Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.
Əvvəlcə ədliyyə işçiləri rayon rəhbəri ilə birlikdə Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Tərtər Hərbi Məhkəməsində davam etdirilib.
Tədbir iştirakçıları hərbi məhkəmədə dahi rəhbərə həsr olunan guşələrlə, foto-stendlərlə tanış olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb. Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.
Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
-
30Noy
Müəllif: Redaktor, 12:47
Teqlər: Xəbərlər