Bu gün fikrim də, qələmim də şəhid oğullarımızdan biri–Milli Qəhrəmanlarımız Elman Hüseynov və Vəzir Orucovla çiyin-çiyinə, eyni səngərlərdə döyüşən, eyni barıt qoxusuna bələnən, nəhayətdə vuruşduğu torpaq tərəfindən altında gizlədilən, igidliyi, döyüş yoldaşları demişkən, Milli Qəhrəmanlığa layiq olan, 10 aydan sonra nəşi döyüş meydanından gətirilərək Tərtər şəhər qəbristanlığında dəfn olunan İnqilab Ağayev haqqında köklənib. O, Tərtərin övladı, Tərtərin yetirməsi idi.
Son günlərdə sosial şəbəkədə şəkli və döyüş sücaətlərini əks etdirən video çarxların paylaşılması onun haqqında yazmağıma daha səbəb oldu. Barəsində döyüş yoldaşlarının fikirləri marağımı bir qədər də artırdı. Öyrəndim ki, 1991-ci ildə “Tərtər Özünümüdafiə Batalyonu” yaradılanda batalyonun tərkibinə könüllü daxil edilənlərdən olub. Mərd, cəsur, qorxubilməz bir döyüşçü hesab olunurdu. Ağdərəətrafı döyüşlərdə iştirak edərək fədakarlıq göstərmişdi. 1992-ci ilin iyul ayının 21-də Marquşavan kəndinin alınması uğrunda gedən döyüşdə ağır yaralanmışdı. Daha ətraflı »
-
30NoyDigər ƏBƏDİ HƏYAT üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
30NoyDigər FENOMEN İNSAN üçün şərhlər bağlıdır
Hər dəfə rayonumuzun ahıllarından, işıqlı insanlarından yazmaq istəyəndə yadıma ilk düşən Rauf Həsənzadə olur. Az adam tapılar ki, onu tanımasın, haqqında söz düşəndə deməsin–hərbi zavodun keçmiş direktoru, çox bacarıqlı, tələbkar, həm də savadlı bir insandır. Mən isə onunla görüşümdən sonra deyirəm ki, Rauf müəllim bütün deyilənlərlə yanaşı, gözəl tarixçi, təbib, ələlxüsus, fenomen yaddaşlı bir ziyalıdır. Onunla söhbətdən insan yorulmur, əksinə, marağı artır. Yaşadığı evdə bir dünya yerləşib. Bu dünyanın yaradıcısı da elə Rauf Həsənzadə özüdür.
1970-80-illərdə rayonun əksər gəncləri Mirbəşir Elektro-mexanika Zavodunda ilk fəaliyyətə başlayırdı. Buradakı əmək intizamı, kollektivin mehribançılığı və işgüzarlığı dildən-dilə gəzirdi. Tərtərli hər bir valideyn öz övladının bu zavodda işə düzəlməsinə çalışırdı. Buradakı nizam-intizamı zavodda məhz ona rəhbərlik edən Rauf Həsənzadə yaratmışdı. Səkkiz yüzdən artıq işçisi olan zavod nəinki Azərbaycanda, ölkənin hüdudlarından kənarda da istehsalçı müəssisə kimi şöhrət qazanmışdı. Daha ətraflı »Teqlər: Digər
-
30NoyDigər MÜHARİBƏ ƏLİLİNİN ARZULARI üçün şərhlər bağlıdır
Zabit Əliyev 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, Evoğlu kəndində anadan olsa da, gənclik illərindən Tərtər şəhərində əmək fəaliyyətinə başlayıb, burada yaşayıb.1978-ci ildən rayon rabitə qovşağında montyor kimi fəaliyyət göstərib. 1980-ci ildə hərbi xidmətə çağırılıb. 2 il əsgəri borcunu yerinə yetirdikdən sonra yenidən çalışdığı kollektivə qayıdıb.
Ölkəmizdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan zamanda Zabit də vətənin sərhədlərinin müdafiəsinə qoşuldu. Özünümüdafiə dəstəsinə yazıldı. Ağdərə uğrunda gedən döyüşlərdə rayonumuzun qəhrəman oğulları ilə bərabər torpaqlarımızın müdafiəsində mərdliklə vuruşdu. 1993-cü il iyun ayının 26-da kürəyindən qəlpə yarası aldı. Yevlax şəhərində qospitalda 3 ay müalicə olundu. Sağaldıqdan sonra yenidən hərbi hissəyə qayıtdı.
O illər ölkəmizin və eləcə də rayonumuzun tarixində qanlı savaş illəri kimi qalıb. Bu illərdə torpaqlarımız düşmən əsarətinə keçib, igid oğul və qızlarımız şəhidlik zirvəsinə ucalıb, neçə-neçə vətəndaşımız düşmən gülləsinə tuş gələrək ömürlük əlil olub. Daha ətraflı »Teqlər: Digər
-
30NoyMilli-mənəvi dəyərlər BİZ HARA GEDİRİK? üçün şərhlər bağlıdır
Yazıma heç bir giriş vermək istəmirəm.
Bu yaxınlarda xəbər saytlarının birində belə bir xəbər oxudum: 34 yaşlı bir bəy qadın götürüb otelə gedir, oteldən çıxanda həyat yoldaşını otelin dəhlizində ərəblərlə görür. Ayağımın altından yer qaçır. Bu xəbəri oxuyanda bir qadın kimi xəcalət çəkdim. Fikirləşdim: “Elə kişinin belə də arvadı olar”.
Yaxın keçmişdə hər bir bölgədə barmaq sayı ilə sayıla biləcək əxlaqsız insanlar var idi. Niyə? Çünki ictimai qınaqdan qorxurdular. Bəs indi? “Anam deyil, bacım deyil, mənə nə?”, deyənlər çoxalıb.
Güya Avropalaşmaq, süni intellektual səviyyə yaratmaq yolu ilə hara gedirik?! İnteqrasiyadan lazım olanı deyil, lazım ol-mayanları götürə-götürə ailələrin təməli sarsılır, təmiz hisslərə kölgə düşür, nikahlar pozulur.
Hansı xəbər saytını açırsan, görürsən ki, qardaş bacıya, ata qıza, qohum-əqraba biri-birilərinə qarşı elədikləri əxlaqsız hərəkətlər baş alıb gedir. Az qala bakirəlik lağa qoyulur. Əvvəllər ürəyindən nəsə keçənlər ictimai qınaqdan çəkinib hisslərini özlərinə belə etiraf etməkdən utanırdılar, çünki buna şərait yox idi. İndi isə internet, mobil telefonlar hər şeyi adiləşdirib. Həyat yoldaşı çörək pulu qazanmaq üçün evdən çıxır, qadını isə müxtəlif internet səhifələrində “ov” axtarır, pullu sevgili sorağına düşür. Daha ətraflı »Teqlər: Digər, Milli-mənəvi dəyərlər
-
21NoyDigər üçün şərhlər bağlıdır
Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
21NoyXəbərlər DÖVLƏT BAYRAĞINA OLAN SEVGİ VƏ EHTİRAM üçün şərhlər bağlıdır
Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.Tərtər Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə minlərlə insan–hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
21NoyXəbərlər TUR–AKSİYA BAŞLANDI üçün şərhlər bağlıdır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarını daha yaxından tanıyacaqlar.
Şagirdlər əvvəlcə Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Məktəblilərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən və dövlət başçısının onlara göstərdiyi qayğıdan danışdı. Bildirdi ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır.
Tərtər məktəblilərinin yolasalma mərasimi rayonun mərkəzi meydanında keçirilidi.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
21NoyXəbərlər KONSTİTUSİYA GÜNÜ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu–Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığından, həmin dövrün tarixi zərurətlərindən danışdı.
Tədbirdə çıxış edən rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, mərkəzi xəstəxananın baş həkiminin müavini Mətanət Hüseynzadə, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Səfərova Konstitusiyamızda insanların hüquq və azadlıqlarının qorunması, əhalinin sosial təminatı, hər kəsin azad yaşaması və sair vacib sahələrin təsbit olunduğunu bildirdilər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
21NoyDigər AZƏRBAYCANIN SİYASİ SİMVOLU üçün şərhlər bağlıdır
26 ildir ki, Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyası respublikamızın hakim partiyası statusunu ləyaqətlə daşıyır. Amalını və məqsədini xalqa xitmətdə görən, daim dövlətimizin maraqlarının müdafiəsində dayanan bu partiyanın yaranması tarixi zərurət idi. Belə kı, 1990-cı illərin əvvəllərində bir sıra siyasi partiyalar yaransa da, bunların heç biri ölkəni düşdüyü ağır böhran vəziyyətdən çıxarmaq iqtidarında deyidi. Belə vəziyyət Azərbaycanın görkəmli ziyalılarını çox narahat edirdi. Məhz ona görə də ölkənin taleyini düşünən insanlar yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqımızın böyük oğlu Heydər Əliyevin ətrafında birləşdilər.
Beləliklə də xalq tərəfindən Heydər Əliyevin partiyası kimi qəbul edilən Yeni Azərbaycan Partiyasi yarandı.
Getdikcə YAP-ın sıralarına daxil olanların sayı artmağa başladı və o, ümum-xalq partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi,” Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu təsdiq etdi. Yeni Azərbaycan Partiyasının sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir. Azərbaycan yüksəlir, inkişaf edir”. Daha ətraflı »Teqlər: Digər
-
21NoyTərtər RİH-də POLADLI KƏNDİNDƏ SƏYYAR QƏBUL–GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Mamırlı kənd İƏD üzrə nümayəndəliyin Poladlı kəndində olub.
Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə əvəzi Şahid Məmmədov kəndin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonra sakinlərdən Asif Abbasov, Emin Allahverdiyev, Səfər Salahov və Savalan Məmmədov müxtəlif məsələlər barədə müraciətlər ediblər.
Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar