Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarını daha yaxından tanıyacaqlar.
Şagirdlər əvvəlcə Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Məktəblilərlə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən və dövlət başçısının onlara göstərdiyi qayğıdan danışdı. Bildirdi ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır.
Tərtər məktəblilərinin yolasalma mərasimi rayonun mərkəzi meydanında keçirilidi.
“Yeni Tərtər”