Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen


    Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icra vəziyyəti müzakirə edilib.

    Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin, rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələrinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, mexanizatorların, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı istiqamətində rayonda görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, bu il rayon ərazisində 3300 hektarda çiyid səpini həyata keçirilib. Sahələrdə aparılan düzgün aqrotexniki tədbirlər nəticəsində yaxşı bitiş alınıb. Tarlalarda kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işləri, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri vaxtlı-vaxtında həyata keçirilib. Hazırda pambıq tarlalarında defolyasiya işləri aparılır, məhsul yığımına hazırlıq görülür.
    Texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Tarlaların vəziyyəti bu il də məhsulun bol olacağından xəbər verir.
    Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı–hədəflər və perspektivlər” mövzusunda çıxış edərək, nazirlik tərəfindən bu sahədə görülmüş işləri və qarşıda duran hədəfləri diqqətə çatdırıb.
    Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Bərdədə keçirilən müşavirədə məhsuldarlığın yüksəldilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaq və 500 min ton məhsul istehsalına nail olmaqdır.
    Müşavirədə nazirliyin Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdiri Rəfail Quliyev “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzularında çıxışlar ediblər.
    Müşavirədə qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
    Tədbir başa çatdıqdan sonra tədbir iştirakçıları pambıq tarlalarına baxış keçiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:49

    Teqlər:

İsmarıclar bağlıdır.