Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar

                                                                                                       (REPLİKA)

    Bəlkə də bu xalq məsəli ona görə yaranıb ki, deyilən düz sözə “mız” qoya bilməyənlər “əyri oturuşa” “mız” qoysunlar. Necə oturmaqdan asılı olmayaraq, həqiqəti demək lazımdır. Daha bizim qeyri-peşəkar yazarlar kimi yox. Özüm qəsdən “jurnalist” yox, sadəcə yazar deyirəm onlara. Çünki sanki, bu bir qrup öz “dəsti xətti” olan yazarlara “yuotube” kanalları qol-qanad verib. Hərə bir kanal açıb, millətin də, özünün də başını qatır (Əlbəttə, bəziləri istisna olmaqla). Ağlına gələn çəkilişi edir, “nəzir-niyaz”ını alır, ağzına gələn ittihamları müraciət müəllifinin dilindən səsləndirir, sonra efirdə deyilənlərə kanal məsuliyyət daşımır “mesajını verir”, “qarşı tərəfin də açıqlamasını verə bilərik” söyləməklə özünü, necə deyərlər, sığortalayır. Bərəkallah sənin “yazarlığına”! “Elə bil dünyaya gətirdiyin uşağın öləcəyi, qalacağı, gələcəkdə hansı əməllə məşğul olacağı məni maraqlandırmır”– deyirsən.
    Bəyənmədiyimiz o Sovet dönəmində əvvəlcə fakt araşdırılır, sonra kütləyə təqdim olunurdu. İndi isə “sayıqlama” verilir, sonra açıqlama gəlir. Hər şey isə təqdimatdan başlayır. Yalanı doğru kimi sırımaq üçün hər kəs dəridən – qabıqdan çıxır. Və üz-dəniraq bəzi yazarlar dövlət məmurlarını insanlara vicdansız və qaniçən kimi təqdim edirlər, bununla kimdən nəyin heyfini çıxmaq istəyirlər, bilmirsən. Əlbəttə, mən demirəm ki, hamı tərtəmiz işləyir, iş olan yerdə nöqsan da olur. Ancaq insanları doğru yoldan sarpdırmaq, həmişə yaxşını qoyub, pisi reklam etmək, gözə soxmaq özü nadanlıq, naqislikdir.
    Yuotube kanallarındakı TV-lərdə söyüşün biri bir qəpikdən də ucuzdur. Ayıbdır, özümüzə, milli-mənəvi dəyərlərimizə hörmət edin! Özünüzü təhqir etdiyiniz insanın yerinə qoyun, fikirləşin buna ailə üzvüləriniz, sizi tanıyan və tanımayanlar da baxır.
    Kişi kimi real faktlarla danışın, haray-həşirlə, küçə sözləri ilə kimisə nəyəsə inandırmağa çalışmayın.”Qanan qanmayanın quludur”– deyiblər.
    Vallah, sizin yerinizə utanmaqdan da daha utanırıq.
                                                                                                                                       Svetlana Xəyalə

    Müəllif: Redaktor, 08:10

İsmarıclar bağlıdır.