30Noy
BU GÜN DƏ DÖYÜŞ RUHUNDADIR
Cabbarov Əfqan Cabbar oğlu Qarabağ müharibəsi veteranıdır. O, 1955-ci ildə o zamankı “Bakı fəhləsi” kolxozunun Qaradağlı kəndində anadan olub. Gəncliyi Qarabağ savaşının qızğın dövrünə təsadüf edib. Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1992-ci ildə həmin texnikumun iqtisadiyyat fakültəsini bitirdi. Sumqayıt şəhərindəki “TES-2” zavodunda operator vəzifəsində çalışdı. Bir müddətdən sonra hərbi xidmətə yollandı və Belorusiyada 2 il əsgəri xidmət çəkib doğma Tərtərə qayıtdı. Yaşadığı kənddə təsərrüfat işləri ilə məşğul oldu, maşınla pambıq yığdı.
Bu söylədiklərimi Əfqan Cabbarov danışıb. Özü haqqında məlumatları verdikdən sonra Qarabağ uğrunda gedən döyüşlərdəki xidmətindən söz açmasını xahiş etdim. O dedi:
–Nə danışım, 90-cı illərin əvvəllərində güclü ordumuz yox idi, ölkədə hərc-mərclik hökm sürürdü. Nə qədər igid oğullarımız şəhid oldu, itkin düşdü, əlil oldu. Üstəlik torpaqlarımızın yad əllərə keçməsi adamı sarsıdır. Daha ətraflı »
Teqlər: Digər
30Noy
KƏNDİMİZDƏ POLİS MƏNTƏQƏSİ YARADILIB
Yaşadığımız Dəmirçilər kəndi mənfur qonşularımızla yaxın təmas xəttində yerləşir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 5 yaşayış məntəqəsini–Bala-kəngərli, Cəmilli, Ağkənd, Dəmirçilər, Kovdadıq kəndlərini birləşdirən müasir magistral yol bu kənddən də keçir. Kəndlərimizin hamısı müasirləşir, işıq, qaz və içməli su sarıdan korluğumuz yoxdur. Hər kənddə 2-3 subartezian quyusu qazılıb. Həyətlərə su xətləri çəkilib. Kəndimiz gecə işıqlandırması ilə də təmin olunub. Bunların hamısı insanların rahatlığı üçündür. Son zamanlar isə kəndimizdə polis məntəqəsi yaradılıb. Bu məqsədlə müasir üslubda yaraşıqlı bina inşa olunub. Polis işçiləri sutka ərzində kəndimizin ərazisində keşik çəkirlər. Bu, xüsusən gecə vaxtlarında daha vacib məsələdir və camaatın təhlükəsizliyini qorumaq məqsədini daşıyır.
Buna görə biz kənd sakinləri ölkə Prezidentinə minnətdarlıq edirik.
Əjdər HƏSƏNOV,
Dəmirçilər kəndinin sakini
Teqlər: Digər
30Noy
TƏRTƏRİN YENİ, FİRAVAN HƏYATI BAŞLAYIB
Müstəqillik illəri Azərbaycanın bütün bölgələrini tanınmaz dərəcədə dəyişdirib. O cümlədən Tərtər rayonu daha da gözəlləşib. Ən başlıcası isə, bizi ən çox narahat edən problemlər –əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı məsələləri həll olunub. İnsanların rahat yaşaması onların işgüzarlığını, doğma yurdu abadlaşdırmaq həvəsini qat-qat artırıb.
Tərtərdə son illərin yeni tikintilərini saymaqla qurtaran deyil. Bunların hamısı–yeni şahmat məktəbi, tarix-diyarşünaslıq muzeyi, məktəblər, uşaq bağçası və digərləri həyatımızı daha da mənalandırıb. Amma son illərin bir böyük tikinti layihəsi var ki, bu gün təkcə rayonumuzda deyil, respublikamızın hər yerində bu barədə danışırlar. Bu, Tərtərin ərazisində, Şıxarx qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınan iri qəsəbədir. Bura gələndə, hündür çoxmərtəbəli yaşayış binalarının arasında rayon yerində olduğunu unudursan. Möhtəşəm orta məktəb binasını, musiqi məktəbini, uşaq bağçasını görənlər heyranlıqlarını gizlədə bilmirlər. Həqiqətən, çox az bir vaxt ərzində dövlət başçısının tapşırığı əsasında burada əsl şəhər tipli nümunəvi bir qəsəbə salındı. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
30Noy
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Tərtər rayonunda da aztəminatlı ailələr xüsusi dövlət qayğısı ilə əhatə olunublar. Dövlət bu sosial qrupa aid edilən insanların gəlirinin artırılması üçün müxtəlif yardımlar edir, onlara müavinət və pensiyalar verir.
Aztəminatlı dedikdə, özündən asılı olmayan səbəblərdən aşağı gəlirə sahib olan insanlar nəzərdə tutulur. Bura əmək fəaliyyəti ilə məşğul olub, lakin yoxsulluq həddindən aşağı gəlirə sahib olanlar, həmçinin əlillər, ailə başçısını itirən uşaqlar, əmək fəaliyyətini itirən şəxslər və digər təminat səviyyəsi aşağı olan insanlar aid edilir.
Aztəminatlı ailələrin və insanların müdafiəsini gücləndirmək üçün dövlət hazırda 2 vasitədən istifadə edir–sosial müavinətlər sistemindən və ünvanlı sosial yardımdan.
Sosial müavinətlər ayrı-ayrı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vasitəsidir. Daha ətraflı »
Teqlər: Sosial
30Noy
SAĞLAMLIQ HƏR ŞEY DEYİL, SAĞLAMLIĞI İTİRMƏK İSƏ HƏR ŞEYİ İTİRMƏK DEMƏKDİR
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. (“İİV” infeksiyası) QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bəladır.
1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin Səhiyyə Nazirlərinin Sammitindən sonra BMT-in dəstəyi ilə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edildi. Bununla dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir.
Azərbaycanda da problem ak-tual olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən infeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycanda ilk dəfə 1987-ci ildə virus daşıyıcısı aşkarlanıb. Daha ətraflı »
Teqlər: Səhiyyə
30Noy
İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalı, bundan sonra əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlidir.
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır. ASAN İmza SİM kartını mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərindən əldə edib, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə ASAN İmza sertifikatı ala bilərsiniz.
İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur:
Qanun pozuntuları
Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə (Vergi Məcəlləsi, maddə 58.10) Daha ətraflı »
Teqlər: Digər
20Noy
Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüş iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
İki min nəfərdən çox insanın iştirak etdiyi yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Noy
Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dörd-otaqlıdır. Yaşayış məhəlləsində yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik məhəllədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış məhəlləsinə baş çəkib, aparılan tamamlama işləri ilə maraqlanıb.
Baş nazirin müavini Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə əvvəlcə yaşayış binalarındakı mənzillərdə yaradılan şəraitlə tanış olub. Bütün mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Noy
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Monitorinqdən əvvəl şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazilərimizdə isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparıblar.
Monitorinq insidentsiz başa çatıb.
Teqlər: Xəbərlər
20Noy
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici turak-siyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar. Rayonu təmsil edən 40 nəfər məktəbli noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında olublar.
Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərdən ibarət qrupun yola salınması mərasimi keçirilib.
Əvvəlcə şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar