Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Mar
    Digər KORONAVİRUSDAN (COVİD–19) ÖZUNÜZÜ QORUYUN! üçün şərhlər bağlıdır

    Dünyada yayılan yeni növ koronavirus(COVİD-19) infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq ölkəmizdə qeyd olunan xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən müvafiq preventiv və profilaktik tədbirlər görülür. Özünüzün, doğmalarınızın, hər birinizin sağlamlığı naminə Sizi görülən tədbirlərə laqeyd yanaşmamağa, koronavirus infeksiyası ilə mübarizədə vətəndaş–dövlət birliyi, həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirməyə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət etməyə, evdən çıxmamağa çağırırıq!

  • 30Mar
    Digər AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI VƏ KORONAVİRUS İNFEKSİYASINA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLIƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasında əhalinin sağ-lamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosialiqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlə-rin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəs-tək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir. Daha ətraflı »

  • 30Mar
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN MƏLUMATI üçün şərhlər bağlıdır

    Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Daha ətraflı »

  • 30Mar
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA OPERATİV QƏRARGAHIN MƏLUMATI üçün şərhlər bağlıdır

    Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.
    Bu müddət ərzində:
    1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. Daha ətraflı »

  • 30Mar
    Xəbərlər Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın MƏLUMATI üçün şərhlər bağlıdır

    29 mart saat 00:00-dan etibarən

    Xüsusi karantin rejimi gücləndirilsin.

    Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın. Daha ətraflı »

  • 30Mar
    Digər VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan Koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması və sizlərin sağlamlığınızın təhlükəsizliyi baxımından Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulunun müvəqqəti olaraq məhdudlaşdırılma-sı məqsədəmüvafiq hesab olunmuşdur.
    Müraciətlərinizi Tərtər Rayon İcra Hakimiyyətinin 022-23-6-17-75 qaynar xətti [email protected] elektron poçtu vasitəsilə edə bilərsiniz.
                                                                                                                                                                      Tərtər Rayon İcra Hakimiyyəti

  • 30Mar
    Digər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir.
    Hazırda Tərtər şəhərinin küçə və prospektləri, çoxmənzilli yaşayış binalarının həyətləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulur. Binaların girişləri və bloklar, dövlət idarələrinin binaları xü-susi məhlulla dezinfeksiya edilir. Ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda qurulmuş monitor vasitəsi ilə və yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri aparılır.

  • 30Mar
    Digər, Xəbərlər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    “GEDİRSƏN, TEZ QAYIT GƏL…”

    Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:
    Gedirsən, tez qayıt gəl,
    Gözü yolda qalan var…
    Doğrusu, bu sətirlərin kimin olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopub, ürəyimə işləyib sətirlərin hər bir sözündəki haray! Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca gözlər dikilib–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Ona görə də qapılardan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” Necə ki, bütün şəhidlərimizə və eləcə də Aydın Abdullayevə deyilmişdi… Daha ətraflı »

  • 30Mar
    Digər Hüseynov Maarif Mirməhəmməd oğlu üçün şərhlər bağlıdır

    1958-ci il yanvar ayının 22-də Tərtər şəhərində anadan olub. Şəhər 5 saylı ümumi orta məktəbini bitirib və 1977-1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Qarabağ müharibəsi başlanan vaxt Əhaliyə Məişət Xidməti Kombinatında bərbər işləyirdi. Erməni işğalçılarının törətdikləri vəhşiliklərə dözməyərək könüllü olaraq 1994-cü ilin mart ayında Milli Ordu sıralarına daxil olub. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib, cəsurluq və mərdlik göstərib. Snayperçi kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. 1994-cü il may ayının 11-də Tərtər rayonunun Qapanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşdə şəhid olub.
    Tərtər şəhər qəbristanlığında dəfn olunub

  • 30Mar
    Digər Hüseynov Toğrul Rafiq oğlu üçün şərhlər bağlıdır

    1973-cü il oktyabr ayının 13-də Tərtər şəhərində anadan olub. 1990-cı ildə şəhər 1 №-li tam orta məktəbin 10-cu sinfini bitirib. Sonra Gəncə Energetika Texnikumuna daxil olub. 1992-ci ilin avqust ayında həqiqi hərbi xidmətə çağrılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızı erməni faşistlərindən təmizləmək üçün Ağdərə bölgəsində döyüşüb. Bir çox döyüş əməliyyatlarında əsgər yoldaşlarına nümunə olub. Ermənilərin canlı quvvəsinin və hərbi texnikasının siradan çıxarılmasında cəsur bir döyüşçü kimi fəallıq göstərib. Dostları arasında yüksək xətir və hörmətə malik olub. Həmişə cəbhənin ön sıralarında iştirak edib. 1992-ci il sentyabr ayının 29-da Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Seydimli kənd qəbristanlığında dəfn olunub.