Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti qəbul Bayandur kəndində oldu.
Əvvəlcə Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Şirin Məmmədov, Telman Məmmədov, Qəzənfər Baxışov, Güllü Şahbazova əsasən suvarma, elektrik təsərrüfatının yenidən qurulması və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək. Daha ətraflı »
-
20İylTərtər RİH-də BAYANDUR KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL–GÖRÜŞ OLDU üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
20İylXəbərlər UNICEF VƏ BAMF-ın NÜMAYƏNDƏ HEYƏTİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
BMT Uşaq Fondu (UNICEF) və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin yeni mərhələsi çərçivəsində Tərtər rayonuna növbəti səfərlərini ediblər.
Səfər çərçivəsində Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və UNICEF-in nümayəndəsi Edvard Carvardine Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Bildirilib ki, layihənin əsas məqsədi region gənclərini müasir dövrün çağırışları barədə maarifləndirmək, pis vərdişlərdən çəkindirmək və öz potensiallarından düzgün və məqsədyönlü şəkildə istifadə etmələrinə nail olmaqdır.
Görüşdə rayon rəhbəri cəmiyyətin və dövlətin inkişafında gənclərin oynadığı rol haqqında danışıb, bildirib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra nümayəndə heyəti Gənclər Mərkəzində Məşvərət Şurasının üzvləri ilə görüşüb, 3D film mərkəzində film izləyiblər.Teqlər: Xəbərlər
-
20İylXəbərlər ŞƏHƏRİMİZİN KÜÇƏLƏRİ ABADLAŞIR üçün şərhlər bağlıdır
RAZILIQ EDİRLƏR
Cəbhə bölgəsində qərar tutan Tərtərimizdə quruculuq, abadlıq işləri daim davam etdirilir. 42 saylı Yol İstismarı MMC-nin direktoru Ramil Bayramovla əlaqə saxladıq. O bildirdi ki, Nicat İsgəndərov, Mehdi Hüseynzadə və Nəriman Nərimanov küçələrində asfaltlanma işləri tam başa çatıb, hər üç küçədə yaşayış binlarının həyətlərinə də asfalt salınmışdır. Hal-hazırda “GES qəsəbəsi” adlanan ərazidə asfaltlanma işləri görülür. Burada da artıq işlər başa çatmaq üzrədir. Bundan sonra şəhərimizin Ədalət Paşayev və Vəzir Orucov küçələrinin asfaltlanması işlərinə başlayacağıq.
Görülən abadlıq işləri ilə bağlı elə biz özümüz də bu günlərdə həmin küçələrdə olduq, görülən işləri öz gözlərimizlə gördük.
Mehdi Hüseynzadə və Nəriman Nəri-manov küçələrində gecə işıqlandırılma-sının çəkilişi insanlarda böyük razılıq hissi yaradıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20İylDigər MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır
ÜÇ RƏFİQƏ–NİGAR, ŞƏHANƏ, AYSEL
Onlar kollektivin gənc üzvləridirlər. Həm də bu rəfiqələr yazılarımızın ilk oxucularıdır: Nigar, Şəhanə, Aysel.
Nigar baş redaktorun köməkçisi, Şəhanə ilə Aysel kompüterçi kimi çalışırlar. Hər üçü redaksiyanın bütün işlərini kompüterdə görmək bacarığına malikdirlər. Biri çətinə düşəndə, o biriləri köməyə çatır. Materialların çapdan çıxması, qəzetin səhifələnməsi, mühasibat sənədlərinin düzgün yazılması, “Yeni Tərtər” qəzetinin elektron saytının vaxtında və dəqiq işlənməsi, ümumiyyətlə redaksiyadakı bütün iş proseslərinin kompüter vasitəsi ilə görülməsi məhz bu rəfiqələrin zəhmətinin bəhrəsidir. Öhdələrinə düşən işi layiqincə görüb başa çatdırmayanadək kompüterlərdən ayrılmazlar. Baş redaktorun verdiyi bütün tapşırıqlar vaxtında yerinə yetirilir. Kollektivdə hər birinin xətir-hörməti və nüfuzu vardır. Biri işdə olmayanda digər ikisi səbr və təmkinlə yoldaşlarını əvəz edərlər ki, narahatçılıq yaranmasın. Onlar etibarlı rəfiqədirlər: Nigar, Şəhanə, Aysel. Daha ətraflı »Teqlər: Digər
-
20İylSosial Şəhərimizin gözəlliyi aktual məsələdir üçün şərhlər bağlıdır
YENİLƏŞƏN TƏRTƏRİMİZLƏ ÜZ-ÜZƏ, GÖZ-GÖZƏYƏM
Bu gün doğma şəhərim, hər daşı-divarı bir tarix danışan, qoynundakı sakinlərinə sədaqətlə qucaq açan, yaşı qədər sirli-sehirli, möcüzəli bir dünyası olan müstəqil məmləkətin gözəl guşələrindən biri–qürur yerimiz Tərtərimizlə üz-üzə, göz-gözəyəm. Gözlərim önündə fərqli, gündən-günə dəyişən, yeniləşən, abadlaşan, gözəlliyindən heyrətləndiyim bir şəhər canlanır. Gündüzləri cənnəti, gecələri ulduzlu göyün möcüzəli bir parçasını xatırladır. Sayrışan işıqlar ulduzlarla bəhcə girərək qaranlığın bağrını yarır, hər yanı nura qərq edir. Bu gözəlliklərdən göz doymur.
Etiraf etməliyik ki, Tərtərin hərtərəfli inkişafı gözlərimiz önündə davam edir. Şəhərin girəcəyindəki əzəmətli Bayraq meydanı gözəlliyin ən böyük nümunəsidir. Şəhərlə kəndləri birləşdirən geniş asfalt yollar, hər iki tərəfdən sıralanmış ağaclar, bəzək kolları, gül-çiçəklər rayonumuza xüsusi yaraşıq verir. Daha ətraflı »Teqlər: Sosial
-
20İylDigər Ağbirçəklərimiz üçün şərhlər bağlıdır
103 YAŞLI SARAN NƏNƏ
Bu dəfə sizi rayonumuzun Seydimli kəndində yaşayan 103 yaşlı Saran nənə ilə tanış edəcəyəm. Onun bir əsrdən çox yaşı olduğu barədə məlumatımız vardı. Seydimli kənd icra nümayəndəsi Nərmin Vəliyeva və kənd bələdiyyəsinin sədri Mədinə İmanova ilə zəngləsib, yaşlı nənə ilə görüşmək istədiyimizi bildirdik. Birlikdə nənənin evinə getdik. Həyətə çatanda məhlədə bir neçə adamın təsərrüfat işləri ilə məşğul olduğunu gördük. Mədinə xanım çevik, qıvraq addımlarla bizə doğru gələn qadını göstərib, dedi:
–Bax, bu da Saran nənə.
Onunla söhbət elədik. Öyrəndik ki, yaşından xeyli cavan görünən nənə 1915-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının Qaraiman kəndində anadan olub. Yetkinlik yaşına çatanda həmkəndlisi, kəndin sayılıb, seçilən cavanlarından olan Seyfəli Həsənovla ailə qurub. 1953-cü ildə növbəti dəfə mənfur ermənilərin məkrli siyasətinə dözməyib, Göyçə mahalından Tərtərin Seydimli kəndinə köçüblər. 7 övladları olub. 4 qız, 3 oğlan. Qızların 2-si dünyasını dəyişib. Daha ətraflı »Teqlər: Digər
-
20İylTəhsil DOĞMA İNSAN üçün şərhlər bağlıdır
Birinci dəfədir ki, məqaləmi bədbin notlar altında yazıram. Yazdıqca da qəlbim kövrəlir, göz yaşlarım sözümə baxmır. Çünki elə bir insan, elə bir müəllim haqqında yazıram ki, tarix bir kənd, bir el üçün belə şəxsləri çox nadir hallarda yetişdirir.
1954-cü ildə Tərtər rayonunun Evoğlu kəndində, sayılıb-seçilən, təhsilə önəm verən bir ailədə –Çərkəz kişinin ocağında dünyaya göz açmışdı Fiqurə müəllimə. Öz doğma kəndində orta məktəbə getmiş, oranı bitirmiş və ali məktəbə qəbul olmuşdur. Ali təhsilini əvvəlki APİ-nin kimya-biologiya fakültəsində almışdır. 1978-ci ildə oranı bitirib, kimya-biologiya müəllimi kimi fəaliyyətə başlamışdır.
40 illik müəllimlik fəaliyyətində kollektivdə elə bir müəllim olmamışdır ki, ondan doğmalıq, nəvaziş və səmimiyyət görməsin. Müəllimlərlə bərabər, şagirdlərin də doğması idi. Ona görə doğması deyirəm ki, o, müəllimliklə bərabər, həm də uşaqlara ana qədər yaxın idi. Mülayim xasiyyətli, gülərüzlü, hər kəsi başa düşən insan idi Fiqurə müəllimə. Daha ətraflı »Teqlər: Təhsil
-
20İylDigər ÖLÜMƏ APARAN YOL üçün şərhlər bağlıdır
Narkotik vasitə kimi tanıdığımız bu maddədən dünyada milyonlarla, ölkəmizdə minlərlə insan əziyyət çəkir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, narkotik vasitələrə düçar olan insanların əksəriyyəti gənclərdir. Onların arasında yeniyetmələr və yaşlı nəsilin nümayəndələri ilə də qarşılaşmaq mümkündür. Narkotikanın toruna düşənlərin sayı günü-gündən sürətlə artır.
Mənim məqsədim, bir polis əməkdaşı olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başlayır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur.
Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. O, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Bu, insanda mərkəzi sinir sisteminə mənfi təsir göstərən və tez bir zamanda asılılıq yaradan bir maddədir ki, o, insanın xarici görkəminə də təsir göstərərək, onu tanınmaz hala gətirib çıxarır. Daha ətraflı »Teqlər: Digər
-
20İylMilli-mənəvi dəyərlər YAS MƏRASİMLƏRİMİZ VƏ TOYLARIMIZ HAQQINDA FİKİRLƏR üçün şərhlər bağlıdır
Dünya binnət olandan üzü bəri xeyirlə şər qoşa qardaş kimi yol gəlir və bu “qardaşlıq” Qiyamət Gününə kimi də davam edəcək. Elə ki, “İsrafil Sur düdüyünü caldı”, dünya darmadağın olacaq, yer kürəsindən həyat silinəcək, bəlkə onda xeyirlə şərin “qardaşlığı” sona çatdı, ta ki, təkayaqlı Ənnaslar kimi yeni bir nəsil yaranır, təzə bir həyat başlanır. Bəlkə də heç başlanmayacaq?! Bu, Tanrının işidir, bizlik deyil. Bizlik olan odur ki, hazırda həm yas, həm də toy məclislərimizi bərbad hala salmışıq. Əlbəttə, toy sevincdir, yas isə kədər. Toyda oynayıb-gülüb şənlənərlər, yasda isə ağlayarlar, kədərlənərlər. Amma hər şeyin bir əndazəsi, bir mizantərəzisi var. Elə ki, bu ölçülər pozuldu, onda ikrah yaranır.
Açığını deyək, bəzi yerlərdə ehsan süfrələri toylardakına oxşayır–mənşəyi bilinməyən şirniyyatlar, sular, şirələr, geni dəyişdirilmiş meyvələr –banandan tutmuş ananasa qədər, cürbəcür xörəklər–plovdan tutmuş dolmaya, bozartmaya qədər, yuxa, lavaş, təndir çörəyi, pendir, goy-göyərti, xiyar, pamidor, turp, çərəzlər və s. Bircə zurna-balabanı çatışmır. Ən dözülməzi isə odur ki, meyit ortadan götürülməmiş ailə üzvləri ehsan üçün kəsilməyə mal axtarır, xörək bişirməyə başlayır və təmtəraq üçün digər hazırlıq işləri görürlər. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20İylMilli-mənəvi dəyərlər GENDER BƏRABƏRLİYİ VƏ MƏİŞƏT ZORAKILIĞI üçün şərhlər bağlıdır
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan qadınlara qarşı zorakılığın ləğvi, onların hüquqlarının qorunması və gender bərabərliyinə dair mühüm beynəlxalq konvensiyalara qoşulub.
Islam dini də qadınlara hörmətlə yanaşmağı tövsiyə edir. Lakin təəssüf ki, cəmiyyətimizdə hələ də bu sahədə xoşagəlməz hallara rast gəlirik. Xüsusilə məişət zorakılığı daha geniş yayılan bir haldır.
Həyatda rast gəlinən hadisələrdən belə qənaətə gəlmək olar ki, bunlar əsasən erkən nikahlar zamanı baş verir. Ona görə ki, müəyyən təhsili, həyat təcrübəsi, məişət vərdişləri olmayan qızlar ailə həyatında rast gəldikləri çətinliklərə dözə bilmirlər. Bu zaman münaqişələr yaranır, nəticədə qadına qarşı zorakılıq halları baş verir.
Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar