30Noy
Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da daetirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
30Noy
Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Rayon Gənclər Mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
30Noy
Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonumuzda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları rayon rəhbəri ilə birlikdə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ədliyyə orqanlarının yaradılmasının 100 illik yubileyi və peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan ətraflı danışıb.
Tədbirdə Tərtər rayon Məhkəməsinin sədri Nadir Əsgərov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şö-bəsinin rəisi Ülvü Kazımov, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev çıxış edərək, ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırıblar, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından söz açıblar.
Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
30Noy
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.
Bu günlərdə səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Goranboy və Ağdam rayon sakinlərini qəbul edib.
Qəbulda ümumilikdə 12 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.
“Yeni Tərtər” Daha ətraflı »
Teqlər: Xəbərlər
30Noy
Hər xalqın öz milli-mənəvi dəyərləri olduğu kimi mənim millətimin də vətəni, dili, mədəniyyəti var. Respublikamızın dövlət dili Azərbaycan dilidir.
Biz körpəlikdən qocalanadək bu dili eşidə-eşidə yaşayırıq. Dil ilə insanlar bir-biri ilə ünsiyyət bağlayır, qəlbindəki sözləri bir-birinə çatdıra bilirlər.
Vətənə, xalqa, anaya, dilimizə məhəbbət bu dili oxuyub-yazmağı bacardıqdan sonra daha da güclənir.
Hal-hazırda müstəqil dövlətimiz, ordumuz, hakimiyyət orqanlarımız, pulumuz var. Başqa ölkələr bizimlə ticarət əlaqələri, mədəni əlaqələr saxlayırlar.
Dünyadakı 50 milyon azərbaycanlının 10 milyona yaxını doğma ölkəmizdə yaşayır. Mühacirətdə olan həmvətənlərimiz qürbətdə yaşasalar da, dilini və adətlərini unutmurlar, xalqımızı və dilimizi layiqincə təmsil edirlər. Erməni quldurlarının başımıza açdığı oyunları, torpaqlarımızın 20%-indən çoxunu işğal etdiklərini dünya ictimaiyyətinə çatdırırlar. Bütün bunların hamısı xalqımızın öz vətəninə, həmçinin öz dilinə sevgisindən, məhəbbətindən irəli gəlir. Millətimizin qərib ölkədə olan bir çox övladları xaricdə doğulsalar da, doğma dilimizdə danışır və anadilli elm ocaqlarında təhsil alırlar.
Mənim xalqım doğma, şirin ana dilini heç vaxt unutmur və unutmayacaq da! Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
30Noy
Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün də qətiyyətlə həyata keçirilir. Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir.
Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsi, savadlanması, elmi inkişaflarının artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan dövlətinin gənclər siyasətində gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi məsələlərinin önə çəkilməsi gəncləri müəllim işləməyə həvəsləndirir. Hazırda respublikanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu həyata keçirilir.
Daha ətraflı »
Teqlər: Təhsil
30Noy
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.
Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şö-bəsinin məsul işçiləri və valideynlər qarşılayıblar.
Məktəblilər səfər etdikləri rayonlarda sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar.
Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Tur-aksiyadan geri dönən məktəblilər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında, “Marağa-150” abidəsi ətrafında ağac əkiblər.
“Yeni Tərtər”
Teqlər: Təhsil
30Noy
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-(AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. Carı il üçün layihə 10 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.
Layihə üzrə növbəti seminar Tərtər rayonunda təşkil edildi.
Seminarı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rahil Süleymanzadə açaraq layihənin əhəmiyyətindən bəhs etdi.
Seminarlar zamanı bəzi iştirakçılara hüquqi məsləhətlər verildi.
“Yeni Tərtər”
Teqlər: Milli-mənəvi dəyərlər
30Noy
Demokratik cəmiyyəti səciyyələndirən başlıca cəhətlərdən biri ölkədə söz və mətbuat azadlığının olmasıdır. Bu baxımdan Azərbaycan dünyanın ən sivil dövlətlərı ilə bir sıradadır. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə hələ 1998-ci ildə ölkəmizdə mətbuat üzərindən senzura götürüldü. Hər bir mətbu orqana, o cümlədən indi sayı-hesabı olmayan elektron media təmsilcilərinə öz fikirlərini açıq şəkildə ifadə etmək imkanı yaradıldı.
Bununla bərabər jurnalistlər cəmiyyətdə qayğı və hörmətlə əhatə olundular. Ümummilli liderimiz qələm sahiblərinin işini yüksək qiymətləndirir, onlara daim diqqət və qayğı göstərirdi.
Həmin siyasət indi Prezident İlham Əliyev tərəfindən davam etdirilir Dövlət ehtiyacı olan media təmsilçilərini pulsuz evlərlə təmin edir, hər kəs sərbəst şəkildə istədiyi qəzet və jurnalı çap elətdirir, istədiyi saytı yaradır. Daha ətraflı »
Teqlər: Digər
30Noy
TƏHLÜKƏLİ ZİYARƏT
YURD HƏSRƏTİ
Erməni quldurları izimizə düşmüşdülər. Onları azdırmaq üçün gah qayaların arxasında, gah kol-kosun içində, gah da meşədə gizlənir, əksərən alatoranlıqda və qaranlıqda dağ cığırları, çay yataqları, dərələrlə irəliləyir, heç nə hiss etdirməməyə çalışırdıq. Ələ keçsək, başımıza hansı müsibətlərin gələcəyini, hansı əzablara düçar olacağımızı bilirdik. Çünki bu murdar xislətli millətin vəhşiliyinə zaman-zaman bələd olmuşuq. Türk xalqının ermənidən böyük düşməni yoxdur. Bu kin, bu küdurət onlarda hardandır, necə yaranıb?! Dünyaya elə bil türkün qanını içmək üçün gəliblər. Nə zəlilər belə ola bilər, nə vəhşi heyvanlar, nə də vampirlər.
…Kol-kosa ilişdiyimizdən əynimizdəki paltarlar cırıq-cırıq olmuşdu. Ayaqqabılarımızı daş parçaları tikə-tikə etmişdi. Yalın ayaqlarımız qançır olmuşdu, yaralardan qan axırdı. Nəfəsimiz kəsilmişdi, yeriməyə taqətimiz qalmamışdı. Bir yandan da aclıq bizə əzab verirdi.
Amma neyləyə bilərdik?!. Bu yırtıcı, qəddar ermənilərin əllərinə keçsəydik, cəhənnəm əzabını yaşadardılar bizə, qol-bud edərdilər, diri-diri gözlərimizi çıxarardılar, əzalarımızı doğrayardılar, sümüklərimizi quru budaq kimi şaqqıltıyla sındırardılar. Belə ağır işgəncələri isə kim yaşamaq istərdi ki?! Bu zülümlərin yanında ölüm bir kişi işidir! Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar