BÜTÜN DÖVRÜN MÜKƏMMƏL ŞAİRİ
Qəlbini çalmasın bu mal, bu dövlət,
Azi bir zillətdir, çoxu fəlakət
Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
(NizamiGəncəvi)
XII əsr intibah ədəbiyyatının görkəmli simalarından biri, hətta birincisi olan Nizami Gəncəvinin 100-dən çox qəzəli, rübaisi, qəsidəsi onun yaradıcılığının ayrılmaz hissəsini təşkil edir.
Qədim və erkən orta əsrlər dövründə həyatı və yaradıcılığı Nizami qədər müzakirələrə, mübahisələrə səbəb olan ikinci bir mütəfəkkir bəlkə elə onun özüdür. Bu məqalədə məqsəd heç də onun həyat və yaradıcılığı haqqında məlumat vermək deyil, əsas məqsəd Nizami Gəncəvinin hansı millətə məxsus olması barədə oxucularımıza məlumat verməkdir. Öz yaşadığı dövrdən bəri, müasir zəmanəmiz də daxil olmaqla, böyük filosof-şairin milliyyəti regionda yaşayan bütün xalqlara maraqlı olmuşdur.
Elmə məlum olan yaradıcılığı fars dilində olduğu üçün, məhz fars araşdırmaçı və ədəbiyyatşünasları onu fars hesab ediblər. Fars dilində yazıb yaratmaq heç də onun fars olması üçün əsas vermir.
Nizaminin fars dilində yazıb yaratması da həmin dövrün tələbi idi. Sanki fars dili həmin dövr üçün elit təbəqənin istifadə etdiyi bir dil səviyyəsində idi.
Amma Nizaminin əsərlərini mütaliyə edib, incələyəndə həmin əsərlərdən bir “türk qoxusu” hiss olunur.
“Xosrov və Şirin” poemasında Mahunbanun Şirinə fars hökmdarı Keyxosrovu işarə edərək dediyi bu sözlər sanki Nizaminin öz dili ilə səslənir.
“O aydırsa biz afitabıq,
O Keyxosrovdursa, biz Əfrasiyabıq”
Azərbaycan türkcəsində belə səslənir.
O aydırsa biz günəşik
O farsdırsa, biz türkük.
Bildiyimiz kimi, Əfrasiyablar məşhur türk tayfalarından birinin adıdır. Digər bir dəlil isə onun “İsgəndərnamə” poemasında yaratdığı müsbət türk obrazı, müsbət türk əxlaqı ilə bağlıdır. Nizami yaradıcılığında “türk” sözü həm cəsur, igid sözlərinin, həm də gözəl yaraşıqlı sözlərinin sinonimi kimi işlənmişdir.
Nizami irsinin görkəmli tədqiqatçısı Rüstəm Əliyev deyirdi ki, Nizami nəinki türk, hətta türkçü idi.
Başqa bir fikir Məmməd Əmin Rəsulzadə yazırdı ki, “farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər”. Dağ kimi ucalmışdı bir zaman Türk dövləti deyən “Nizami necə ərəb yaxud farsca xidmət edə bilərdi?”
Nizaminin əsərləri ilə tanışlıq bunu sübut edir. Nizami Gəncəvinin fars ədəbiyyatına təsiri böyükdür. Nizaminin dünyagörüşü, yaradıcılığı, xalqının folkloru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb.
Lalə Abdullayeva,
M. Qarayev adına Qarağacı kənd tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi