Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Buruc kənd İƏD üzrə nümayəndəliyin Güləbatlı kəndində olub.
Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Asif Alıkişiyev, Rafiq Sarıyev, Nüşabə Misirova və digərləri müxtəlif məsələlər barədə müraciətlər ediblər.
Olunan müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.
İcra başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.
Kənd sakinləri əhalinin maddirifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
* * *
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qazyan kəndində keçirildi.
“Yeni Tərtər”