MÜRACİƏTLƏR DİQQƏTLƏ DİNLƏNİLDİ
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Cəmilli kəndində olub.
Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov kəndin sosial-iqtisadi vəziyyəti, əhalisinin məşğuliyyəti və görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Əfsəl Binnətov, Məhəmməd Abdullayev, Famil Məmmədov, Rəşid Sultanov məktəbin əsaslı təmir olunması, kənddə körpələr evi-uşaq bağçasının açılması, suvarma suyu üçün əlavə subartezian quyusunun qazılması və digər məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlərin həlli barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib, rayonda görülən işlərdən və qarşıya qoyulan hədəflərdən danışılıb.
* * *
Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azadqaraqoyunlu kəndində keçirilib.
“Yeni Tərtər”