27Fev
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.
“…Bizim yolumuz inkişaf yoludur… Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.
“…Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
27Fev
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşüləri Hüsənli kəndində oldu.
Qəbullarda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kəndin sakinləri iştirak ediblər.
Əvvəlcə kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
27Fev
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü il-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında, iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xətəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır. Daha ətraflı »
Teqlər: Səhiyyə
27Fev
Şəhər 6 saylı tam orta məktəbdə “Ana dili milli varlığımdır” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Zülfiyyə Abdullayeva açıb.
Dövlət himni səsləndirilib.
Məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva mövzu ilə bağlı geniş məruzə edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Fev
Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov iştirak ediblər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
“TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR”
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə “Tərtər qəhrəmanlar diyarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Yekun turda 44 ümumtəhsil məktəbindən 50 şagird iştirak edib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunub. Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
Məhi babanı rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Onunla görüşüb dünyanın azından-çoxundan, dərdindən-sərindən, elimizdən-obamızdan söz salsanız, görərsiz ki, bu insan bir ipək kələfidir. Onun vətənə olan məhəbbəti doğma Tərtərimizə olan sevgisi ali hisdir.
Biz Məhi babanın yaddaşına heyran qaldıq. O bizə söylədi ki, Sovet hakimyyəti qurulduqdan sonra, ölkənin hər yerində olduğu kimi, bizim Tərtər rayonunda da yeni tipli məktəblər açıldı. Belə məktəblərdən biri də “ŞEKAYM”adlı məktəb olub, yəni kəndli–gənclər məktəbi. Daha ətraflı »
Teqlər: Mədəniyyət
27Fev
MÜRACİƏTİMİN HƏLƏ NƏTİCƏSİ YOXDUR
Hörmətli redaksiya!
2013-cü il 28 iyun tarixində quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olması müəyyən edildi.
Bu yenilik haqqında sizin “Yeni Tərtər” qəzetində “Quşçuluq sənayesində yeni kəşf” adlı məqalə çap edildi. Lakin təəssüflər olsun ki, bu məqalə ilə aidiyyəti olan heç bir təşkilat maraqlanmadı.
Beş il keçdikdən sonra, 2018-ci ilin aprel ayının 26-da mən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə bu haqda müraciət etdim. Nazirlik quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olmasının müəyyən edilməsinin yerində yoxlayıb, nəticəsi haqqında məlumat verilməsini Tərtər rayonun o vaxtkı Kənd Təsərrüfatı İdarəsinə həvalə etdi. Həmin idarənin rəhbərliyi işçi qrupu yaradaraq, bu yeniliyi yerində yoxladı və doğru olduğunu təsdiq etdi. 4 may 2018-ci il tarixdə həm mənə, həm də Kənd Təsərrüfatı Nazirliyinə rəsmi məlumat göndərdilər. Xeyli vaxt keçdikdən sonra mənə Azərbaycan Milli Elmlər Akademiyasından bildirdilər ki, bu yeniliklə bağlı Zoologiya İnistitutuna müraciət edim. Mən həmin İnstitutun direktoruna müraciət etdim. Direktor bu yeniliyin yoxlanıb şəhadətnamə verilməsinin onların səlahiyyətləri olmadığı haqqında rəsmi cavab göndərdi. Məktubda yeniliyin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə aid olması bildirilirdi. Daha ətraflı »
Teqlər: Digər
27Fev
“ÖLMÜŞ ADAM”ın XATİRƏLƏRİ
…Minaya düşüb çoxlu qan itirmişdim. Tərtər xəstəxanasına çatdırılanda artıq özümü itirmək üzrəydim. Məni gətirən döyüşçülər qucaqlarında cərrahiyyə otağına apardılar. Yusif Quliyev adlı həkim mənə yaxınlaşıb baş barmağı ilə göz qapaqlarımı qaldırdı. “Gecdir morqa aparın”–dedi. Bu sözdən sonra huşumu itirdim və “öldüm”…
Haşiyə: Hələ orta məktəb illərində rayon mədəniyyət evində çıxışlar edəndə Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəbbət Paşayeva ilə xoş münasibət qurmuşduq. Həmişə şeir və səhnəcik müsabiqələrində xüsusi olaraq mənə görə gəlir, dəstək verir, gözəl arzular diləyirdi. Hətta əsgərliyə gedəndə də ailəvi bizə gəlmişdi və hamı təəccüblənmişdi. Ali məktəbə daxil olanda o da ailəm qədər sevinmişdi. Və…
Müharibə başlayanda xəstəxanaya yaralı gətirən zaman məni bir qırağa çəkib: “Tələbə ola-ola niyə gəlmisən? Əlinə-ayağına güllə dəysə, şikəst olsan, aktyor ola bilməyəcəksən axı! Sənin gələcəyin var–demişdi. Amma o vaxt belə sözlər təsirsiz idi. Daha ətraflı »
Teqlər: Səhiyyə
Yeni ismarıclar