Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Mar
    Xəbərlər 10 YAŞAYIŞ MƏNTƏQƏSİNİ BİRLƏŞDİRƏN YOLUN YENİDƏN QURULMASINA BAŞLANILIB üçün şərhlər bağlıdır

    Bu günlərdə 2019-2023-cü illərdə Azərbaycan Respubli-kasının Regionlarının Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan uzunluğu 33,5 kilometr olan, 10 yaşayış məntəqəsini birləş-dirən Səhlabad-Əskipara- Qaraağacı- Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-QazyanTəzəkənd-Hüsənli kəndlərarası avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri işlərinə başlanılıb.
    Hazırda yolun yatağı işlənilir, genişləndirilməsi aparılır. Yolun çiyin hissəsində yerləşən və genişləndirməyə mane olan kommunikasiya xətləri qaydaya salınır. Yolun üzərində olan köhnə suötürücülər təzələnir, böyük diametrli suötürücülərlə əvəz edilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov görülən işlərlə yerində tanış olmaq üçün Əski-para kəndində olub, sakinlərlə və iş icraçıları ilə görüşüb, lazımi tövsiyyələrini verib və kəndin digər problemləri ilə maraqlanıb. Daha ətraflı »

  • 05Mar
    Xəbərlər Xocalı soyqırımı–tarixin qan yaddaşı üçün şərhlər bağlıdır

    ÜMUMRAYON TƏDBİRİ

    Tərtərdə XX əsrin ən dəh-şətli cinayətlərindən sayılan Xocalı soyqırımının 28-ci ildönümü münasibəti ilə umumrayon tədbiri keçirilib.
    Tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin təmsilçiləri iştirak ediblər.
    Tədbirdə əvvəlcə məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılıb, sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »

  • 05Mar
    Xəbərlər YÜRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı müxtəlif tədbirlər, inşa yazı müsabiqəsi, foto və rəsm sərgiləri təşkil edilib, Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Rayon rəhbərliyi tərəfindən Xo-calı sakinləri ilə görüş keçirilərək mü-raciətləri dinlənilib, onlara ərzaq yardımı göstərilib.
    Soyqırımı günü Tərtər şəhərində ümumrayon yürüşü keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, Qarabağ əlilləri, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, “N” saylı hərbi hissənin əsgər və za-bitləri Şəhidlər abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirələrini ehtiramla yad ediblər.
                                                                                                                                                                                                                       “Yeni Tərtər”

  • 05Mar
    Kənd Təsərufatı KƏND ƏMƏKÇİLƏRİNİN YAZ QAYĞILARI üçün şərhlər bağlıdır

    Torpaqları bərəkətli, təbiəti gözəl, havası, suyu təmiz, insanları işgüzar və zəhmətkeş olan qəhrəman Tərtərdə bu günlərdə tarlalarda yaz əkin işləri davam edir. Təsərrüfat sa-hibləri hazırda buğda, arpa, yonca və meyvə bağlarında ziyanvericilərə və gəmiricilərə qarşı mübarizə işləri aparmaqla, həmin ərazilərdə aqrotexniki qulluq qaydalarını da davam etdirirlər.
    Fermerlərimiz məhsuldarlığın artırılması üçün üzvü gübrənin verilməsi işlərini yüksək səviyyədə aparırlar. Hazırda rayonumuzda tərəvəz əkin sahələrimiz vardır və bu sahələr soğan və sarımsaq bitkilərindən ibarətdir. Fermerlərimiz bu əkinlərə yüksək səviyyədə qulluq edirlər. Daha ətraflı »

  • 05Mar
    Digər Rayonumuzun tarixində iz qoyan insanlar üçün şərhlər bağlıdır

    HALAL ZƏHMƏTİN PİLLƏLƏRİ

    Çeşid-çeşid insanlar içərisində elələri var ki, onları seçilmişlərdən hesab etmək olar. Belə insanlar ailədə də, cəmiyyətdə də öz yeri, sanbalı olanlar, təmkini, müdrikliyi, idarəetmə bacarığı ilə fərqlənənlərdir. Rayonumuzun tarixində belələri çox olub. Onların hər birinin yaddaşlarda özünəməxsus izi qalıb.
    Taryel Məmmədov da belə şəxslərdən biri idi. Şəxsi keyfiyyətləri, ağır, sanballı hərəkətləri, səmimi görkəmi, insanlarla işləmək bacarığı onu fərqli biri kimi tanıtmışdı. Zəhmli olmasına baxmayaraq, sadə insanıydı Taryel müəllim.
    45-50 il bundan əvvəl rayonumuzun rəhbər vəzifələrdə işləyənlərini yaxşı xatırlayıram. Sanki, onlar bütün cəhətlərində fərqli insanlarıydı. Elə Taryel müəllim də…
    Bu gün belə şəxsiyyətləri xatırlamaq, onların keçdiyi ömür yoluna nəzər salmaq hər birimiz üçün vacibdir və gərəklidir.
    Məmmədov Taryel Hüseyn oğlunun həyat və fəaliyyətini öyrənmək üçün ailəsinə müraciət etdim. Daha ətraflı »

  • 05Mar
    Kənd Təsərufatı ZƏHMƏTDƏN KEÇƏN ÖMÜR YOLU üçün şərhlər bağlıdır

    Pambıq ölkəyə valyuta gətirən, sənaye istehsalına təkan verən sahə olmaqla yanaşı, həm də insanların məşğulluğunun təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Ona görə də kənd əməkçilərinin torpağa bağlılığı günbəgün daha da artır.
    İlkin Qurbanov da iki ali təhsil almasına, müəyyən vəzifələrdə işləməsinə baxmayaraq torpağı sevdi, ona ürəkdən bağlandı, “bir torpaq, bir sən” prinsipi ilə torpağa can yandırmağa başladı. Artıq 20 ilə yaxındır ki, torpaqla dostlaşıb, onunla ülfət bağlayıb, nazını çəkib. Torpaq isə bu zəhmətin qarşılığında üz ağardıb, baş ucaldıb, nəticədə sahibini şöhrətləndirib.
    Bu zəhmətkeş insanı yaxından tanımaq üçün onunla görüşüb, qazandığı uğurların səbəbi haqqında özündən eşitməyi qərara aldım. Daha ətraflı »

  • 05Mar
    İdman RƏVANIN UĞURLARI üçün şərhlər bağlıdır

    Bu günlərdə rayonumuzun ucqar kəndlərindən biri olan Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev əlində bir neçə diplom və medallarla redaksiyaya gəldi. Onun bura gəlməsi səbəbsiz deyildi. Məktəbin şagirdi Məmmədli Rəvan Vasif oğlunun uğurları barədə məlumat verərək danışmağa başladı:
    –Bu uşaq bizim məktəbin fəxridir. Onun idmanda qazandığı uğurlar müəllim və şagird kollektivimizi ürəkdən sevindirir. İstəyirəm ki, bizim bu qoçaq oğlanımız haqqında kiçik bir məqalə yazılsın.
    Sabahı gün Asif müəllim Rəvanın özü ilə birgə gəldi və dedi:
    –Rəvanın uğurunu təkcə onun özünün deyil həm də məktəbimizin uğuru hesab edirəm. Hazırda onbirinci sinifdə oxuyur. Əksər vaxtlarda məşqlərə və yarışlara icazə vermirik ki, dərsləri ilə məşğul olsun. Lakin idmana olan marağı onu çempion edib. Dəfələrlə zona yarışlarında iştirak edərək qalib olub. Daha ətraflı »

  • 05Mar
    Milli-mənəvi dəyərlər ELİMİZİN ƏZİZ BAYRAMI NOVRUZUN MÜJDƏÇİLƏRİ–ÇƏRŞƏNBƏLƏR üçün şərhlər bağlıdır

    NOVRUZ GƏLİR, YAZ GƏLİR

    Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.
    Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.
    İlaxır çərşənbələrin birincisi su çərşənbsidir Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azarbezardan xilas olar. Daha ətraflı »

    Teqlər:

  • 05Mar
    Milli-mənəvi dəyərlər NOVRUZUN MƏNŞƏYİ üçün şərhlər bağlıdır

    Çətin qış günlərindən sonra yazın gəlişini dünyanın demək olar ki, bütün xalqları milli mentalitetin qəbul etdiyi sevinc səviyyəsində keçirir. Uzaq Şərqdə bu fevrala, Rusiyada martın əvvəllərinə, Sami xalqlarında isə aprel ayına təsadüf edir. Elmi baxımdan ən dəqiq günü və saatı isə ulu babalarımız təyin edə biliblər. Beynəlxalq astronomik il xalqımızın Novruz bayramı kimi qeyd etdiyi gündən – Günəşin Qoç bürcünə daxil olması ilə başlayır. Yaz bərabərlik nöqtəsində gecə ilə gündüzün hərəsi 12 saat olur. Daha ətraflı »