28Sen
TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU SARSILMAZDIR
Düz 100 il əvvəl – 1918-ci ilin sentyabr ayında Bakı şəhəri tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram etmişdi. Bir əsrdən sonra həmin gün yenidən təkrarlandı. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr edilən parad Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz birliyinin nümayişinə çevrildi.
Bu münasibətlə keçirilən paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”. Daha ətraflı »
Teqlər: Digər
28Sen
Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi. Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev milli parlamentimizin bir əsrlik yubileyinə toplaşmış 44 xarici ölkənin nümayəndə heyətini, 10-a yaxın beynəlxalq təşkilatın və ölkəmizdəki diplomatik korpusların təmsilçilərini salamladı. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Sen
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğuliyyəti və görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Solmaz Həsənova, Məhəmməd Əsgərov, Sevil Sadıqova, Rahilə Mahmudova və Həyat Salahova əsasən elektrik təsərrüfatının yenidən qurulması, subartezian quyusunun qazılması, kənd yolunun əsaslı təmiri, məktəbin qazanxanasına qaz çəkilməsi, qəzalı vəziyyətdə olan telefon xətlərinin dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciət ediblər. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də, Xəbərlər
28Sen
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Cümhuriyyət tariximiz, qürurumuzdur” mövzusunda tədbir keçirilib.Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxıb. Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirib. Diqqətə çatdırılıb ki, 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin başa çatdıra bilmədiyi ideyaları 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikası gerçəkləşdirdi. Azərbaycan Respublikası hazırda Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.
Tədbirin sonunda “ARB Aran” studiyasının istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filimi nümayiş olunub.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
28Sen
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Musiqi Günü münasibəti ilə “Musiqimiz –milli ruhumuz” mövzusunda tədbir keçirilib. Tədbiri şəhər uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov açaraq, rayonun istedadlı gəncləri barədə məlumat verib.
Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət dövrü musiqisi” mövzusunda mühazirəsi dinlənilib. Fondun baş məsləhətçisi Nüşabə Hüseynova da çıxış edərək, Bilik Fondunun maarifləndirici layihələrindən söz açıb, “Mədəni maarifləndirmə” proqramı əsasında görülən işlər barədə məlumat verib. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Sen
Tərtərlilərin sevimli istirahət guşəsi olan “Heydər Parkı”nda yenidənqurma, təmir və bərpa işləri aparılıb. Belə ki, burada 5 min kv.m sahənin köhnə döşənmə daş örtüyü yenisi ilə əvəz olunub, 1400 m məsafədə səki daşları düzülüb. Həmçinin parkın yaşıllıq zolaqları təzələnib. İndi çoxillik ağacların ətrafındakı yaşıl örtük öz gözəlliyi ilə göz oxşayır.
Sakinlərin istirahətinin nümunəvi təşkili məqsədilə buradakı köhnəlmiş oturacaqlar yeniləri ilə əvəz olunub, hovuzlar təmizlənib və təmir edilib. Yeni işıqlandırma sistemi axşamlar bu məkanı da-ha da füsunkar edir. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Sen
Bu günlərdə yenə də döyüş bölgəsi olan Tərtər rayonunda olduq. Rayonda xoş ab-hava hökm sürürdü.
Bu dəfə “Yeni Tərtər” qəzetinin qonağı olduq. Qəzetin baş redaktoru, şair-publisist Tofiq Yusif bizi gülərüzlə qarşıladı. Tofiq müəllimə Tərtərin keçmişi, bu günü və baş redaktoru olduğu qəzetlə bağlı suallarla müraciət etdik.
Əvvəlcə Tofiq müəllim qeyd etdi ki, artıq 14 ildir “Yeni Tərtər”in baş redaktorudur. Sonra o, ağrılıacılı günlərdən söz açdl: ”Hələ Qarabağ savaşının qızğın vaxtı redaksiyanı ermənilərin atdığı mərmi dağıtmışdı. Elə bu və digər səbəblərdən qəzetin fəaliyyəti 7 il dayandı. Yəni 1998-ci ildən 2005-ci ilə qədər qəzet fəaliyyət göstərmədi. Həm də o vaxtkı rayon rəhbərliyinin laqeyidliyinin ucbatından qəzetin fəaliyyəti bu qədər də ləngidi”.
O daha sonra dedi: “Biz işə başlayanda binamız belə yox idi. Avadanlıqdan isə söz açmağa dəyməzdi. Mən o zaman bələdiyyədə çalışırdım. Daha ətraflı »
Teqlər: Digər
28Sen
Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili onun qürur mənbəyidir.
Azərbaycan xalqı zaman-zaman represiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlamışdır: Xalqın alov dilli şairi Xəlil Rza Ulutürk böyük qürur hissi ilə söyləyib.
Yaddan çıxmaz ana dilim,
Doğransam da dilim-dilim…
Bəli, bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər.
Dilimiz milli sərvətimizdir. Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Ancaq dili yalnız proqram çərçivəsində tədris etməklə kifayətlənmək olmaz. Ana dilimizi tədris edən müəllim əlisilahlı əsgər kimi onun keşiyini çəkməli və dilimizi sevdirməyi bacarmalıdır. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28Sen
Sözün həqiqi mənasında hər sahədə azadlıq və sərbəstlik çox gözəl şeydir. Ölkələrin, xalqların, millətlərin, cəmiyyətlərin bir sözlə, insanın azadlığını heç nə ilə əvəzləmək olmaz. Zaman-zaman azadlıq uğrunda mübarizələr, müharibələr aparılıb, minlərlə, milyonlarla şəhidlər verilib, könüllü qurban gedənlər olub və bu ənənə indi də davam edir.
Azadlıqların içində ən mühüm olanlardan biri də söz, fikir azadlığıdır. Belə şəraitdə cəmiyyətin azadlığı təmin olunur və inkişaf hər yerdə öz inikasını tapır, tənqid və özünütənqid ruhu güclənir, ictimai rəy saflaşır və böyük təsir gücünə malik olur.
Çatışmazlıqları və səhvləri açıq, qərəzsiz tənqid etmək yekunda ictimai mühitin saflaşmasına zəmin yaradır, neqativ halların aradan qaldırılması prosesi sürətlənir və beləliklə də insanın həyat tərzi yaxşılaşır. Daha ətraflı »
Teqlər: Digər
28Sen
“Qəhrəmanlıq məqsədə doğru gedərkən öz həyatını hesaba almayan insanın düşüncə tərzidir”. Demokrit
Tərtərlilər uzun illərdir ki, mərmi partlayışlarının səsi altında yaşayırlar. Artıq bir nəsil müharibə şəraitində doğulub, boya-başa çatıb. Onlarda vətənpərvərlik hissləri xüsusilə güclüdür. Çünki gözlərini dünyaya açandan erməni vəhşiliyini görüblər. Böyüklərin bu barədə söhbətlərini eşidiblər.
Hər birinin ürəyində intiqam hissi alovlanıb. Bu hiss bütün arzularını üstələyib. Belə gənclərdən biri də 1989-cu ildə Tərtərdə dünyaya göz açan İsgəndərov Nicat Bəhruz oğludur –bizim Aprel şəhidimiz, Lələtəpə fatehlərindən biri. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar