Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Fev

    Cəlil Məmmədquluzadə deyib ki, qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir. Həqiqətən, yazı yazmaq möcüzədi, çünki insanın kim olduğunu oxucuya açıq-aydın bəyan edir.
    Kollektivimizdə dəyərli yazıların müəllifi olan Elfuzə Vəliyevadan söz açmaq istəyirəm. O, bacarıqlı işçi olmaqla bərabər kollektivdə hamının dərin hörmətini qazanıb. Elfuzə xanım yaşından, xasiyyətindən asılı olmayaraq hər kəsə böyük qayğı göstərir.
    Mən bu yazını yazmaqla doğma, sevimli müəlliməm haqqında ürək sözlərimi ifadə etməyə çalışacağam. İnsani keyfiyyətlərə məxsus olan bütün müsbət xüsusiyyətlər bu xanımın xarakterində cəmləşib. Çətin bir problemi həll etmək üçün onunla məsləhətləşəndə çox sakit bir tərzdə adamı dinləyir, dəyərli tövsiyyələr verir. Gənclərin irəli getməsində, müvəfəqiyyətlər qazanmasında əlindən gələni əsirgəmir, onlarda işə qarşı böyük maraq yaradır.
    Mənimlə söhbət zamanı hər zaman qəzet işinin çox maraqlı və məsuliyyətli olduğundan danışıb.
    Bu xanımdan yazı hazırlamaq mənə qismət olduğu üçün çox şadam. Yazılarını çox sevirəm. Bəzən ona: “Elfuzə müəllim, bu qədər işin öhdəsindən necə gəlirsiniz?, bu gözəl yazıları necə hazırlayırsınız?”–kimi suallar verirəm.
    “Yeni Tərtər” qəzetinin böyük nailiyyətlər əldə etməsi üçün öz bacarığını və qüvvəsini sərf edir. Hələ gənclik illərindən uğur qazanan xanımın bu gün də müvəfəqiyyətləri boldur.
    Gənc yaşlarından şeirlər və hekayələr yazan xanım dostluq, məhəbbət və vətən mövzularına üstünlük verib. O, Azərbaycan Jurnalistlər İttifaqı Nəzdində Jurnalist sənətkarlığı İnistitutunu bitirib. 1970-ci illərdə onun hekayələri və şeirləri “müxbir” jurnalında dərc olunub və respublika radiosunun “Ulduz” almanaxında səsləndirilib.
    O, “Qızıl bayraq” qəzetində müxbir, korrektor işləməklə yanaşı, ictimai işlərdə də fəallıq göstərib. 1986-1990-cı illərdə Tərtər rayon İcrayə Komitəsinin Azyaşlılar Komissiyasının məsul katibi kimi fəaliyyət göstərib. Həmin zamanlarda ailələrin dağılmaması üçün əlindən gələni edib, həmçinin çətin tərbiyə olunan uşaqlarla söhbət aparıb və nəticəsi yüksək olub. Komsomol təşkilatının katibi işləyib.
    “Taleyinə rayon qəzetində çalışmağın yazıldığını” deyən xanım 2013-cü ildən “Yeni Tərtər” qəzetində korrektor işləyir. Redaksiyada əsl jurnalistlərin yetişməsinin ən böyük arzusu olduğunu deyir, qadınların doğru yolla getməsini, gənclərin səsinin daim zirvələrdən gəlməsini dilədiyini bildirir.
    Elfuzə xanımın arzuları gözəl və fərqlidir. Ona görə ki, o, başqalarının xöşbəxtliyini, uğurunu hədsiz sevinclə qarşılayır.
    Mən çoxlarına örnək olan Elfuzə Vəliyevaya işlərində nailiyyətlər və həyatında cansağlığı arzu edirəm!

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.