi olan Nizami Gəncəvinin 100-dən çox qəzəli, rübaisi, qəsidəsi onun yaradıcılığının ayrılmaz hissəsini təşkil edir.
Qədim və erkən orta əsrlər dövründə həyatı və yaradıcılığı Nizami qədər müzakirələrə, mübahisələrə səbəb olan ikinci bir mütəfəkkir bəlkə elə onun özüdür. Bu məqalədə məqsəd heç də onun həyat və yaradıcılığı haqqında məlumat vermək deyil, əsas məqsəd Nizami Gəncəvinin hansı millətə məxsus olması barədə oxucularımıza məlumat verməkdir. Öz yaşadığı dövrdən bəri, müasir zəmanəmiz də daxil olmaqla, böyük filosof-şairin milliyyəti regionda yaşayan bütün xalqlara maraqlı olmuşdur.
Elmə məlum olan yaradıcılığı fars dilində olduğu üçün, məhz fars araşdırmaçı və ədəbiyyatşünasları onu fars hesab ediblər. Fars dilində yazıb yaratmaq heç də onun fars olması üçün əsas vermir. Daha ətraflı »
18Mar
Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarləığa layiqdirlər.
(Heydər ƏliyevÜmummilli Lider)
Dünya şeiriyyatının günəş tək nur saçan müdrik siması, şərq poeziyasının ecaskar qüvvəsi, Azərbaycanın bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyət, bütün dövrlərin şairi – Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il Prezident İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan olunmuşdur.
Yazılı mənbələrdə Nizami Gəncəvi haqqında məlumat az olsa da, onun əsərlərindən onun haqqında ətraflı məlumat almaq mümkündür. Dahi şairimizin mənalı ömür yolu Gəncə şəhərində başlayır. Nizami Gəncəvi 1141-ci ildə Gəncədə dünyaya göz açmışdır. 1169-cu ildə Dərbənd hökmdarı Nizamiyə Afaq adlı kəniz göndərir və şair onunla evlənir. 1174-cü ildə Məhəmməd adlı oğlu dünyaya gəlir, həmin ildə Afaq vəfat edir. Və Gövhər adlı qadınla evlənir. Nizami dünya ədəbiyyatı tarixində 5 poemadan ibarət “Xəmsə” müəllifi kimi məşhurdur.
1176-1203-cü illər ərzində “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını yazmışdır. Hümanist şair kimi şöhrət qazanan Nizaminin əsərlərində bütün nəsillərin mənəvi dünyasına işıq saçaraq böyük tərbiyəvi əhəmiyyət kəsb edən əsərlər yazmışdır. Daha ətraflı »
18Mar
Nəriman Nərimanzadə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının ilk fəallarından biri olan Kərrar Bayramovun oğ-ludur. O Vətənə, partiyaya sevgini elə ailəsindən öyrənib, doğulduğu ocaqda formalaşıb cəmiyyət arasına çıxıb. Hələ orta məktəbdə təhsil aldığı zaman valideynlər bu oğulları ilə fərəhlənirdilər. İnanırdılar ki, Nəriman gələcəkdə onların zəhmətini itirməyəcək, layiqli bir övlad olacaqdır. Bu inam – Nəriman Bakı şəhərində Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsində oxuduğu, ədliyyə nazirliyi Pentensial Xidməti Mühafizə Alayında əsgəri xidmətini çəkdiyi vaxtlarda özünü doğrultmuşdu. Hərbidən qayıtdıqdan sonra ixtisasına uyğun fəaliyyətə başlamışdır. Bərdə “KredAqro” MMC-də kredit mütəxəssisi, sonra isə Tərtərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edərək operator vəzifəsində çalışıb. Üç ildən sonra müqavilə müddəti bitdikdə gənclər və idman idarəsində aparıcı məsləhətçi işləyib. 2020-ci ilin martından isə hal-hazıra kimi Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş mühasib vəzifəsində işləyir. Məqsədim onun çalışdığı sahələri sadalamaq deyil. Nəriman işlədiyi sahədən asılı olmayaraq məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışıb.
Xalqımızın erməni separatçılarına qarşı müharibəyə Nəriman da qoşulub. 2020-ci il sentyabr ayında qismən səfərbərlik zamanı Vətənin müdafiəsinə qalxıb, Daha ətraflı »
18Mar
(REPLİKA)
Bəlkə də bu xalq məsəli ona görə yaranıb ki, deyilən düz sözə “mız” qoya bilməyənlər “əyri oturuşa” “mız” qoysunlar. Necə oturmaqdan asılı olmayaraq, həqiqəti demək lazımdır. Daha bizim qeyri-peşəkar yazarlar kimi yox. Özüm qəsdən “jurnalist” yox, sadəcə yazar deyirəm onlara. Çünki sanki, bu bir qrup öz “dəsti xətti” olan yazarlara “yuotube” kanalları qol-qanad verib. Hərə bir kanal açıb, millətin də, özünün də başını qatır (Əlbəttə, bəziləri istisna olmaqla). Ağlına gələn çəkilişi edir, “nəzir-niyaz”ını alır, ağzına gələn ittihamları müraciət müəllifinin dilindən səsləndirir, sonra efirdə deyilənlərə kanal məsuliyyət daşımır “mesajını verir”, “qarşı tərəfin də açıqlamasını verə bilərik” söyləməklə özünü, necə deyərlər, sığortalayır. Bərəkallah sənin “yazarlığına”! “Elə bil dünyaya gətirdiyin uşağın öləcəyi, qalacağı, gələcəkdə hansı əməllə məşğul olacağı məni maraqlandırmır”– deyirsən.
Bəyənmədiyimiz o Sovet dönəmində əvvəlcə fakt araşdırılır, sonra kütləyə təqdim olunurdu. İndi isə “sayıqlama” verilir, sonra açıqlama gəlir. Hər şey isə təqdimatdan başlayır. Daha ətraflı »
11Mar
2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında göstərilmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə 1982-ci ildə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır. Daha ətraflı »
11Mar
Cari ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş giriş və yekun nitqi söyləmişdir. Dövlət başçısının nitqində ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq siyasi arenada qazandığı uğurlarda YAP-ın oynadığı əsas roldan və digər məsələlərdən ətraflı bəhs edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması.
O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari. Daha ətraflı »
Yeni ismarıclar