Umudlu kənd tam orta məktəbin IV sinif şagirdləri bu il ibtidai sinifi başa vurdular. Qısa olaraq bu sinif haqqında məlumat vermək istərdim. Çünki bu sinifin uşaqları ayrı-ayrılıqda çox böyük gələcəyi olan istedadlı uşaqlardır. 20 nəfər şagirddən ibarət olan bu sinif Zümrüd Rasim qızı Mustafayevanın əməyinin məhsuludur. Zümrüd müəllimə 40 ildir ki, Umudlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Onun yetirdiyi şagirdlər müxtəlif sahələrdə uğurlar qazanıblar. Bütün vaxtını şagirdləri ilə keçirmək, onlarla birlikdə olmaq bu müəllimin həyatının mənasını təşkil edir. Onun sevgi dolu fəaliyyəti şagirdlərinə də sirayət edib. Onlar da müəllimi kimi həyat doludurlar.
Zümrüd müəllimənin uzunmüddətli pedaqoji fəaliyyətində belə buraxılış siniflər çox olub.
Ancaq bu ilki IV siniflər rayon və məktəb tədbirlərində yaxından iştirak etmişdilər.
2018-ci il noyabrın 9-da “Bayraq meydanı”nda keçirilən ümumrayon tədbirində gözəl bir kompozisiya ilə çıxış etdilər. O cümlədən, Umudlu kənd tam orta məktəbin yetirməsi Elçin Qasımov da məktəbin özünün keçirtdiyi görüş tədbirində yüksək səviyyədə çıxış etdi.
Bütün bu çıxışlardan daha yaddaqalanı 2019-cu il fevralın 28-də Umudlu kəndinin işğalı ilə bağlı 6 saylı məktəbdə keçirilən “Umudluya qayıdacağıq” tədbirində daha geniş kompozisiya ilə çıxış etdilər. Bu tədbirdə isə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər məsul şəxslər IV sinif şagirdləri ilə xatirə şəkili çəkdirdilər. Bu fidan balalar Zümrüd müəllimənin təşkilatçılığı ilə çox maraqlı “Son zəng” keçirdilər. Onlar özləri rəngarəng proqramlar hazırlamışdılar. Daha ətraflı »
-
28İynTəhsil QÜRURLANDIĞIMIZ UŞAQLAR üçün şərhlər bağlıdır
-
28İynƏdəbiyyat Poeziya üçün şərhlər bağlıdır
Asif TALIBOĞLU GƏL QƏBRİMİN ÜSTÜNƏ
Sağlığımda görüşümə gəlmədin,
Barı hərdən gəl qəbrimin üstünə.
Bir vaxt mənə oğrun baxan gözlərin,
Qoy axıtsın sel qəbrimin üstünə.
Sənə olan saf eşqimin xətrinə,
Səni yazdım hər şeirimin sətrinə.
Qarışdırıb saçlarının ətrinə,
Qoy bir dəstə gül qəbrimin üstünə.
Demirəm ki, fəryad qopar, et nələr,
Asif deyə bir pıçıltın bəs elər,
Bəlkə ruhum rahatlanar, dincələr,
Gəzdirərsən əl qəbrimin üstünə
NAHAQ DEDİN: “GƏL QƏBRİMİN ÜSTÜNƏ” (İradə Günəşin Asif Talı-boğluna cavabı)
Görüşünə gələnmədim, bağışla!
Nahaq dedin: “Gəl qəbrimin üstünə”.
Dünya-aləm qara geyib, yas tutar,
Töksə gözüm sel qəbrinin üstünə.
Qönçə kimi saralanda bənizim,
Məhəbbətin verdi mənə bir dözüm.
Böyütmədim arzuları, əzizim,
Qoymaq üçün gül qəbrinin üstünə.
Bundan belə İradəni dərd didər,
Ay insafsız, arzuladın gör nələr!…
Boğsa məni acı qüssə, qəm, qəhər,
Gəlmiyəcəm, bil qəbrinin üstünə.
Nahaq dedin: “Gəl qəbrimin üstünə”
Bakı şəhəri
-
28İynƏdəbiyyat üçün şərhlər bağlıdır
TƏRTƏRİM
Murovdağın ətəyindən boylanan
Sən bir cənnət bucağısan, Tərtərim.
Vətənimiz qədim Odlar Yurdunun
Sönməz odu-ocağısan, Tərtərim.
Əsrlərin yaşıdısan–ulusan.
Hər tarixi şanlı hünər dolusan,
Qarabağa gedən zəfər yolusan,
Xoş günlərin sorağısan, Tərtərim.
Bürünmüsən yaşıla sən, ala sən,
Görüm səni daim abad olasan!
Sən yenilməz, bir alınmaz qalasan,
Düşmənlərə göz dağısan, Tərtərim.
Sahilboyu sərin yaylaq havası,
Axşamüstü bir aləmdir səfası.
Tərtərçayın səsi–ana laylası,
Doğma ana qucağısan, Tərtərim.
Asif deyər sən dahilər yurdusan, Qəhrəmanlar, fədailər yurdusan.
Cavanşirlər, Xətailər yurdusan,
Azərbaycan torpağısan, Tərtərim.
DÜŞÜNCƏLƏR
Payıza dönəcək gənclik baharı,
Bir gün gec, bir gün tez, nə fərq edər ki?
Yetəcək mənzilə ömür qatarı,
Bir gün gec, bir gün tez, nə fərq edər ki?
Budur Yaradanın qoyduğu qərar,
Hər bir başlanğıcın bir də sonu var.
Növbədir, gec ya tez, hamıya çatar,
Bir gün gec, bir gün tez, nə fərq edər ki?
Asif, demə yaşın yüz yox, əllidir,
Bunlar insan üçün boş təsəllidir.
Onsuz da həyatın sonu bəllidir,
Bir gün gec, bir gün tez, nə fərq edər ki?
-
20İynTəhsil SƏBİRSİZLİKLƏ GÖZLƏNİLƏN “SON ZƏNG” üçün şərhlər bağlıdır
Rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 598 nəfər şagird XI sinfi, 743 nəfər şagird isə IX sinfi bitirir.
Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, valideynlərin, məzunların çıxışları bir-birini əvəz etdi.
Tərtər şəhərində və təmas xəttinə yaxın yerləşən kəndlərin ümumtəhsil məktəblərinin “Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edərək, onlara uğurlar arzuladı. Müstəqil Azərbaycanımızın gələcəyinin gənclərimizdən asılı olduğunu söylədi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığını bildirdi. Rayon rəhbəri millətin gələcəyi olan təhsilin tərəqqisinə cənab Prezidentin xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırdı. Sonda məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları sayəsində möhtərəm Prezidentimizin rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın çiçəklənməsi naminə töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı.
Çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi və tədbir iştirakçılarına xoş anlar yaşatdı.“Yeni Tərtər”
-
20İynTərtər RİH-də MİNNƏTDARLIQ BİLDİRİBLƏR üçün şərhlər bağlıdır
Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar–qəbul görüşü Gülabatlı kəndində keçirilib.
Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Gülabatlı kəndinin 245 hektar ərazisi, 404 nəfər sakini var.
Sonra vətəndaşların müraciətləri dinləndi. Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev məktəbdə telefon xəttinə, yardımçı sinif otaqlarına, Nüşabə Misirova məktəbə gələn yolun asfaltlanmasına, Əzim Qaraşov kəndarası su arxlarının lildən təmizlənməsinə ehtiyac olduğunu bildiriblər.
Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin güzəranının yaxşılaşdırılması üçün görülən işlərdən, mövcud problemlərin həlli ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Daha ətraflı » -
20İynXəbərlər MİLLİ QURTULUŞ GÜNÜ üçün şərhlər bağlıdır
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoydular, onun həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxdılar.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının Qərargahında davam etdirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, ulu öndərin Azərbaycan xalqının xilaskarı olduğuna diqqəti cəlb etdi. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə gördüyü möhtəşəm işlərdən və həyata keçirdiyi qlobal tədbirlərdən ətraflı bəhs etdi, əvəzsiz xidmətlərindən danışdı.
Sonda nəzərə çatdırdı ki, xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi. Daha ətraflı » -
20İynSəhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
Tərtərdə 17 iyun–Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkə-mizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini nəzərə çatdıraraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi. Daha ətraflı » -
20İynXəbərlər RAYON RƏHBƏRİ ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKİB üçün şərhlər bağlıdır
Tərtərdə şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidlərimizin ruhuna ehtiram göstərərək, onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində işlər görür.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ramazan bayramında Aprel şəhidi Nicat İsgəndərovun ailəsində olub, Bəhruz İsgəndərovun səhhətilə maraqlanıb. Qeyd edək ki, şəhid atası Bəhruz İsgəndərov Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə may ayının 23-də ürəyində yaranmış problemlə əlaqədar əməliyyat olunub, hazırda sağlığına qovuşub. Rayon rəhbəri şəhid atasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, bayram sovqatları verib və xoş arzularını çatdırıb. Bildirib ki, siz şəhid valideynlərinə qayğı göstərmək hər birimizin ən ümdə borcumuzdur. Vətən üçün igid oğullar böyüdən valideynlərə qayğı ilə yanaşmaq hər bir azərbaycanlının ən əsas işi olmalıdır. Şəhid atası ilə səmimi söhbətdə rayon rəhbəri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Şəhid atası Bəhruz İsgəndərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.“Yeni Tərtər”
-
20İynDigər ŞƏHİD NİCAT İSGƏNDƏROV ADINA KÜÇƏ üçün şərhlər bağlıdır
Rayon rəhbərliyinin təşəbbüsü ilə son zamanlar şəhərimizin küçələrinə Qarabağ müharibəsində şəhid olmuş igidlərimizin adları verilir, baralyefləri vurulur və beləliklə onların xatirələri əbədiləşdirilir. Bu küçələr əvvəlcədən abadlaşdırılır, səliqə-sahmana salınır, müasir işıqlandırma sistemi ilə təmin olunur, asfaltlanır və təmir edilir.
Belə küçələrdən biri də ötən il çox gözəl abadlaşdırılmış və şəhid Nicat İsgəndərovun adı verilmiş küçədir. Bu küçə əvvəllər bərbad vəziyyətdə idi. İndi isə yaraşıqlı və rahat gediş-gəliş yerinə çevrilib. Axşamlar sakinlər burada müasir küçə işıqlarının altında gəzintiyə çıxır, təmiz havada rahat dincələ bilirlər.
Küçənin giriş hissəsinə şəhidin baralyefi vurulmuş, asfaltlanmış, divarlar tam təmir olunmuş, kommunikasiya xətləri nizama salınmışdır.
Görülən işlər sakinlərin ürəyincədir.Nübar XANLARQIZI
-
20İynKənd Təsərufatı “TƏRTƏR RAYONUNDA TAXIL BİÇİNİNİN, BARAMA TƏDARÜKÜNÜN, PAMBIQ VƏ ÇUĞUNDUR SAHƏLƏRİNDƏ BECƏRMƏ İŞLƏRİNİN GEDİŞİ VƏZİYYƏTİ BARƏDƏ” MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır
Müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, fermerlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.
Diqqətə çatdırılıb ki, rayon ərazisində bu günə kimi 9447,7 hektar sahədə yazlıq əkin işləri aparılıb. Buğda və şəkər çuğunduru istehsalına görə ötən illər respublikada ön sıralarda gedən tərtərli əkinçilər bu il də yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, 2018-ci ildə 7545,6 hektar buğda sahəsindən 30 min 984,4 ton, 859 hektar şəkər çuğunduru sahəsindən 29 min 928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə buğda, 682,5 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin və becərmə işləri aqrotexniki qaydalara düzgün əməl olunaraq aparıldığı üçün bu il də sahələrdə bol məhsul yetişdirilib. Daha ətraflı »
Yeni ismarıclar