Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Fev
    Digər QƏZETİMİZİN LAYİQLİ XANIMI üçün şərhlər bağlıdır

    Cəlil Məmmədquluzadə deyib ki, qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir. Həqiqətən, yazı yazmaq möcüzədi, çünki insanın kim olduğunu oxucuya açıq-aydın bəyan edir.
    Kollektivimizdə dəyərli yazıların müəllifi olan Elfuzə Vəliyevadan söz açmaq istəyirəm. O, bacarıqlı işçi olmaqla bərabər kollektivdə hamının dərin hörmətini qazanıb. Elfuzə xanım yaşından, xasiyyətindən asılı olmayaraq hər kəsə böyük qayğı göstərir.
    Mən bu yazını yazmaqla doğma, sevimli müəlliməm haqqında ürək sözlərimi ifadə etməyə çalışacağam. İnsani keyfiyyətlərə məxsus olan bütün müsbət xüsusiyyətlər bu xanımın xarakterində cəmləşib. Çətin bir problemi həll etmək üçün onunla məsləhətləşəndə çox sakit bir tərzdə adamı dinləyir, dəyərli tövsiyyələr verir. Gənclərin irəli getməsində, müvəfəqiyyətlər qazanmasında əlindən gələni əsirgəmir, onlarda işə qarşı böyük maraq yaradır.
    Mənimlə söhbət zamanı hər zaman qəzet işinin çox maraqlı və məsuliyyətli olduğundan danışıb. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər Həzi Aslanov-109 üçün şərhlər bağlıdır

    MÜƏMMALI QƏTL

    Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
    Böyük Vətən müharibəsi illərində misilsiz şücaətlər göstərib. General-mayor hərbi rütbəsinə yüksəlib.
    Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Kənd Təsərufatı TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİNİN MƏLUMATLARI üçün şərhlər bağlıdır

    2018-ci İLDƏ SAHİBKARLAR TƏRƏFİNDƏN TƏRTƏR RAYONUNUN İQTİSADİYYATINA 2795 MİN MANAT HƏCMİNDƏ İNVESTİSİYA QOYULMUŞDUR

    İlkin məlumata əsasən 2018-ci ildə Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 38234.6 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 72,7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 36326,8 min manatı və ya 95 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir.
    Əsas kapitala yönəldilmiş investisiyanın 33 milyon 839,6 min manatı və ya 88,5 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr 4 milyon 395 min manatı və ya 11,5 faiz qeyri-dövlət sektoru müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir. 2018-ci ildə sahibkarları tərəfindən Tərtər rayonunun iqtisadiyyatına 2795 min manat həcmində investisiya qoyulmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Sosial Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üçün şərhlər bağlıdır

    QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ

    Didərginlik ağır dərddir

    Didərginlik filçəkməz ağır dərddir. Bunun da üzərinə ehtiyacın yaratdığı əzabları gələndə, insan həyatı məşəqqətə düçar olur. Bu ağrıları, əlbəttə, onun içindən keçib yaşayanlar bilər. Yurd həsrətindən bağrı qana dönən, ürəyi qürbətdə pörşələnən, ehtiyacın məngənəsində sıxılan, qüruru düşmən tərəfindən tapdalanan, hissiyatı aşağılanan, varlığı xıncım-xıncım olunan, bunlar azmış kimi, qeyrətinə, namusuna ləkə gətirilən insanların ağrı-acısını kənardan baxmaqla necə duymaq olar ki?!
    Zaman-zaman ermənilərin məkrindən yurd-yuvası dağılan, yüz illər boyu yaşadığı dədə-baba torpaqlarından didərgin salınan, əzizlərinin gorgahları təhqir olunan, inanc yerləri–pirləri, ocaqları darmadağın edilən, gözlərinin qarşısında körpə yaşlı qızlarının, gəlinlərinin, ömür-gün yoldaşlarının başlarına müsibətlər gətirilən insanlara hansı toxtaqlığı verəsən?! Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər TƏRTƏR RAYONUNUN YARADILMASININ 85 İLLİYİ üçün şərhlər bağlıdır

    TƏRTƏR QƏDİM YAŞAYIŞ MƏSKƏNİDİR

    Yaranma tarixi-27.01.1934-ci il. Ərazisi-960 kv.km. Əhalinin sayı-103,6 min nəfər (1 yanvar 2018-ci il.) Əhalinin sıxlığ 1 kvadratkilometrə 108 nəfər (1 yanvar 2018-ci il) Şəhərlərin sayı–2. Qəsəbələrin sayı-1. Kəndlərin sayı-74. Bələdiyyələrin sayı–25. İqtisadi rayon-Yuxarı Qarabağ. Tərtər rayonu ilə Bakı arasında olan məsafə -332 km.
    Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə gözəl və səfalı bir ərazidə yerləşən Tərtər barədə Aleksandr Düma demişdir: «Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər».
    Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Ədəbiyyat TƏRTƏR-ŞAİRLƏRİN İLHAM QAYNAĞI üçün şərhlər bağlıdır

    1970-ci illərin əvvəli gəncliyimin qaynar vaxtına təsadüf edirdi. Həmin illərdə bu gün mənfur qonşularımızın qarşısını kəsdikləri Tərtər çayının təlatümlü axışı, qarşısına keçən hər şeyi yerindən qoparıb aparan vaxtları varıydı. Yaşadığımız evdə çayın şırıltısı aydın eşidilərdi. Gecələri laylaya, gündüzləri nəğməyə bənzədərdim. Saatlarla ona qulaq asmağa adət etmişdim… Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Tərtər RİH-də 2018-ci İLİN YEKUNLARI NİKBİNLİYƏ ƏSAS YARADIR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 2018-ci il 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib.
    Bu barədə rayonda ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2018-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və video-slayda baxıblar.
    Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yenilənməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahələrində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.
    Sonra icra başçısı görülən işlər barədə ayrı-ayrılıqda ətraflı məlumat verib, tikilən yeni obyektlərdən, çəkilən kəndarası asfalt yollardan, abadlaşdırılan küçələrdən, içməli su, qaz, işıq təminatından danışıb. (Hesabat məruzəsi qəzetimizin ötən sayında dərc olunub). Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Tərtər RİH-də İCRA BAŞÇISININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞLƏRİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində oldu.
    Əvvəlcə Səhlabad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusibov görülən işlər barədə məlumat verdi.
    Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən İman Almuradov, Ziya Mahmudov, Camal Aslanov əsasən suvarma suyu üçün subartezian quyusunun qazılması, kənddə yerləşən inzibati binaların təmiri, internetin zəif olması, kəndə əlavə telefon nömrələrinin verilməsi və digər məsələlər barədə müraciət etdilər. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər ATƏŞKƏS REJİMİ TEZ-TEZ POZULUR üçün şərhlər bağlıdır

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tillerə Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. Daha ətraflı »

    Teqlər:

  • 20Fev
    Xəbərlər GƏNCLİK ÖMRÜN TƏRAVƏTİDİR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
    Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Daha ətraflı »

    Teqlər: