Bu günlərdə Şuşa Dövlət Musiqili Dram teatrı yazıçıdramaturq Enurə Abdullayevanın “Əsgər papağı”dram-tamaşasını tərtərlilərə nümayiş etdirdi. Tamaşanın əsas mövzusu Qarabağ müharibəsinə həsr olunmuşdur. Əsərin quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.
Səhnə əsərinə Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tamaşa etdilər.
-
19AprMədəniyyət DRAM -TAMAŞA üçün şərhlər bağlıdır
Teqlər: Mədəniyyət
-
19AprMədəniyyət ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ üçün şərhlər bağlıdır
UNESKO-nun illərdir qeyd etdiyi bu günün məqsədi kitabları yaradıcı, sənaye, siyasi, milli və beynəlxalq aspektləri ilə gündəmə gətirməkdir. Kitabların qiymətli, estetik duyğulara, məlumatlara və insanlığın xəyal gücü məlumatlarına çatmasının əsas yolu olduğunu bilirik. Kitablar eyni zamanda, yaradıcılığın, informasiya və təhsilin daşıyıcısı kimi hər mədəniyyətin təməl xüsusiyyətlərinin nümayiş olunmasını və onların özünəməxsusluğunu görməyimizi təmin edir.
İspaniyanın Kataloniya bölgəsində illərdir qeyd olunan xüsusi bir gün var: “Hər kitaba bir gül”. Hər 23 apreldə kitab alan hər kəsə kitabın yanında bir də gül hədiyyə edən və küçə əyləncələri təşkil edən kataloniyalılar, ‘kitab günü’ üçün tarix təyin etməyə çalışan UNESKO-ya da fikir irəli sürmüş oldu. 23 aprel, eyni zamanda V. Şekspirin və bir neçə məşhur yazıçının həm doğum, həm ölüm günüdür.
Bütün bu ədəbi istiqa-mətləndirmələr nəticəsində, UNESKO, 23 aprelin Dünya Kitab Günü üçün ideal tarix olduğuna qərar verdi və 1995-ci ildə alınan qərarla bütün dünyaya çatdırıldı və dünyanın 100-ə qədər ölkəsində qeyd olunmağa başlandı.Teqlər: Mədəniyyət
-
19AprKənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır
ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ AKTUAL MƏSƏLƏDİR
Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin iqtidasi qüdrətini artırmaqla yanaşı, əhalinin rifahının yaxşılaşdırılmasına stimul yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac vermişdir.
Ölkə rəhbəri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, keçən il ölkəmizdə ümumdaxili məhsul nəzərəçarpacaq dərəcədə artmış, qeyri-neft sektoru 2,5 faiz, o cümlədən sənaye sahələrində artım 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz təşkil etmişdir.
Azərbaycan iqtisadiyatının neft amilindən asılılığının maksimum dərəcədə azaldılmasında kənd təsərrüfatı məhsulları istehsalçılarının rolu böyükdür. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
19AprKənd təsərrüfatı PAMBIQÇILIĞIN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILIR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən illərdə olduğu kimi, bu gün də aqrar sahənin inkişafına mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, respublikamızda sosial-iqtisadi inkişafla bağlı aparılan uğurlu siyasət, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, sahəsində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.
Son dövrlərdə ölkə başçısının kənd təsərrüfatı məhsullarından strateji məhsul hesab edilən pambıq əkininin genişləndirilməsi və bu sahənin inkişafı ilə bağlı verdiyi Sərəncamlar kənd təsərrüfatı əməkçilərində marağın artırılmasına səbəb olmuşdur. Kənd təsərrüfatının bu sahəsinin inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə yanaşı, respublikamıza valyuta axınına səbəb olmuşdur. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
19AprKənd təsərrüfatı Mütəxəssis məsləhəti üçün şərhlər bağlıdır
BİTKİLƏRDƏ XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ APARILIR
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərindən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl, məqsədyönlü aparılması vacibdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi, bütün sahələrdə məhsuldarlığın yüksəldilməsi, istehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əhalinin ərzaq məhsullarına artan tələbatının ödənilməsi kənd təsərrüfatı istehsalçıları qarşısında duran ən mühüm vəzifədir.
Məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin vaxtında aparılmasından çox asılıdır. Bu il qış aylarında yağıntının az olması və havaların quraq keçməsi bəzi ziyanverici və xəstəliklərin nisbətən artımı ilə müşahidə olunmaqdadır. Rayon ərazisində son vaxtlar xüsusi təhlükəli zərərli orqanizmlər olan siçanabənzər gəmiricilərin artımı müşahidə olunur. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
19AprKənd təsərrüfatı Əkinçinin yaz qayğıları üçün şərhlər bağlıdır
HAMI TARLADADIR
Bir fermer kimi mənim ötən ilki göstəricilərim də yaddaqalan olub. Becərdiyimiz 5 hektar taxıl sahəsinin hər hektarından 42, 2 hektar arpa sahəsinin hər hektarından 45 sentner məhsul götürdük. Ötən il 14 hektar şəkər çuğunduru sahələrindən isə müqavilə bağladığımız İmişli şəkər zavoduna 802 ton keyfiyyətli məhsul təhvil verdik.
Əkinçi çəkdiyi zəhmətin bəhrəsini görəndə sevinci birə min qat artır. Onda torpağa bağlılıq hissi güclənir.
Ötən ilin payızından bu ilin məhsulu üçün 11 hektar sahədə pambıq əkməyi nəzərdə tutmuşuq. Həmin sahələri vaxtında suvarmış, torpaq altına üzvi kübrə vermişik. Budur, soyuq qış günləri artıq arxada qalmaq üzrədir. Havalar isindikcə, əkinçi tarlalara çıxıb, yaz qayğıları ilə məşğul olur.
Biz ta ata-babadan pambıqçılıqla məşğul olan insanlarıq. Bu sahədə təcrübəmiz daha çoxdur. 2017-cı ildə pambıq sahələrinin hər hektarından 50 sentner hesabı ilə qəbul məntəqəsinə 32 ton “ağ qızıl” təhvil verdik. Məqsədimiz bu il pambığın məhsuldarlığını daha da yüksəltməkdir.Tərlan ZEYNALOV,
Azadqaraqoyunlu kəndində ailə-fermer təsərrüfatının başçısıTeqlər: Kənd təsərrüfatı
-
19AprDigər MİLLİ QƏHRƏMAN VƏZİR ORUCOV XATİRƏLƏRİMİZDƏ üçün şərhlər bağlıdır
İllər bir-birini əvəz edir, bir haray çağırır bizi. Bu haray neçə illərdir ki, çağırır, səslənir, kəsmək bilmir. Bu Qarabağ harayıdır, bu haray Qarabağ uğrunda şəhid olanların, qanına qəltan olanların, atasız uşaqların, oğulsuz ataların, anaların, qardaşsız bacıların harayıdır.
Bu gün ürəyimizdə yaraya dönən o yurd yerlərində şəhid olmuş igid oğullardan birinin – Vəzir Surxay oğlu Orucovun xatirəsini anaq.
Vəzir Orucov 26 dekabr 1956- cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur.Atası Surxay kişi 1949-cu ildə öz ailəsi ilə birlikdə Dərələyəz mahalından deportasiya olunmuşdur. Vəzir Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş, 1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə hərbi xidmətini başa vuraraq təhsilini davam etdirmişdir. 1984-cü ildə Vəzir Rusiyanın Arxangelsk vilayətinin Berkova şəhərinə köçmüşdür. Daha ətraflı »Teqlər: Digər
-
19AprDigər “KÖHNƏ KİŞİLƏR”in BİRİ DƏ AZALDI üçün şərhlər bağlıdır
Telefonumun yaddaşından ürəkağrısı ilə bir nömrə də sildim. Ancaq onunla bağlı xatirələr yaddaşımdan ömürlük silinməyəcək.
Bilal Mahmudov – “Köhnə kişilər”dən biri… Özünün, sözünün ağası, şəxsiyyəti, qüruru, əzəməti ilə həmişə özünə hörmət, rəğbət qazanıb. Ciddi olduğu qədər də səmimi bir insan idi. Uzun illərdən bəri onu tanıyırdım, doğmalıq münasibətimiz isə rayon təhsil şöbəsinin müdiri ( son illərdə bu, onun ən aşağı vəzifəsi idi) işləyəndə yaranmışdı. O vaxt mən rayon pioner evində metodist işləyirdim və ali məktəbin axırıncı kursunda oxuyurdum. “Diplom işi” yazmaq üçün mənə makina və istirahət günlərindən əlavə bir gün də vaxt lazım idi. Hələ uşaqlıqdan vəzifəsindən asılı olmayaraq hamıya öz sözümü özüm deməyə adət etmişdim. Çoxları mənə Bilal müəllimin bu işə raykom katibliyindən gəldiyini, ciddi, tələbkar, zəhmli bir adam olduğunu demiş, bu icazəni verməyəcəyini bildirmişdilər. Buna baxmayaraq onun qəbuluna getdim. Bilirdim ki, rayon tədbirlərinin birində et-diyim çıxışdan xoşu gəlib. Daha ətraflı »Teqlər: Digər
-
19AprMilli-mənəvi dəyərlər GƏNCLƏRİMİZİN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏTİ üçün şərhlər bağlıdır
“Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır”. İlham ƏLİYEV
Hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur.
Şübhəsiz ki, hər bir xalqın mədəniyyəti başqa mədəni dəyərlərdən bəhrələnməlidir, əks halda o inkişaf prosesindən geri qala bilər. Bu işdə yaradıcı gənclərimizin fəaliyyəti xüsusi önəm təşkil edir.
Qeyd edək ki, keçən əsrin 90-cı illərində Azərbaycanda siyasi və mədəni təfəkkürdə böyük dəyişikliklər baş verdi. Xalqımız azadlıq, qəhrəmanlıq mübarizəsi dövrünü yaşadı. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
09AprKənd təsərrüfatı PAMBIQÇILIĞIN İNKİŞAFI İLƏ BAĞLI YENİ HƏDƏFLƏR MÜƏYYƏNLƏŞDİRİLİB üçün şərhlər bağlıdır
BƏRDƏDƏKİ PESPUBLİKA MÜŞAVİRƏSİNDƏ PREZİDENT
İLHAM ƏLİYEVİN NİTQİNDƏN TEZİSLƏR
2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.
1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar