Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Musiqi Günü münasibəti ilə “Musiqimiz –milli ruhumuz” mövzusunda tədbir keçirilib. Tədbiri şəhər uşaq musiqi məktəbinin direktoru Mahir Qədimov açaraq, rayonun istedadlı gəncləri barədə məlumat verib.
    Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət dövrü musiqisi” mövzusunda mühazirəsi dinlənilib. Fondun baş məsləhətçisi Nüşabə Hüseynova da çıxış edərək, Bilik Fondunun maarifləndirici layihələrindən söz açıb, “Mədəni maarifləndirmə” proqramı əsasında görülən işlər barədə məlumat verib.
    ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyev “Xalq Cümhuriyyəti İli” çərçivə-sində ərsəyə gətirdikləri bədii və sənədli filmlər barədə danışıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:57

    Teqlər:

İsmarıclar bağlıdır.