Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Buruc kənd İƏD üzrə nümayəndəliyin Güləbatlı kəndində olub.
Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Asif Alıkişiyev, Rafiq Sarıyev, Nüşabə Misirova və digərləri müxtəlif məsələlər barədə müraciətlər ediblər.
Olunan müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.
İcra başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb. Daha ətraflı »
-
20DekTərtər RİH-də GÜLABATLI KƏNDİNDƏ SƏYYAR QƏBUL üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
20DekXəbərlər ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Yeni Tərtər” qəzeti redaksiyasında da tədbir keçirilib. Qəzetin baş redaktoru Tofiq Yusif bildirib ki, Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinədək olan 35 illik tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun misilsiz liderlik qabiliyyəti, yüksək intellekti və siyasi uzaqgörənliyi gənc Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək imkanı yaratmış və ölkəmizi qüdrətli dünya dövlətləri ilə bir sıraya çıxarmışdır. Tofiq Yusif deyib:
–Mənə ulu öndəri Tərtərdə görmək, onunla yanaşı addımlamaq və canlı, unudulmaz nitqini dinləmək nəsib olub. Bu görüşü həyatım boyu xatırlayıram. Heydər Əliyevlə eyni tarixi zamanda yaşayıb işlədiyimə görə qürur hissi keçirirəm. Ümummilli liderin həyatının hər bir mərhələsini dərindən öyrənmək və gənc nəslə çatdırmaq vacibdir. Rayon qəzetinin əməkdaşları kimi bunu həmişə diqqətimizdə saxlayırıq.
Baş redaktorun müavini Svetlana Bağırova deyib:
–İllər bir-birini əvəz edəcək, ancaq xalqımız Heydər Əliyevi heç zaman unutmayacaq. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıtması nəticəsində respublikada radikal islahatlar keçirildi. Vətəndaş müharibəsi aradan qaldırıldı. Ölkədə sabitlik və əmin-amanlıq yarandı. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20DekDigər “Azərbaycan Xalq Cümhuriyyəti İli” üçün şərhlər bağlıdır
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ DÖVLƏT–DİN MÜNASİBƏTLƏRİ
Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan xalqımızın istəyi idi. Həmin illərdə Azərbaycan gənclərinin imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilməsi öz bəhrəsini verirdi. Bu gənclər təhsillərini başa vurub vətənə qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynadılar. Qeyd etmək istəyirəm ki, xaricdə təhsil alıb vətəninə, xalqına layiqincə xidmət edən gənclərdən biri də həmyerlimiz, Tərtərin Azadqaraqoyunlu kəndinin sakini Behbudağa Cavanşir olub. Behbudağa Cavanşir müstəqil respublikanı quranlardan biri, ilk Daxili İşlər naziri idi.
Avropada mütərəqqi ideyalarla tanış olan gənc mütəxəssislər xalqın milli-mənəvi sərvətlərinin, onun qan yaddaşının, adət-ənənələrinin, dininin özünə qaytarılması istiqamətində ardıcıl və yorulmaz fəaliyyət göstərirdilər. Daha ətraflı »Teqlər: Digər
-
20DekDigər ÖMÜRDƏN CİZGİLƏR üçün şərhlər bağlıdır
“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar. Alimlərə hörmət edən şəxs elə bil mənə hörmət edir”
Məhəmməd Peyğəmbər
50 il əvvəl bir müdrik ağ-saqqaldan eşitmişəm: “Bütün dövrlərdə haqsızlıqlar olub və olacaq, ancaq həmişə yaxşılar pislərdən çox olmuşdur. Bu cür olmasaydı dünya çoxdan alt-üst olardı”. Mən buna inanmışam!
Məlum həqiqətdir ki, ömür zirvəsini aşan hər bir kamil insan keçdiyi yola nəzər salır, həyatında qisməti olan acı-şirini, sevinc-kədəri, etdikləri yaxşılıq-pislikləri və nəhayət, nə qoyub getdiyini yad edir, ölçüb-biçir, öz ömrünə qiymət veirir.
Öz həyatımı yada salanda yüzlərlə gözəl, ağıllı, ədalətli, tələbkar, qayğıkeş, təmiz, zəhmətkeş, təmənnasız maddi-mənəvi köməkliklər göstərən əsl insanları görmüşəm. Daha ətraflı »Teqlər: Digər
-
20DekDigər TƏRTƏRİN QARABAĞ MÜHARİBƏSİ GÜNLƏRİNDƏN BƏZİ ACI XATİRƏLƏR üçün şərhlər bağlıdır
Qarabağ müharibəsi illərində düşmən hücumlarına vaxtaşırı məruz qalan bölgələrdən biri də Tərtər rayonu idi. Bu rayonun ermənilər üçün çox böyük strateji əhəmiyyəti vardı. Düşmən Yevlaxdan keçən Kür çayının körpüsünədək olan ərazini məhz Tərtəri işğal etməklə ələ keçirmək niyyətində idi. Amma həm Tərtərin, həm də digər bölgələrdən köməyə gəlmiş igid oğulların qanı, canı bahasına yağılar bu ərazinin bir qarış torpağını belə ala bilmədilər, əksinə, özlərinin yaşadıqları o vaxtkı Mardakert (Ağdərə) rayonunun 17 kəndini tərk etməyə məcbur oldular.
Tərtərin müdafiəsində 1991-1994-cü illərdə minlərlə Azərbaycan oğlu şəhidlik zirvəsinə ucaldı, əlil oldu, bəziləri itkin düşdü, lakin bu torpağa ermənilərin murdar ayaqlarının dəyməsinə imkan vermədilər. Daha ətraflı »Teqlər: Digər
-
20DekMilli-mənəvi dəyərlər Məişət zorakılığı üçün şərhlər bağlıdır
YÜZ ÖLÇÜB, BİR BİÇMƏK LAZIMDIR
–Xalqımız üçün ailə, sığına biləcəyimiz müqəddəs ocaq, hər bir problemimizi bölüşdüyümüz, göz bəbəyi kimi qoruyacağımız kiçik dövlət hesab olunur.
Bütün ailələrin çəkə biləcəyi yükü, çətinliyi olduğu kimi, ideal ailənin də yoxluğu məlum məsələdir. Bu problemlər ailə üzvləri arasında öz həllini tapmalıdır. Bəzən həllini tapmayan məsələlər ailə münaqişəsinə, hərdən isə məişət zorakılığına yol açır. Belə hallar qadın və uşağa, hətta övladın valideynə güc tətbiq etməsinə gətirib çıxarır.
Məişət zorakılığının baş verməsi səbəblərini sosioloqlar “qısqanclıq, valideyn etinasızlığı, sosial-iqtisadi problemlər”, psixoloqlar insanlarda “psixoloji pozuntuların yaşanması”, həkimlər isə “narkotik və alkoqol” kimi vasitələrin insan həyatına daxil olması ilə əlaqələndirirlər.
Bəzən məişət zorakılığı ilə üzləşən qadınlar hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinir və fikirləşirlər ki, camaat məni öz həyat yoldaşımdan şikayət etdiyim üçün qınayar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20DekDigər “ZƏHMƏT ÇƏKMƏYƏN RAHATLIĞIN QƏDRİNİ BİLMƏZ” üçün şərhlər bağlıdır
Həyatımızdakı bütün müvəffəqiyyətlər əməklə bağlıdır. Halal zəhməti ilə çörək qazanan şəxslər cəmiyyət içində üzüağ, alnıaçıq, nüfuzlu olurlar. Hər kəs əməyi ilə bu həyatda mövqe tutur. Lakin zəhmət dedikdə tək fiziki işdən yox, həm də zehni işdən söhbət gedir. Necə deyərlər: “Adam ağır zəhmətlə alim olur”. Hansı sahəni fərqi yoxdur, özünə peşə seçən zaman gərək ona qarşı səndə maraq ola. Bir sözlə, arzuladığın deyil, bacardığın işlə məşğul ol. Valideynlərin təkidi ilə seçim edənlər, bu sənətdə yarımçıq qala bilərlər. Bir məşhur aforizm var: “O xalq xoşbəxt xalqdır ki, hər kəs öz bacardığı işlə məşğuldur”. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi: “Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan”. Əlbəttə, sənətin pisi yoxdur. Belə bir atalar sözü var: “Sənətkar günortaya qədər ac qalar”. Bu sözlərin dərin mənası var. Hər bir müəllimin, valideynin borcu gənc nəsldə əməyə məhəbbət oyatmaqdan, çalışmaqdan, yorulmamağa və mübariz olmağa alışdırmaqdan ibarət olmalıdır. İnsan var ki, özünə əziyyət vermək istəmir. Lakin unutmaq lazım deyil ki, zəhmətlə qazanılan hər bir şey dəyərli, əməksiz başa gələn isə qiymətsiz olur və tez itirilir. Ölkəmiz daim əməksevər, bacarıqlı oğul və qızları ilə tanınıb. Daha ətraflı »
Teqlər: Digər
-
20DekDigər Qarabağ müharibəsi veteranı üçün şərhlər bağlıdır
BİR ATANIN ARZUSU
İltifat Məmmədov Qaradağlı kəndində yaşayır. Qarabağ müharibəsi veteranıdır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ hadisələri tüğyan edən vaxt İltifat həqiqi hərbi xidmətə çağrılıb. O, “Tərtər Özünümüdafiə Batalonu”nda xidmət edib. Keçdiyi döyüş yolundan danışması üçün onu redaksiyaya dəvət etdik.
Elə ilk söhbətindən müharibənin ona vurduğu zərbənin təsirini hiss etdim.. Danışarkən xeyli əziyyət çəkirdi. Fikirlərini çətinliklə olsa da mənə çatdırırdı. Bildirdi ki, bu cür vəziyyətə qalmasının səbəbi Madagiz uğrunda gedən döyüşdə yanına mərmi düşməsi olub. O zaman başının arxasından ağır zərbə alıb. Hətta bir neçə gün özünü bilməyib. Sağaldıqdan sonra yenidən batalyona qayıdaraq torpaqlarımızın müdafiəsi uğrunda mübarizəni davam etirib.
İltifat bildirdi ki, 1992-ci ildən 1996-ci ilə kimi “Tərtər Özünümüdafiə Batalyonu”nun tərkibində Ağdərə ətrafı kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib.
Ani olaraq fikrə getdi və özünü toplayaraq sözə başladı: Daha ətraflı »Teqlər: Digər
-
20DekSəhiyyə MÖVSÜMİ XƏSTƏLİKLƏR üçün şərhlər bağlıdır
Həkim məsləhəti
Bildiyimiz kimi ilin 4 fəsli var: Yaz, yay, payız, qış. Mən bu fəsillərdə baş verən mövsümi xəstəliklərdən sizə az da olsa məlumat vermək istərdim.
Yazın gəlişi ilə müxtəlif xəstəliklər özünü biruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağır keçir. Belə ki, qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə öz fəallığını daha da artırır. Nəticədə həmin şəxslərdə ilk baxışdan qripə bənzər xəstəliklər baş qaldırır. Xəstəliklərin ümumi əlamətləri temperatur, halsızlıq və bədənin müxtəlif orqanlarında ağrılarla müşahidə olunsa da, əslində diqqətli olmaq lazımdır. Çünkü bu əlamətlər başqa bir xəstəliyin carçısı da ola bilər. Bu kimi önəmli əlamətlər lazımı diqqət yetirilmədiyi hallarda sonradan ciddi problemlər yarada bilər.
Yay fəslində ən çox yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bu infeksiyalar yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsi ilə keçə bilər. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Mədə-bağırsaq xəstəlikləri zamanı ishal, yüksək tempe-ratur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşayiət olunur. Daha ətraflı »Teqlər: Səhiyyə
-
20DekSəhiyyə GAVALININ XEYRİ üçün şərhlər bağlıdır
Gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 qram gavalını 0,7 litr suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edilir. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızıl gül ləcəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır. İbn Sina qeyd edir ki, gavalı əzilib, dəri üzərindəki yara və dəmrova çəkilsə, fayda vermiş olar. Gavalı yarpaqlarının həlimi ilə ağızı yaxalasanız, boğazdakı iltihab dilçəyə və badamcığa gəlib çıxa bilməz. Gavalı kitrəsindən hazırlanan məlhəm gözün nurunu möhkəmlədir. Şirin gavalı ödü qovur. Gavalı kitrəsini su ilə qatıb içilsə, sidik kisəsindəki daşları parçalayır.
Teqlər: Səhiyyə
Yeni ismarıclar