Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Noy

    Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.Tərtər Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə minlərlə insan–hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib.
    Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev çıxış edərək, milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
    Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər. Tədbir konsert proqramı ilə davam edib.
    Dövlət Bayrağı Günü münasibətilə Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib. “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında 1200 ədəd Eldar şamı əkilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:45

    Teqlər:

İsmarıclar bağlıdır.