Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tarixində dönüş nöqtəsi idi.
İlham ƏLİYEV,
Azərbaycan Pespublikasının Prezidenti
|
|
|
|
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0
Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tarixində dönüş nöqtəsi idi.
İlham ƏLİYEV,
Azərbaycan Pespublikasının Prezidenti
Teqlər: Digər
Müstəqil Azərbaycan dövlətinin bütün uğurlarında Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri var. Azərbaycanı xaos və anarxiya-dan xisal edərək davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bu partiyanın 25 illik yubileyi ölkəmizin hər bir güşəsində olduğu kimi, Tərtər rayonunda da bu günlərdə təntənəli şəkildə qeyd olundu.
Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində–Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin olduğu bir zamanda yaranmış və vətənimizin gələcək taleyini müəyyən etmişdir.
Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və şərəfli missiyanı üzərinə götürən və ötən 25 il ərzində onun öhdəsindən layiqincə gələn YAP-ın yaranması tarixi qanunauyğunluq, zamanı doğurduğu obyektiv zərurət idi. Daha ətraflı »
Teqlər: Digər
25 il əvvəl ölkəmiz ikinci dəfə müstəqillik əldə etsə də, bu müstəqillik çox kövrək idi. Ölkəyə rəhbərlik edən insanlar bu vəzifənin öhdəsindən gələ bilmədiyindən, Azərbaycanda xaos və anarxiya yaranmışdı. Ölkə vətəndaş müharibəsi astanasındaydı.
Belə bir vəziyyətdə xalqımız ən doğru qərar qəbul edərək, özünün inandığı, güvəndiyi liderinə müraciət etdi. 91-lərin müraciəti tarixə yeni bir missiya–xilaskarlıq missiyası ilə daxil olan partiyanın–Yeni Azərbaycan Partiyasının yaranmasını labüd etdi.
1992-ci ilin 21 noyabrında Naxçıvanda yeni dövrün partiyası təsis edildi. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, dövlətə, milli məsələlərə müxalifətdə dayanmadı. Qısa müddətdə, bütün təzyiqlərə baxmayaraq, bu partiya xalqın ümid yerinə çevrildi və onun sıralarına daxil olanların sayı sürətlə artmağa başladı.
1995-ci ildə keçirilən Milli Məclisə seçkilər zamanı səslərin əksəriyyətini qazanan partiyamız xalqa xidmət üçün yeni imkanlar əldə etdi. Bununla da xalq–partiya birliyi yarandı.
Bəkir Nağıyev,
mərkəzi rayon xəstəxanasının
həkimi, partiya veteranı
Teqlər: Digər
YAP-ın fəaliyyətindən və xalq qarşısındakı xidmətlərindən danışarkən Ulu Öndər demişdir: “Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsəd-ləri, qəbul etdiyi Proqram müstəqil Azərbaycan Respublikasında demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi, siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur”.
Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətindən güc alaraq yaranmış Yeni Azərbaycan Partiyası Azərbaycan Pespublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında öz fəaliyyətini daha da genişləndirmişdir. Ötən 25 il ərzində öz prinsiplərinə sadiqlik göstərən bu partiya zamanın bütün sınaqlarından müvəffəqiyyətlə çıxaraq, Azərbaycanın sosial-iqtisadi inkişafına, dövlət quruculuğuna samballı kömək göstərmişdir.
Məhz buna görə də indi ölkəmiz regionun lider dövlətlərindən birinə çevrilib
İntiqam NURİYEV,
rayon təhsil şöbəsi ərazi ilk
partiya təşkilatının katibi
Teqlər: Digər
Noyabrın 14-də Bakıda, Heydər Əliyev Məzkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev YAP-ın fəaliyyəti barədə belə demişdir: “Bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər”.
Partiyanın həyata keçirdiyi siyasəti gənclər də bəyənir və dəstəkləyirlər. Təsadüfi deyil ki, öz sıralarında 700 mindən çox insanı birləşdirən YAP-ın üzvlərinin 40 faizi gənclərdir.
Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhrələnən gənclər təhsildə, ictimai fəaliyyətlərində, əmək sahəsində, idmanda sevindirici nailiyyətlət əldə edirlər. Ölkəmizin iqtisadi gücü artdıqca, bu uğurların da sayı artır.
Prezident İlham Əliyevin dediyi kimi, əldə edilmiş uğurlar bizə əlavə stimul verir.
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, qəhrəman Tərtərimizin gəncləri də ölkənin ümumi inkişafına öz töhfələrini verirlər.
Rəşad ŞAHBAZOV,
Cəmilli kənd tam orta
məktəbinin direktoru
Teqlər: Digər
Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
Əvvəlcə ədliyyə işçiləri rayon rəhbəri ilə birlikdə Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Tərtər Hərbi Məhkəməsində davam etdirilib.
Tədbir iştirakçıları hərbi məhkəmədə dahi rəhbərə həsr olunan guşələrlə, foto-stendlərlə tanış olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.
Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Teqlər: Xəbərlər
1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. “Bəyannamə”ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar.
Dünya xalqları “Bəyannamə”nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər.
Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir. İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə etmişdir.
“Yeni Tərtər”
Teqlər: Digər
NÖQSANLAR ARADAN QALDIRILIB
Qəzetimizin 20 oktyabr 2017-ci il tarixli sayında “Bala Kirpi”nin sərgüzəştləri” rubrikası altında “Yanpörtü yeriş” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Məqalədə Tərtərin Mərkəzi Bazarında (“Zülfüqaroğlu” MMC) hökm sürən antisanitariyadan, özbaşınalıqdan söhbət gedirdi.
Bu günlərdə “Zülfüqaroğlu” MMC-nin direktoru Bəxtiyar Mehdiyevdən qəzetin tənqidi çıxışına cavab məktubu almışıq. Məktubda deyilir: “Yazıb Sizə bildiririk ki, “Yeni Tərtər”in 20 oktayabr 2017-ci il tarixli 29 nömrəli sayında cəmiyyətimiz haqqında dərc etdiyiniz məqalədən nəticə çıxararaq, nöqsanları aradan qaldırmışıq. Yenidən bizimlə birlikdə bazarda reyd keçirib, ictimaiyyətə həyata keçirdiyimiz tədbirlər barədə məlumat verməyinizi xahiş edirik”.
Teqlər: Digər
GÜNAHSIZ ŞƏHİDLƏR
Yenə fikirlərim şəhid ruhları ilə yüklənib, yenə duyğularım şəhidləri arayır. Doğma Tərtərimin şəhidləri haqqında çap olunmuş “Tərtər şəhidləri” kitabını vərəq-vərəq, sətir-sətir oxuyuram. Hər biri qan yaddaşımızdır. Əlinə silah alıb vətənin müdafiəsinə qoşulan da, o zamankı döyüşçülərə yardım edən də şəhid olub. Axı, onlar odun üstünə addım-addım deyil, yüyürərək gediblər, ölüm barədə düşünmədən vətən yanğısı ilə, dillərində Azərbaycan vətənimdir deyərək şəhid olublar.
Bir qrup şəhidimiz də var ki, nə güllə atıblar, nə də əli silahlı düşmən üstə yeriyiblər. Amma, düşmən gülləsinin qurbanına çevrilərək şəhid olublar.
Kimdir bu günahsız şəhidlərimiz? Vəliyev Samir Əmrah oğlu (Qarağacı), Hüseynov Əfqan İsmayıl oğlu (Qarağacı), Paşayev Firdovsi Ənur oğlu (Tərtər şəhəri), Əhmədova Zərifə Oruc qızı (Tərtər şəhəri), Qurbanova Cahan Səməd qızı (Cəmilli), Məmmədov Yavər Seyfəddin oğlu (Əksipara), Abbasov Üzeyir Hilal oğlu (Dəmirçilər) və s. Bu şəhidlərimizin 12, 14, 15, 19, 23, 25 yaşları olsa da döyüşdə, səngərdə deyil, öz həyət-bacalarında, təsərrüfatlarında çalışarkən qanlarına qəltan ediliblər. Nəydi onların günahı? Bu yeniyetmələr, gənclər yaşadıqları qısa ömürdə kimsənin ayağına bir daş vurmayıblar, silah nədir bilməyiblər, xəyanətkarların fitnəsinin qurbanına çevriliblər. Daha ətraflı »
Teqlər: Digər
Ələsdan kişinin ailəsi Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən Tərtərin Bəyimsarov kəndinə gələndə oğlu Novruzun 13 yaşı vardı.
Novruzgil ailədə 8 uşaq olublar. 4 oğlan, 4 qız. Erməni vandallarının torpaqlarımızı işğal etdiyini görən Novruz da 1993-cü ilin sonlarına yaxın müharibəyə qatıldı. Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində gedən döyüşlərin birində 1994-cü ildə, atəşkəs rejiminə az qalmış şəhidlik zirvəsinə ucaldı. O vaxt Novruzun cəmi 19 yaşı vardı.
Bu yaxınlarda Bəyimsarov kəndində olarkən şəhidin anası ilə görüşüb söhbət etdik. Oğlunun böyüyün-kiçiyin yerini bilməsindən, qoçaq, qorxmaz bir cavan olmasından nisgillə danışdı. Onu da dedi ki, ailədə Novruzu hamımız çox istəyirdik. Elə atası Ələsdan kişi də Novruz həsrəti ilə dünyasını dəyişdi. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar