20Sen
2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
20Sen
Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icra vəziyyəti müzakirə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, mexanizatorların, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, bu il rayon ərazisində 3300 hektarda çiyid səpini həyata keçirilib. Sahələrdə aparılan düzgün aqrotexniki tədbirlər nəticəsində yaxşı bitiş alınıb. Tarlalarda kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işləri, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri vaxtlı-vaxtında həyata keçirilib. Hazırda pambıq tarlalarında defolyasiya işləri aparılır, məhsul yığımına hazırlıq görülür. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Sen
Cəbhə bölgəsi olan Tərtər rayonunda da yeni dərs ili başlandı. Bu münasibətlə rayonun bütün məktəblərində tədbirlər təşkil olundu. Rayonun məsul vəzifəli şəxsləri, mətbuat işçiləri, valideynlər və sıravi vətəndaşlar “Bilik günü” ilə bağlı keçirilən bu təntənəli mərasimlərdə iştirak edirdilər. Hamı yeni dərs ilinin başlaması münasibəti ilə müəllim və şagird kollektivlərini, həmçinin valideynləri, ələlxüsus birinci sinifə yenicə qədəm qoyan uşaqları ürəkdən təbrik edib, sevinclərini onlarla bölüşür, təhsildə uğurlar arzulayırdı.
Şənliklərdə qeyd olundu ki, 2018-2019-cu tədris ilində rayonumuzda cəmi 47 ümumtəhsil məktəbi fəaliyyət göstərəcək. Həmin məktəblərdə 10 min 300 nəfərdən çox şagirdin təlim-tərbiyəsi ilə 1300 nəfərdən çox müəllimin məşğul olacağı nəzərdə tutulub.
Yeni dərs ilində birinci siniflərdə 930 nəfər şagird oxuyacaqdır.
O da qeyd olundu ki, Tərtər rayonunda təhsilin səviyyəsi ilbəil artır, məktəblərin maddi-texniki bazası daha da möhkəmlənir. Bunun nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali, 106 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri isə 500-dən yuxarı bal toplayıbdır. Daha ətraflı »
Teqlər: Təhsil
20Sen
MÜRACİƏTLƏR DİQQƏTLƏ DİNLƏNİLDİ
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Cəmilli kəndində olub.
Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov kəndin sosial-iqtisadi vəziyyəti, əhalisinin məşğuliyyəti və görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Əfsəl Binnətov, Məhəmməd Abdullayev, Famil Məmmədov, Rəşid Sultanov məktəbin əsaslı təmir olunması, kənddə körpələr evi-uşaq bağçasının açılması, suvarma suyu üçün əlavə subartezian quyusunun qazılması və digər məsələlər barədə müraciət etdilər. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
20Sen
Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonumuzun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
Görüşü giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açdı.
Bildirildi ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 43 nəfər müəllim qəbul edilib. Yeni işə qəbul edilmiş müəllimlərin 33-ü qadın, 10-u isə kişidir. Daha ətraflı »
Teqlər: Təhsil
20Sen
Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayıdır. İslamdan əvvəl məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi.
Məhərrəm ayının İslamdakı rolu və əhəmiyyəti hicri 61-ci ildə (Miladi tarixlə 639-cu il) Kərbəla çölündə baş vermiş misli görünməyən faciə ilə yadda qalıb. Bələ ki, Yer üzündə Xeyirlə Şərin mübarizəsi hər zaman davam edir. Biri Haqq uğrunda çalışır, digəri isə fitnə-fəsad törədir. Bunun nəticəsində isə tarixin səhifələrindən heç vaxt silinməyəcək insanlar yaddaşlara əbədi həkk olunur. Onlardan biri Məhəmməd Peyğəmbərin (s.ə.s.) sevimli nəvəsi İmam Hüseyndir (ə). Milyonlarla insan İmam Hüseynin faciəvi ölümünü hər il anır, matəm saxlayıb şənliklərdən uzaqlaşır. Səbəb isə onun fədakarlığı, haqq işi uğrunda yolundan dönməməsidir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
20Sen
SÜLH İNKİŞAFIN ƏSAS TƏMƏLİDİR
Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır–Sülh! Sülh–əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülh–azadlıq, bərabərlik və ədalətdir. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sabit şəraitdə yaşamalı olan insanlar bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.
1981-ci il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 36-cı sessiyasında sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan olunmuşdur. Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Daha ətraflı »
Teqlər: Digər
20Sen
TAXILÇILIQ
Bu il rayonumuzun təsərrüfatlarında fermerlərimiz becərdikləri 7545,6 hektar taxıl sahələrindən 30 min 984,4 ton buğda və 13 min 190,8 ton arpa məhsulu istehsal etmişlər. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41,1 sentner, arpa üzrə 32,9 sentner olmuşdur. 2017-ci ilə nisbətən buğda üzrə məhsuldarlıq 2,8 sentner, arpa üzrə isə 1,5 sentner artmışdır.
Bu işdə bir sıra fermerlərin göstəriciləri daha yüksəkdir. “Nicat” fermer təsərrüfatı MMC-də, “Xəyyam sarısünbül” MMC-də də və “Tərtər” MMC-də hər hektardan 50 sentner, “Eksperimental cins damazlıq” MMC-də və “Sultanbud” MMC-də 47,5 sentner, “Kəmalə” kəndli fermer təsərrüfatı MMC-də 45 sentner məhsul götürülmüşdür.
Teqlər: Kənd Təsərufatı
20Sen
YIĞIMA BAŞLANIB
Ölkə Prezidentinin tövsiyələrinə əsasən son zamanlar respublikamızda şəkər çuğunduru sahələrinin genişləndirilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib.
Son vaxtlar rayonumuzun təsərrüfatlarında fermerlər İmişli Şəkər Zavodu ilə müqavilə bağlayıb, onun istehsalına xüsusi diqqət yetirirlər. Zavodla bağlanmış müqavilənin şərtlərinə əsasən torpağın şumlanması, şum altına kübrə verilməsi, toxumun çatdırılması, səpin işləri, kultivasiya çəkilişi, ziyanvericilərə qarşı bitkilərin dərmanlanması, becərmə vaxtı hektara əvəzsiz olaraq 100 manat pul verilməsi, əkilən sahələrin hamısının sığorta olunması, sığorta pulunun 50 faizinin ödənilməsi və hazır məhsulun sahədən daşınması işlərini şirkət öz üzərinə götürür. Bütün bunların nətiçəsidir ki, fermerlər bu sahəyə daha çox meyl göstərirlər. Bu il rayonumuzun təsərrüfatlarında 859 hektar sahədə şəkər çuğunduru becərilib. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
20Sen
Bu il 5 qutu ipəkqurdu toxumu götürüb becərdik. Bu işdə yaxşı təcrübəsi olan kümçülərdən Kəmallədin Heydərov və Nazilə Mustafayeva daha yaxşı nəticələr göstərdilər. İpəkqurdlarına lazımi qaydada qulluq etdiyimiz üçün çəkdiyimiz zəhmət bəhrəsini verdi. Şəki İpək Kombinatına nəzərdə tutulan 200 kiloqram əvəzinə 241 kiloqram keyfiyyətli barama təhvil verdik. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar