Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Yeni Tərtər” qəzeti redaksiyasında da tədbir keçirilib. Qəzetin baş redaktoru Tofiq Yusif bildirib ki, Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinədək olan 35 illik tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun misilsiz liderlik qabiliyyəti, yüksək intellekti və siyasi uzaqgörənliyi gənc Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək imkanı yaratmış və ölkəmizi qüdrətli dünya dövlətləri ilə bir sıraya çıxarmışdır. Tofiq Yusif deyib:
    –Mənə ulu öndəri Tərtərdə görmək, onunla yanaşı addımlamaq və canlı, unudulmaz nitqini dinləmək nəsib olub. Bu görüşü həyatım boyu xatırlayıram. Heydər Əliyevlə eyni tarixi zamanda yaşayıb işlədiyimə görə qürur hissi keçirirəm. Ümummilli liderin həyatının hər bir mərhələsini dərindən öyrənmək və gənc nəslə çatdırmaq vacibdir. Rayon qəzetinin əməkdaşları kimi bunu həmişə diqqətimizdə saxlayırıq.
    Baş redaktorun müavini Svetlana Bağırova deyib:
    –İllər bir-birini əvəz edəcək, ancaq xalqımız Heydər Əliyevi heç zaman unutmayacaq. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıtması nəticəsində respublikada radikal islahatlar keçirildi. Vətəndaş müharibəsi aradan qaldırıldı. Ölkədə sabitlik və əmin-amanlıq yarandı.
    Qəzetin əməkdaşı Elfuzə Vəliyeva Heydər Əliyevin ölkədə qadın probleminin həlli istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycanda qadınların sosial, siyasi, iqtisadi və mədəni həyatında artan rolu ümummilli liderin bu sahədə həyata keçirdiyi tədbirlərlə bağlıdır.
    Qəzetin əməkdaşlarından Kənan Hüseynzadə, Nigar Əmrahova və Yemən Bəhmənli də çıxış edərək ümummilli liderin həyat və fəaliyyətindən söz açdılar.
    Sonda baş redaktor Tofiq Yusif bir daha gənclərə ulu öndərin həyatını dərindən öyrənməyi tövsiyə edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:57

    Teqlər:

İsmarıclar bağlıdır.